Xarici İşlər Nazirliyi (XİN) Suriyada silahlı qarşıdurmalara qoşulan Azərbaycan vətəndaşları ilə bağlı araşdırmalara başlayıb.
Bunu AzNews.az-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. O deyib ki, Suriyada baş verən məlum hadisələrə görə, Azərbaycanın bu ölkədəki səfirliyi fəaliyyət göstərmir.
Bu səbəbdən də qeyd olunan məsələnin araşdırılması çətinlik yaradır: “Buna baxmayaraq, Azərbaycan XİN-i ölkə vətəndaşlarının Suriyada olub-olmaması ilə bağlı müxtəlif yollarla ciddi araşdırmalarını davam etdirir. Hələ ki, araşdırma ilə bağlı hər hansı bir fikir söyləmək mümkün deyil. Mümkün olan kimi bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?