GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qəza törədən 65 yaşlı kişi hakimləri ittiham etdi

Qəza törədən 65 yaşlı kişi hakimləri ittiham etdi

Tarix: 14-06-2016, 19:11 Bölmə :Ölkə Baxış: 0
Qəza törədən 65 yaşlı kişi hakimləri ittiham etdi

7 il cəza alan Rza Qasımov daha yüngül cəzanın verilməsi istəyini hakimlər nəzərə almadı

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Goranboy rayon sakini, 1950-ci il təvəllüdlü Rza Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Rza Qasımov 24 yanvar 2015-ci il tarixdə saat 21 radələrində yol hərəkəti qaydasını pozub. O, içkili vəziyyədə özünə məxsus “Mercedes Benz-230” markalı avtomobili idarə edib.

Rza Qasımov Samux-Gəncə avtomobil yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən, həmin yolun Samux rayonu Qarayeri qəsəbəsindən keçən 1-ci kilometrliyində yolun kənarı ilə gedən piyada Bayram Qasımovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Ağır qəzanı törədən Rza Qasımov daha sonra hadisə yerindən qaçıb. Rza Qasımov hüquq-müafizə orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Rza Qasımov Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rza Qasımov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rza Qasımov apelyasiya şikayəti verib. O, Cinayət

Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin maddənin sanksiyası daxilində müəyyən edilmiş cəzadan daha yüngül 2 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edib.

Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Rza Qasımov bildirib ki, Samux rayon Polis şöbəsinin istintaq bölməsi tərəfindən 1-ci qrup gözdən əlil, ağır formalı şəkər xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmayıb: “65 yaşımda Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinmişəm və barəmdə toplanmış cinayət işi tamamlanaraq ittiham aktı ilə birlikdə məhkəməyə verilib. Ondan ötrü ki, 24 yanvar 2015-ci il tarixdə qonaq olduğum Samux rayon Alabaşlı kəndində yaşayan bacım oğlu Faiq Quliyevin evindən saat 21.00 radələrində çıxıb və özümə məxsus olan “Mercedes-Benz” markalı avtomobillə Samux-Gəncə avtomobil yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olmuşam. Samux rayonunun Qarayeri qəsəbəsinin çıxacağında yerləşən yanacaq doldurma məntəqəsinin təxminən 150-200 mert keçdikdən sonra taqqıltı səsi eşitmişəm. Nəticədə avtomobilimin alın şüşəsinin sağ tərəfi çatlayıb və nə baş verməsini görməmişəm, nə də hiss etməmişəm. Buna görə də avtomaşınla hərəkətimi davam etdirərək təxminən bir kilometr

hərəkət etdim. Sonra şəkərim qalxdığından idarəetməni itirərək avtomobili yolun qırağındakı ağacların arasına sürdüm və orada şumluğa düşdüm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, şəkəri qalxdığından hərəkət edə bilməyib və maşında hərəkətsiz olub: “Sonra tanımadığım avtomobil sürücüsü yolun kənarında maşınını saxlayıb və mənəyaxınlaşaraq nə baş verdiyini soruşdu. Ona şəkərim qalxdığını dedim və məni evimə aparmağı ondan xahiş etdim. O da avtomaşınını idarə edərək məni evimə apardı. Evə çatdıqdan təxminən yarım saat sonra Samux rayon polis şöbəsinin işçiləri evimə gəldilər və həmin qəzanı törətdiyimi bildirdilər”.

Rza Qasımov bildirib ki, hadisə nəticəsində də yolun kənarı ilə hərəkət edən Bayram Qasımovu avtomobillə vurmuşam: “Törətdiyim cinayət hadisəsi nəticəsində Bayram Qasımov hadisə yerində ölüb. Məhkəmə təqsirləndirildiyim həmin cinayət işinə baxıb və mənə həddindən artıq ağır cəza təyin edib. Cəza həddindən artıq ağır olmaqla ədalətə və qanuna tamamilə ziddir. Qanuna ziddir ona görə ki, məhkəmə istintaq orqanının mənə verdiyi Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə olan ittiham üzrə təqsiri olmadığı barədə bəraət verməli olduğu halda, həmin maddə ilə bəraət verməyib. Eləcə də Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəza təyin edərək, 1-ci qrup gözdən əlil olmağımı, ağır formada şəkər-diabet xəstəsi olmadığımı, yaşının 60-dan yuxarı olduğunu, cinayətini səmimi etiraf etməyimi, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmadığını nəzərə almayıb. Bunların nəzərə alınaraq hökmün ləğv edilməsini xahiş edirəm”.

Rza Qasımov qeyd edib ki, cinayət hadisəsini qismən etiraf etsə də, özünü Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilmir: “Həmin ittihamı tamamilə qəbul etmirəm. Hadisəni törədərkən həmin anda mərhum Bayram Qasımovu yolun kənarında görməmişəm. Çünki həmin vaxt hava qaranlıq olub və maşınla onu vurduğumu görməmişəm. Görsəydim mütləq ona yardım edərdim. Yalnız Samux rayon polis şöbəsinin əməkdaşları evimə gələrək hadisə törətdiyimi bildirdikdən sonra bilmişəm ki, avtonəqliyyat hadisəsi törətmişəm, nəticədə də Bayram Qasımov hadisə yerində ölüb”.

Rza Qasımov bildirib ki, Konstitusiyaya və digər qanunvericilik aktlarının tələbinə əsasən hümanist addımlar atmaq təkcə prezidentə aid deyil: “Eləcə də ölkə rəhbərinin vəzifəyə təyin etdiyi hakimlərə məxsusdur. Məhkəmənin hökmü çıxarılarkən maddi və prossesual hüquq normalarının pozuntusuna da yol verilib”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rza Qasımovun apelyasiya şikayəti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qəza törədən sürücü hakimləri ittiham etdi

    Qəza törədən sürücü hakimləri ittiham etdi ...

    6-07-2016, 13:49

  • 
  • Hadisə yerindən qaçan sürücü tutulmuşdur

    Hadisə yerindən qaçan sürücü tutulmuşdur ...

    21-02-2015, 11:41

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    23-05-2016, 17:07

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    18-01-2016, 12:14

  • 
  • Şəkidə piyadanı vuraraq öldürən sürücünün istintaqı başa çatıb

    Şəkidə piyadanı vuraraq öldürən sürücünün ...

    15-07-2019, 10:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu