GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Lezva ilə qollarımı kəsərkən özümə qəsd etmək fikrim olmayıb”

“Lezva ilə qollarımı kəsərkən özümə qəsd etmək fikrim olmayıb”

Tarix: 28-06-2016, 18:12 Bölmə :Ölkə Baxış: 459
“Lezva ilə qollarımı kəsərkən özümə qəsd etmək fikrim olmayıb”

Zaqatala rayonunda iki tanışın arasında yaranan mübahisə cinayətlə nəticələndi

Zaqatala rayonunun Dağlı kəndində yaşayan 1980-ci il təvəllüdlü Möhübbət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Möhübbət Əliyev 12 aprel 2015-ci il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Zaqatala şəhəri, Çingiz Atalov küçəsində yerləşən kafedə olarkən sonradan oraya gələn Samir Xəlilovdan ona pivə almasını tələb edib.

Samir Xəlilov Möhübbətə pulunun olmadığını bildirib. Bu zaman Möhübbət ona pivə almamasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Samir ilə mübahisə etməyə başlayıb. Kafenin sahibi onların hər ikisini çölə çıxardıb.

Möhübbət Əliyev həmin küçədəki “Soliton” mağazasının yaxınlığında qanuna zidd hərəkətlərini davam etdirib və Samir Xəlilovun ünvanına uca səslə nalayiq söyüşlər söyüb. O, həmçinin səs küy salmaqla ictimai asayişi pozub. Möhübbət Əliyev həmin yerdə 30 dəqiqə ərzində dava edib. Dava zamanı o, Samir Xəlilovu döyərək xəsarət yetirib.

Istintaq orqanı Möhübbət Əliyevi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edib və cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərib.

Məhkəmədə işə baxan hakim Möhübbət Əliyevin ittiham olunduğu maddəni dəyişib. Hökmə əsasən, Möhübbət Əliyev Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Möhübbət Əliyevin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cəzalandırılmasını istəyib.

Prokurorluğun protesti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Başqa masada oturmasını xahiş etdim”

Məhkəmədə ifadə verən Möhübbət Əliyev özünü qismən təqsirli bilərək göstərdi ki, Zaqatala rayonunun Dağlı kəndində ailəsi ilə birlikdə yaşayır: “Himayəmdə 3 az yaşlı uşağım var. Aprelin 12-də, saat 18 radələrində Zaqatala şəhəri Avtovağzal ərazisində yerləşən Qurban adlı şəxsin kafesinə gəldim. Kafeyə daxil olaraq oradakı masaların birində əyləşərək pivə içməyə başladım. Kafeyə daxil olanda başqa yerdə spirtli içki qəbul etdiyim üçün sərxoş olmuşdum. Təxminən 10 dəqiqədən sonra əvvəllər tanıdığım Zaqatala şəhər sakini Sadiq adlı şəxs kafeyə daxil oldu və mənimlə görüşərək oturduğum masada əyləşdi. Birlikdə söhbət etməyə başladıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqədən sonra Sadiqin qardaşı Samir içkili vəziyyətdə gələrək kafeyə daxil olub: “Samir bizimlə görüşərək söhbət etməyə başladı. Samirdən sərxoş olduğu üçün başqa masada oturmasını xahiş etdim. Həmin vaxt Samir duraraq başqa masada oturdu. O, pivə içərək mənə qarşı kobud sözlər işlətməyə başladı. Sonra Sadiq qardaşı Samirin sərxoş olmasını hiss edərək onun kafedən çölə çıxmasını xahiş etdi. Samir çölə çıxmayaraq mənimlə mübahisə etməyə başladı”.

“Lezva ilə qollarımı kəsmişəm”

Möhübbət Əliyevin sözlərinə görə, həmin vaxt Samirlə birlikdə kafedən çölə çıxıblar: “Hər ikimiz kafenin qarşısına çıxdıqda bir birimiz ilə tutaşmağa başladıq. Samirin qardaşı Sadiq gələrək bizi ayırdı. Sonra hər ikimiz kafedə pivə içməyə başladıq. Pivə içdikdən sonra kafedən çıxdım. Yaşadığım evə getmək istəyərkən kafenin qarşısında Samir arxadan sifət nahiyəmə yumruqla vurdu. Bu səbəbdən yumruqla Samirin üz nahiyəsinə, kəllə ilə qaş nahiyəsinə vurdum. Zərbənin təsirindən Samir yerə yıxıldı. Həmin vaxt polis əməkdaşları gələrək hər ikimizi polis şöbəsinə apardılar. Mübahisə və dava vaxtı boş pivə bakalı ilə Samirin sifət nahiyəsinə vurmamışam. Mübahisələrimiz kafenin içərisində baş versə də, davamız Zaqatala şəhəri Ç.Atalov küçəsindəki “Soliton” mağazasının qarşısında baş verib. Dava vaxtı hadisə yerinə Samirin qardaşı Sadiq və çoxlu sayda tanımadığım vətəndaşlar yığışıb. Lezva ilə qollarımı kəsərkən özümə qəsd etmək fikrim olmayıb. Əsəbiləşiyim üçün lezva ilə qollarımı kəsmişəm”.

“Məndən pivə almağımı tələb etdi”

Zərərçəkmiş Samir Xəlilovun sözlərinə görə, Zaqatala şəhəri, A.Qardaşov küçəsi ev 11 mənzil 9-da ailəsi ilə birlikdə yaşayır: “Möhübbət Əliyevi tanıyıram. Aramızda heç bir qohumluq münasibətləri və ədavətimiz yoxdur. Aprelin 12-də, saat 18 radələrində Qurban adlı şəxsin kafesinə İsmayıl adlı tanışım ilə gəldim. Birlikdə pivə içmək istəyərkən həmin kafedə olan Möhübbət adlı şəxs məndən pivə almağımı tələb etdi. Möhübbətə nəyə görə pivə almalıyam sözünü dedim. Möhübbət isə mənə qarşı söyüşlər söydü. Həmin vaxt aramızda mübahisə başladı. Kafedə

işləyən Məhəbbət və Qurban bizi kafedən çölə çıxartdılar. Möhübbət çöldə, yəni “Soliton” mağazasının qarşısında ünvanıma nalayiq söyüşlər söydü və mənimlə tutaşmaq istədi. Bu zaman Qurban və qardaşım Sadiq bizi ayırdılar. Təxminən 10 metr piyada gedərək “Ocaq” marketdən siqaret aldım. Marketdən çıxarkən Möhübbət ünvanıma yenə söyüşlər söydü. Mən Qurbanın işlədiyi kafenin giriş qapısının yanına gəldim. Biz yenidən dalaşmağa başladıq”.

“Gah bakalla, gah da daşla vurduğu barədə ifadə vermişəm”

Zərərçəkmiş qeyd edib ki, daha sonra Möhübbət yaxınlıqda olan mağazaya girib: “Möhübbət mağazadan lezva alaraq çölə çıxdı və lezva ilə qollarını kəsərək öz özünə xəsarət yetirdi. Həmin vaxt polis əməkdaşları hər ikimizi polis şöbəsinə apardılar. Orada qaş nahiyəmdən qan axdığını gördüm. Sərxoş olduğumdan Möhübbətin məni nə ilə vurduğunu görməmişəm. Buna görə də istintaq zamanı Möhübbətin məni gah bakalla, gah da daşla vurduğu barədə ifadə vermişəm”.

Prokuror: “Məhkəmə düzgün nəticəyə gəlməyib”

Dövlət ittihamçısı Vidadi Cabbarov bildirib ki, ibtidai istintaq zamanı Möhübbət Əliyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib: “Buna səbəb Möhübbət Əliyev ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, silah qismində istifadə etdiyi əşyanı tətbiq etməklə vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər göstərib. Məhkəmənin hökmündən görünür ki, hökmün təsviri-əsaslandırıcı hissəsində Möhübbət

Əliyevin törətdiyi qərəzli xuliqanlıq cinayətinin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri barədə məhkəmə tərəfindən sübuta yetirilib. Hökmün təsviri hissəsində təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərkən elan olunmuş ittihamla məzmununa görə tamamilə eynidir. Hökmdən göründüyü kimi məhkəmə Möhübbət Əliyevin ictimai qaydanı kobud surətdə pozmaqla 12 aprel 2015-ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə Zaqatala şəhərindəki Çingiz Atalov küçəsində yerləşən kafedə və sonra həmin küçədəki “Soliton” mağazasının yaxınlığında Samir Xəlilovla dalaşaraq 30 dəqiqə ərzində cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, kafedən götürdüyü boş pivə bakalını silah qismində tətbiq edib, Samir Xəlilovun sifətinə qəsdən zərbə vurub. Bu səbəbdən ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirib. Məhkəmə onun vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etməsini hökmdə müəyyən edilmiş hal kimi sübuta yetirsə də, Möhübbət Əliyevə qarşı irəli sürülmüş ittihama hüquqi qiymət verərkən düzgün nəticəyə gəlməyib, Möhübbət Əliyevə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla razılaşmayıb. Məhkəmə onun əməlini qanunsuz və əsassız olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edib”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun protesti təmin edilib və Zaqatala rayon Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Möhübbət Əliyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham edilib və onun barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lənkəran polis rəisinin fironluğu

    Lənkəran polis rəisinin fironluğu ...

    9-01-2015, 13:42

  • 
  • Samir Əliyev istefa verdi!

    Samir Əliyev istefa verdi! ...

    17-10-2015, 21:30

  • 
  • Məhlədə danışıb-gülmək davaya səbəb oldu

    Məhlədə danışıb-gülmək davaya səbəb oldu ...

    19-02-2015, 23:57

  • 
  • Beyləqanda maliyyə fırıldağı

    Beyləqanda maliyyə fırıldağı ...

    1-10-2013, 16:38

  • 
  • Facebook şərhinə görə şagirdi öldürdülər

    Facebook şərhinə görə şagirdi öldürdülər ...

    21-02-2015, 12:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu