GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abutalıbovun qohumu Nizami rayonunda “at oynadır”

Abutalıbovun qohumu Nizami rayonunda “at oynadır”

Tarix: 25-04-2013, 11:10 Bölmə :Ölkə Baxış: 1 141
Abutalıbovun qohumu Nizami rayonunda “at oynadır”

“Bir çox üzdəniraq bürokratların arxasında yüksək
çinli məmurlar durur, əks təqdirdə onlar belə
arxayınlıqla istədikləri kimi davranmazdılar”


Bakı şəhər Naxçıvanski küçəsi 45-ci binanın sakinləri adından redaksiyamıza məktub göndərilib. Həmin ünvanda 25-ci mənzildə yaşayan Cəfərov Saleh Kazım oğlu üzləşdikləri qanunsuzluqlardan və məmur özbaşınalığından tazır. O bildirir ki, Nizami rayon icra hakimiyyəti işçilərinin və 26 saylı mənzil istismar sahəsinin rəisi Balayev Rasimin yarıtmaz fəaliyyətindən dəfələrlə şikayət etsək də, heç bir tədbir görülməmişdir. Şikayət məktubları yenidən baxılmaq üçün, mənzil təsərrüfatı idarəsinə göndərilmişdir ki, burada da məktublar işçilərin ironiyası ilə qarşılanmışdır: “Ərizələrdə sakinlərin imzası və ünvanları aydın şəkildə verildiyi halda işçilərdən biri -“Niyə anonim ərizə yazırsınız?”deyə soruşdu. Bu sual məni çox təəccübləndirdi və işçinin savadsızlığını bir daha sübut etdi.
İstər İcra hakimiyyətində ərizəmizə cavabdeh olan Babək Tatlıyev( Süleyman Tatlıyevin qardaşı oğlu), istərsə də mənzil istismar sahəsində rəis olan Rasim Balayev(Bakı şəhər İH-nin başçısı Hacıbala Abutalıbovun qohumu) bu vəzifəyə öz savadının, qabiliyyətinin hesabına yiyələnməyib. Deməli, nə qədər ki, vəzifədə olan qohumlarının hesabına vəzifə sahibi olanlar var, bütün problemlərimizə də belə barmaqarası baxacaqlar. Bunun harası demokratiyadır? Monarxiya, anarxiya desək daha düzgün olar.
B.Tatlıyevin və R. Balayevin özbaşınalıqlarını müxtəlif mətbuat orqanlarında ifşa etdikdən sonra, mənə qarşı təzyiqlərə başlanıldı. Evimin qarşısına mütəmadi olaraq ifrazat tökürdülər. Binanın damında olan antennam qırılaraq kənara atıldı, kabeli isə aparıb elə yerə kubikin altına qoymuşdular ki, gedib götürəndə yıxılım, yaxud da kabeli çəksəm başıma kubik düşsün. Qarabağ müharibəsi içtirakçısı kimi, aldığım travma nəticəsində sağlamlığımın yerində olmaması onlara da məlum idi. Balkonumun altını qeyri-qanuni olaraq mənzilə ehtiyacı olmayan bir nəfərə ev tikmək üçün satırlar. Bununla da hələ sovet dövründə 300 manat xərc çəkib paltar asmağa düzəltdiyim yerdən də məhrum oluram. Balkonumda yeşiyin içərisində 2 üçkiloqramlıq, bir neçə kiloqramlıq bankalarda zoğal, qarağat, əncir və s. mürəbbələr var idi ki, bir də baxıb gördüm ki, yeşiklə birgə yoxa çıxıb.
Bütün bu neqativ hadisələrdən sonra Nizami rayon 24-cü polis bölməsinə, Nizami rayon prokurorluğuna, Bakı şəhər Baş polis idarəsinə dəfələrlə yazılı ərizə ilə müraciət etmişəm. Lakin heç bir nəticə verməyib. Nizami rayon 24-cü polis bölməsində şikayət özünü doğrultmadığı üçün işə xitam verilmişdir. Həyətimizdə blokların düz qarşısında iri və hündür gövdəli qurumaq üzrə olan 4 qovaq ağacı var. Bir neçə il bundan əvvəl onlardan biri gecə yarısı küləyə dözməyib yıxıldı və sakinlərin birinin “Jiquli” markalı maşınını yarıtmaz hala saldı. Hələ yaxşı ki, bu hadisə gecə baş vermişdi, yoxsa insan tələfatı da ola bilərdi. Bir neçə dəfə bu barədə də Nizami rayon İK-nə məlumat verdik. Bir nəticəsi olmadı. Məcbur olub Şəhər Yaşıllaşdırma idarəsinin Ekspertiza şöbəsinə ərizə yazdıq. 2010-cu ildə idarənin məsul işçisi vəziyyəti yerində yoxlayaraq ağacların qurumuş hissələrinin kəsilməsi barədə yazılı rəy verdi. Rəyi Nizami rayon İcra Hakimiyyəti başçısı Tahir Budaqova təqdim edərkən, o, ərizənin icrasını İcra Hakimiyyətinin işçisi Babək Tatlıyevə tapşırdı. Ümidlərimiz isə nəticəsiz qaldı. Hətta ərazimizin deputatı ilə görüşümüz də bir nəticə vermədi.
Binamızın sakinləri çirkli əşyalarını, maşınlarını binanın qarşısında yuyaraq çirkli suları ətrafa tökürlər. Bu da xəstəlik yaradan səbəblərdəndir. Hansı ki, əvvəllər bu işlər üçün həyətimizdə xüsusi yer vardı və çirkli sular birbaşa kanalizasiyaya axıdılırdı. Lakin bu yer Nizami rayon İH və 26 saylı mənzil istismar sahəsinin rəisi tərəfindən satıldı. İcra hakimiyyətinə dəfələrlə müraciətimizə baxmayaraq həyətimizdə baş alıb gedən bu anti-sanitariyaya qarşı heç bir tədbir görülmədi. Çirkli əşyaların yuyulması üçün yer ayrılmadı. Babək Tatlıyevin sözlərinə görə tiksək də gəlib sökəcəklərmiş.
2012-ci ilin iyul ayının 16-da binamızın sakinlərinin xahişi ilə Prezident aparatına şikayətə getdim. Avqust ayının 16-a qəbula yazıldım. Prezident Aparatı Yerli Orqanlarla iş şöbəsində Tağı Zeynalın qəbulunda oldum. Tağı müəllim dəfələrlə məni başa düşmədiyini söyləyirdi. Qəribədir, 45 il dərs deyən , 30 il mühazirə oxuyan bir şəxsi Tağı Zeynal başa düşmür. 8 il Qarabağ müharibəsində kəşfiyyatçı kimi fəaliyyət göstərmişəm, döyüşərək sağlamlığımı itirmiş, 2-ci dərəcəli əlil olmuşam. İxtisasca isə tarixçiyəm. Bütün bunlardan sonra mənə bir daha məlum oldu ki, bir çox üzdəniraq bürokratların arxasında yüksək çinli məmurlar durur.Əks təqdirdə onlar belə arxayınlıqla istədikləri kimi davranmazdılar. Rüşvətxor məmurların ifşa olunması istiqamətində atılan addımlar məni qane etmir. Əgər yerlərdə rüşvətxor məmurlar iqtisadi islahatların aparılmasına imkan yaratmırsa, onda bizim heç bir planımız, proqramımız həyatda öz əksini tapmaz. Qəbul olunmuş qərarlar yerlərdə icra edilməlidir və bu qərarların düzgün icrasına əhali nəzarət etməlidir.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • BŞYPİ-də II qrup Qarabağ əlilinin №048997 saylı vəsiqəsi, altı ay “girov” saxlanılıb

    BŞYPİ-də II qrup Qarabağ əlilinin №048997 saylı ...

    27-07-2016, 00:42

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Abdin Fərzəliyevin rayonunda qış zülmü

    Abdin Fərzəliyevin rayonunda qış zülmü ...

    20-12-2012, 14:02

  • 
  • Bakının mərkəzindəki gecə klubu sakinləri ayağa qaldırdı

    Bakının mərkəzindəki gecə klubu sakinləri ayağa ...

    22-08-2013, 11:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu