Biz “Gündəm Xəbər” vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirik. Hörmətli Prezident biz Ağdaş rayon sakinləri bir neçə gündür ki, bir qrup saxtakarın səsli-küylü təbliğatından bezmişik. Ehtiyatlı və diqqətli olmaq lazımdır. MTN-nin sabiq naziri Eldar Mahmudov əlaltısı keçmiş deputat Çingiz Əsədullayevin əli ilə Cavid Osmanovu deputat mandatı almasına çalışır. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlğa namizəd Cavid Osmanovun təbliğat kompaniyası 10-15 maşını yığıb şüşələrinə onun şəkilini yapşdırıb gur səslə siqnal verərək bütün günü rayonun küçələrini, kəndlərini gəzirlər. Yaxşı təbliğat aparırsansa ay Cavid müəllim nə üçün maşından yerə düşüb seçicilərlə görüşmürsünüz, gələcək proqramınız barədə danışmırsınız ? Nə vaxtdan maşın karvanlarını şəkillərlə bəzəyib gur səslə siqnal verərək küçələri gəzmək seçki təbliğatı olub ? Bu seçki təbliğatı deyil kredit içində boğulan, işsiz qazsız. susuz qalmış ağdaşlıların zəhləsini tökməkdir. Axı Cavid Osmanov 12 ildir Ağdaş rayon İcra Hakimiyəti başçısının birinci müavinidir. Bu müddət ərzində bir yaralı barmağa məlhəm qoymayıb, sakinləri kobud qəbul edib bir problemin həllində kömək etməyib. İndi utanmadan deputatlığa namizədliyini irəli sürüb. Bunun isə arxasında dayanan MTN-nin sabiq naziri Eldar Mahmudovun əl altısı keçmiş deputat Çingiz Əsədullayevdir. Cavid Osmanov 2005-2010 və 2015-ci illərdə Parlament seçkilərində Çingiz Əsədullayevin seçki qərargahının rəhbəri olub. Özünün əlidən çıxsada Çingiz Əsədullayev hazırda çox çalışır ki, mandatını öz əlaltısı Cavid Osmanova versin. Çingiz Əsədullayev 15 il deputat oldu nə etdi ? Ağdaşlıları kreditə otuzdurub zəlil etdi. Bu bankir sabiq deputatın nəfisi çox güclüdür. Cavid Osmanov kimi savadsızı, intelektual səviyyəsi olmayanı saxta diplomla vəzifəyə gətirdi. Cavid Osmanov hərbi xidmət keçməyib, maraqlanan da yoxdur ki, o hansı xəstəliklə hərbi xidmət keçməyib. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməmək üçün saxta xəstəliklə hərbi xidmət keçməkdən yayına bilib. Vətəninin , elinin-obasının qədrini bilməyən şəxsdən millət vəkili olmaz. Adı daima qumar oyunlarında hallanan, seçki kompaniyasında ətrafına muzdlu adamları yığıb maşınlarla gur siqnal verərək küçələri gəzmək , proqramı, nüfuzu, hörməti, ali təhsili ən əsası isə mədəniyyəti olmayan adama kim səs verər ? Cavid Osmanovun Misirin Qahirə şəhərində ali təhsil almasına dair diplomu saxtadır. Bu adam hətda Ağdaşda nüfuzlu şəxs olmuş Cümşüd Hacıyevin adına verilmiş küçənin adını da qərəzli olaraq dəyişdirib. Çünki, Cümşüd Hacıyev sağlığında bir yaramaz hadisəyə görə Cavid Osmanovun atası malay Həmidin başındakı papağı götürüb yerə tullayıb ayaqlamışdır. Bunu isə ağdaşlılar heç vaxt unutmayıblar, çünki rayonda çox nüfuzlu insan olmuş Cümşüd Hacıyev haqlı olaraq bunu etmişdir. Buna görə də Cavid Osmanov vəzifə alan kimi həmin küçənin adını dəyişdirmişdir. Cavid Osmanovun Ağdaşda deputat seçilməsində maraqlı şəxs bir başa MTN-nin sabiq naziri Eldar Mahmudovun əlaltısı keçmiş deputat Çingiz Əsədullayevdir. Hətta Çingiz Əsədullayev məclislərin birində deyib ki, Cavidin deputat dobrosunu almışam haqqı da çatıb iki milyon vermişəm. Hörmətli Prezident sizdən xahiş edirik bu faktları araşdırıb keçmiş deputat Çingiz Əsəduullayevin Cavid Osmanov kimi yaramaza saxta yolla deputat mandatı almasına imkan verməyəsiniz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?