GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Tarix: 15-06-2016, 21:12 Bölmə :Ölkə Baxış: 0
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Bu göl uzaqdan baxanda dupduru və mavi rəngdə görünür. Adama elə gəlir ki, gölün qurudulmasını Bakının ekoloji problemlərinin həllinin təxirəsalınmaz vəzifələrindən biri kimi müəyyən edəndə bəlkə tələsiblər?

Ancaq gölə yaxınlaşdıqca görürsən ki, tələsməyiblər, əksinə, gecikiblər. Ora yaxınlaşdıqca zir-zibil və tullantılar ayaqlarımızın altında qalmağa başladı. Artıq kanalizasiyanın iyindən irəli getmək mümkün deyildi. Köynəyimizin yaxasını burnumuza tutub bir təhər balıqçıların olduğu qamışlığa yaxınlaşdıq. Çatana qədər ayağımızın altında qalmayan əşya olmadı: yolka oyuncağından tutmuş unitaza qədər. Bu Bakının ən çirkli göllərindən biri – Lökbatan gölünün uzaqdan və yaxından görünən mənzərəsidir...

Lökbatan gölünə səyahətimiz təsadüfi deyildi. Virtualaz.org Bakının ekoloji problemlərini araşdırmaqdadır və bundan əvvəlki yazılarımızda Bakının ortasında mövcud olan bataqlıq-göldən, içməli su mənbələrinn vəziyyətindən yazmışdıq

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Şübhəsiz ki, şəhərin ekoloji problemlərindən biri də paytaxtda yerləşən çirkab gölləridir. Prezident İlham Əliyev “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda göllərin bərpası, o cümlədən, Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncam verib və buna uyğun olaraq da göllərin təmizlənməsinə başlanılıb. Hətta Böyükşor gölünün xarabalıqlarının əvəzində təmiz Böyükşor gölü və bulvarı salınıb. Amma son vaxtlar bu sahədə işlər dayanıb. Ekoloji problemlərin həlli böyük vəsait tələb edən işdir və görünür neftin ucuzlaşmasından sonra bu sahəyə vəsaitlərin yönəldilməsi dayanıb.

Təmizlənmək və ya qurudulmaq üçün siyahıya salınan 9 çirkli göldən biri olan Lökbatan gölünü müşahidə etmək kifayətdir ki, bu ekoloji proqramın vacibliyini bir daha anlayasan.

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Elə gölə yaxınlaşmışdıq ki, yük maşınını zir-zibil boşaldan gördük. Amma biz çatana qədər maşın yükünü boşaldıb getdi. Lökbatan gölünün girişində ucu-bucağı görünməyən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin kanalizasiya boruları qarşılaşırıq. Onlardan biri yarıda qırıldığından kanalizasiya suları elə gölün ətrafına axırdı. Bir qədər irəlidə isə ətrafa yığılmış qırmızı rəngli maddə burada hansısa kimyəvi reaksiyaların getdiyindən xəbər verirdi.

Gönorta olmasına baxmayaraq gölün ətrafında ağcaqanadlar qaynaşırdı. Xəstəlik mənbəyi olan göl ilk növbədə ətraf üçün təhlükə yaradır. Burada yaşayış evləri olmasa da, yaxınlıqda mağazalar, çörəkbişirmə sexi , kafe və digər obyektlər var. Elə həmin obyekdə çalışanlardan öyəndik ki, təxminən iki ay öncə dostları ilə bu göldə Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Kənan Muradov batmışdı. Suda boğulub ölən 22 yaşlı gənc gölə balıq tutmağa gəlibmiş.

Göl o qədər çirklənib ki, adətən su hövzələrinin həndəvərində dolanan qarğalar da bu çirkaba qonmaq istəmirlər. Ancaq əllərində tilov gözlərini qırpmadan gölə zilləmiş balıqçıları gördük. Söhbət etməyə o qədər də həvəsli görünməsələr də çətinliklə bir-iki kəlmə qopara bildik. Rauf və Nofəl adlı balıqçılar bura bir ay olar ki, bura gəlirlər. Balığı isə satmaq üçün deyil, özləri üçün tuturlar.

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

“Özümüz üçün tuturuq. Adətən səhərlər gəlirik, bu gün gecikmişik. Çünki balıq səhər saat 8-9-da, bir də axşam 6-9 arası çox olur. Amma balıq mütləq olur, zəif olanda 10-15 balıq tuturuq. Səhər tezdən balıqların gəzən vaxtıdır. Amma günorta qamışlığa girib çıxmırlar. Daha çox tutduğumuz isə karp balığıdır”-Nofəl bildirir.

Nofəl suyun çirkli olduğunu etiraf etsə də, balığın çirkli olmadığını deyir. O, hesab edir ki, əgər balığı yuyub təmizləyirlərsə, yemək üçün heç bir təhlükə qalmır:

“Belə tutduğumuz kimi yemirik ki, təhlükəli olsun. Üzünü təmizləyirik, yuyub yeyirik...”

Lakin Musəvi adlı digər balıqçı göldəki balıqların zəhərli olmasından xəbərdardır. Balıq tutmağın sadəcə məşğuliyyət olduğunu deyən gənc balıqçının sözlərinə görə, tutduqlarını çox zaman pişiyə atır:“Mən işləyirəm, çox vaxt bura bazar günü gəlirəm. Əslində mənə balıq lazım deyil, gəlib azarımı öldürürəm. Satmıram, çox vaxt tuturam, gedəndə burada kiməsə verib gedirəm. Bu gün ancaq bir dənə tutmuşam. Lap olur ki, buradan tutduğumu aparıb pişiyə atıram. Əslində bu gölün balığını yemək düzgün deyil”.

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Ekoloq Əzizağa Hümbətəliyevin virtualaz.org-a verdiyi məlumata görə, Lökbatan və digər Binə və Sədərək ticarət mərkəzlərinin ətrafında olan gölməçələr neft rezervuarlardan sızan su hesabına yaranıb. Ekspert hesab edir ki, nəinki buradan balıq tutub yemək, heç bu ətrafda yaşamaq və ya işləmək olmaz.

“Neft istehsal olunandan sonra ərazidən neftlə bərabər su da çıxır. Əslində sızaraq göl şəklində yığılan bu sular radiasiyalıdır. Ola bilər ki, göl həm də yağış suyunun hesabına qidalansın və ya kanalizasiya suları axıdılsın. Ümumiyyətlə, həmin zona radiasiya zonasıdır. Tərkibində rezervuarlardan sızan neft tullantıları var. Neft olan ərazidə həmişə uran və radon qazı olub. Bu qaz çox təhlükəlidir. İnsanlarda onurğa beyninin şişi və saymaqla bitməyən digər xəstəliklərə səbəb olur. Radiasiyalı suda balıq tutmaq çox təhlükəlidir. Həmin balıqlarda birbaşa radiasiya var və qida üçün çox zərərlidir”-ekoloq deyir.

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Ərazinin güclü şüalanma zonası olduğunu deyən ekspertin sözlərinə görə, yaxınlıqda ticarət mərkəzlərinin olmasının özü də qanunsuzdur. Göllərin təmizlənməsinə gəlincə, Ə. Hümbətəliyev hesab edir ki, bu ərazini təmizləmək olduqca çətin prosesdir.

“Əslində bu ərazilərin rekultivasiyası və bioremediasiyası mürəkkəb işdir. Çox təəssüf ki, təmizlənmə işləri aparılan yerlərdə rekultivasiya adı altında radiasiya tullantılarının üzərinə torpaq və digər tullantılar tökülür. Bu isə düzgün deyil. Əslində isə həmin təmizlənməli ərazinin layihəsi tutulmalıdır, torpağın tərkibi öyrənilməlidir. Bilmək lazımdır ki, orada hansı bitkini yetişdirmək olar”-ekoloq bildirir.

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...

Digər bir məqam isə ondan ibarətdir ki, ekspertlər gölün Xəzərə çıxışının olmasını da istisna etmirlər. Yəni gölün Xəzərin sahilində olduğunu nəzərə alsaq, yağış yağanda və ya sularda artım olanda bu göllərin suyunun Xəzərə tökülməsi ehtimalı var. Bu isə o deməkdir ki, Lökbatan və Qaradağda yerləşən digər göllərin birbaşa Xəzərin çirklənməsində rolu ola bilər.

Gülnar Əliyeva

FOTO Samirə Həsənovanındır

gundemxeber.az

Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
Bakının zəhər gölü: “Binə” və “Sədərək” təhlükə altında...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Kim çirkabın içində yaşamaq istəyər ki? Ayrı çarəmiz yoxdur...”

    “Kim çirkabın içində yaşamaq istəyər ki? Ayrı ...

    26-01-2017, 22:28

  • 
  • ​Bakının mərkəzindəki parkda DƏHŞƏTLİ HADİSƏ: Ölən var - YENİLƏNDİ

    ​Bakının mərkəzindəki parkda DƏHŞƏTLİ HADİSƏ: ...

    26-12-2018, 15:09

  • 
  • Ermənistanın beşdə biri məhv olmaq təhlükəsi qarşısında - Ölkə bir-birinə dəydi

    Ermənistanın beşdə biri məhv olmaq təhlükəsi ...

    16-09-2014, 15:36

  • 
  • Böyükşor gölü ilə bağlı nazirlik rəsmisindən - Açıqlama

    Böyükşor gölü ilə bağlı nazirlik rəsmisindən - ...

    7-07-2020, 22:55

  • 
  • Bakının bu hissəsində qatarlar kanalizasiya suyunda hərəkət edir

    Bakının bu hissəsində qatarlar kanalizasiya ...

    2-09-2017, 15:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu