GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mənə nə olur, bilmirəm?

Mənə nə olur, bilmirəm?

Tarix: 26-06-2016, 22:31 Bölmə :Ölkə Baxış: 403
Mənə nə olur, bilmirəm?

gundemxeber.az zaman.az-a istinadən bildirir ki, Miladın 610-cu ilinin mübarək Ramazan ayı yeni girmişdi. Həzrəti Peyğəmbər (s.ə.s.) adəti üzrə lazımi qədər yeyəcək götürüb Hira dağına yollandı. Ağır-ağır gedirdi. Ayaqları yolu tanıyırdı. Başı bir az önünə əyilmiş, vüqarlı və nurlu alnında dərin düşüncələrin izləri oxunurdu.
Məkkəlilərin hamısının sevgi və hörmətini qazanmış, sədaqət və dürüstlüyünə inandıqları üçün Muhamməd ül Əmin adlandırılmış bu şəxs niyə bu qədər fikirli idi? Şübhəsiz ki, onu bu düşüncələrə qərq edən qövmünün cahilliyi, bəşəriyyətin qəddarlığı idi. O, böyük həqiqəti axtarırdı. Ancaq ona gedən yol harada idi? Qövmü xeyir və zərər verməkdə aciz olan bütlərin önündə əyilirdi, onlara Tanrı deyərək ibadət edirdi. Halbuki onların əlindən nə ruzi yaradıb vermək gəlirdi, nə də bir zərər və fəlakətin qarşısını ala bilirdilər. Daş və ağac parçaları idilər. Buna baxmayaraq, qövmü onların önündə əyilir, niyaz edir, onlara yalvarırdı. Hübel, Lat, Uzza və s. sayları 360-ı keçən bu bütlərə niyə əyilirdilər? Bu qədər də cahillik olardımı? Elə belə davam edəcəkdimi? Bir haqq məbədi olan Kəbədə bu bütlər nə qədər qalacaqdılar? Həzrəti İbrahim və İsmayıl onu Allaha ibadət üçün bina etmişdilər, rüku edənlər, səcdəyə qapananlar üçün tər-təmiz buraxmışdılar. İndi isə oraya bütləri doldurmuşdular. Cəhalət hər tərəfi bürümüşdü. Yalnız bu deyildi. Bütün dünyanı bürüyən cahillik dalğası bəşəriyyəti əzib məhv edirdi. Şirk və tüğyan cərəyanları cahanı bürümüşdü. Ərəblər qız uşaqlarını diri-diri torpağa basdırır, qullara əzab verirdilər. İnsanların halı necə olacaqdı? Bunun axırı hara gedəcəkdi?
Bu cür fikirlərlə məşğul ikən mağaraya çatmışdı. Səhranın qumlarını, otlaqların çəmənlərini yalayıb gələn meh üzünü bir az sərinlətdi. Ayağının altında səhralar, vadilər, yamaclar döşənmişdi. Gözlərini göylərə çevirdi. Mavi səmada saysız ulduzlar və ay parlayırdı. Bir azdan günəş doğacaqdı. Ucsuz-bucaqsız səmalar və aləmlər... Bunların xaliqi olan Zati Əcəllü Əlani bir bilib, yalnız Onun hüzurunda əyilmək: əsl həqiqət budur, hidayət budur. Ax, bəşəriyyət bunu bir anlasa!
Həzrəti Muhamməd (s.ə.s.) mağarada Həzrəti İbrahimin şəriəti üzrə ibadət edirdi. Musa və İsanın şəriəti üzrə ibadət edirdi, - deyənlər də var. İbn Kəsir bu barədə bir sıra rəvayətlər nəql edir. Ən doğrusu, öz aləmində haqq bildiyi şəriət üzrə idi, deyir. İmami Buxari Həzrəti Peyğəmbərin Hira dağında ibadətlə məşğul olduğunu söyləyir. Elə tənhalığa çəkilib müəyyən bir zamanı ibadətlə keçirməyə təhannüs və ya təhannüf deyilir. "Umdətül Kaari" adlı şərhində Buxari təhannüs kəlməsini izah etdiyi zaman belə deyir: "Peyğəmbərimizin necə ibadət etdiyini söyləmək lazım gələrsə, onun təfəkkür və ibrətdən ibarət olduğunu söyləyə bilərik".
İlk vəhy gəldiyi zaman
Nübüvvətin muqəddəməsi olaraq böyük sirr və uca həqiqət Həzrəti Peyğəmbərə röya aləmində göstərilməyə başlandı. Onun yuxuda gördüyü hər şey, aydınlıq bir səhər kimi, eynilə baş verirdi.
Bir gün Hira dağındakı mağarada xəyala daldığı zaman gözünə mələk göründü və:
- Oxu! dedi.
Həzrəti Peyğəmbər:
- Mən oxumaq bilmirəm, - dedi.
Bu sözdən sonra mələk onu tutub başdan-ayağa, taqəti kəsilənə qədər sıxdı və yenə:
- Oxu, dedi.
Həzrəti Peyğəmbər eyni cavabı verdi:
- Mən oxumağı bilmirəm.
Mələk yenə onu başdan-ayağa, taqəti kəsilənə qədər sıxdı və buraxaraq yenə:
- Oxu, dedi.
Bu üçüncü əmr qarşısında Həzrəti Məhəmməd (s.ə.s.) titrək bir səslə, sanki yalvararaq:
- Nə oxuyum, - deyə soruşdu.
O zaman mələk, ilahiyyatdan, görünən aləmin o yanından gələn səslərin ən şirin ahəngi ilə bunları oxudu:
"Xəlq edən Rəbbinin ismiylə oxu. O, insanı qandan xəlq etdi. Oxu, O çox kərim olan Rəbbinin haqqı üçün ki, O qələmlə təlim etdi, insana bilmədiyini öyrətdi" (Alaq surəsi, ayə: 1-5).
Həzrəti Peyğəmbər dinlədi və sözlər qəlbinə nəqş olundu. Mələk bunları oxuduqdan sonra ortadan qeyb oldu. Həzrəti Muhamməd (s.ə.s.) ilk vəhyin yaratdığı qorxu və həyəcan içində evinə döndü. Həzrəti Xədicəyə: "Mənim üstümü örtün, mənim üstümü örtün", dedi. Dərin bir yuxuya getdi. Oyandıqdan sonra gördüyü şeyləri, keçirdiyi halları Xədicəyə bir-bir anlatdı:
- Mənə nə olur, bilmirəm? - dedi.
Həzrəti Xədicə, sadiq və dürüst ərinin yaşadığı ruhi halları, keçirdiyi iztirabı yaşamış kimi oldu. Ərinin bu həyəcanlı halından qorxmadı. Ona belə dedi:
- Müjdələr olsun, səbr et. Canımı yeddi qüdrətində tutan Allaha and içirəm ki, sən bu ümmətin peyğəmbəri olacaqsan. Allah Səni, əsla tərk etməz. Sən rəhmdarsan, sözün düzünü söyləyənsən, məşəqqətlərə dözümlüsən, qonaqpərvərsən, fəlakətə düçar olanlara kömək edənsən. Allah belə qulunu tərk etməz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri ...

    23-07-2016, 21:01

  • 
  • Əxlaqsız həyat yaşayan insanların aqibəti

    Əxlaqsız həyat yaşayan insanların aqibəti ...

    20-11-2014, 20:55

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (328)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu