Bu günlərdə mətbuatda Sumqayıt Musiqi Kollecində tələbələrdən qeyri-qanuni ödənişlərin tələb edilməsi ilə bağlı yazı dərc olunub.
Gundemxeber.Az Xeberle.com-a istinadla bildirir ki, əyalətlərdən kollecə oxumağa gələn tələbələr 500-600 manat müqabilində aylığa buraxılırlar. Məqalədə, həmçinin imtahan sessiyasında tələbələrdən pul yığılması ilə bağlı fikirlər də yer alıb. Dərslərə zəif gələn tələbələrə imtahanlarda müəyyən məbləğ müqabilində qiymətlər yazılır.
Məsələ ilə bağlı Sumqayıt Musiqi Kollecinin direktoru Rasim Quliyevlə əlaqə saxladıq.
R. Quliyev Xeberle.com-a açıqlamasında kollec haqqında yazılanlara belə reaksiya verdi: "Yazılanlar həqiqəti əks etdirmir. Heç bir əsas olmadan belə məlumatlar yayan mətbuat orqanlarını məhkəməyə verəcəyik".
Sorğu
Yeni dizaynımız necədir?