. Onu da qeyd edim ki, həmin vaxt banka kredit borcumuz var idi. Belə bir səbəblər üzündən də, həyətyanı torpaq sahəmizi satmaq məcburiyyətində qalmışdıq
Göyçay rayonu Heydər Əliyev prospekti ev-81 ünvanında yaşayan Mehdiyev Əlibaba Elman oğlu “Gündəm Xəbər”ə yazdığı şikayət ərizəsində qeyd edir ki, “bizim rayonun sabiq icra başçısı Mübariz Ağayevin qanunsuz əməllərindən, ailə üzvlərimiz artıq özlərinə qəsd etmək istəyindədirlər. Başçı olduğu illər ərzində daim saxtakarlıqla məşğul olmuş Mübariz Ağayev, ailəmizə borclu olduğu 10 min (onmin manat) manatı vermədi və bizi aldatmağı da bacardı. Belə ki, 2015-ci il tarixdə rayonda abadlıq işləri aparılarkən Heydər Əliyev Mərkəzinin qarşısında, daha dəqiq desəm Gənclər Mərkəzi tikilən və park salınan ərazidəki evləri kompensasiya verəcəkləri şərtilə sökdülər. Həmin vaxt Elşad Məmmədova məxsus maqazin də plana düşdü deyə, ona kompensasiya əvəzi olaraq müəyyən məbləğdə pul verdilər. Qalan pulun əvəzində isə, mənim satdığım həyətyanı torpaq sahəsini Mübariz Ağayev alıb həmin şəxsə verdi. Onu da qeyd edim ki, həmin vaxt banka kredit borcumuz var idi. Belə bir səbəblər üzündən də, həyətyanı torpaq sahəmizi satmaq məcburiyyətində qalmışdıq. Sabiq icra başçısı pulumuzun müəyyən hissəsini versə də, 10 min (on manat) manatını borclu qaldı. Həmin vaxt Mübariz Ağayev bizə and içib söz verdi ki, “10 min manatınızı tezliklə verəcəyəm”. Bu gün-sabah deyə-deyə məni get-gələ salan icra başçısı sonda da bildirdi ki, “sizə söz versəm də səhv etmişəm, indi də pul yoxdur. Prezident sərəncam imzalasa da, Göyçaya ayrılan 3 milyon manat təyinatı üzrə verilmədi. Ona görə də, indi sizin pulunuzu verə bilməyəcəyəm. Belə bir saxtakarlıqları Mübariz Ağayevlə bərabər, onun müavini Ədalət Dövlətov edib. Hər ikisi əlbir olaraq, bizim ailəni aldatmağı da bacardılar. Hal-hazırda banka olan kredit borcumuzu verə bilməmişik, belə bir səbəb üzündən də, özümüzə qəsd etmək istəyindəyik. Mübariz Ağayev torpaq pullarının bir hissəsini verən zaman, o, öz diqtəsi ilə göyçaylılar adından prezident İlham Əliyevə yazdırıb hazırlatdığı təşəkkür məktubuna, mənə də imza atmışam. Guya biz göyçaylılar Mübariz Ağayevin apardığı abadlıq-quruculuq işlərindən çox-çox razıyıq və buna görə də ona minnətdar olduğumuzu bildiririk. Əslində isə, həmin saxta təşəkkür məktubuna imza edən 400 nəfərin hər biri, mənim kimi aldadılmış şəxslərdirlər. Mübariz Ağayev bizi aldadaraq pulumuzu mənimsəmişdir. O, az bir müddətdə Göyçay rayonunda elə bir talançılıq əmələri törətdi ki, bütün bunların araşdırılıb ciddi tədbir görülməsinə zərurət var. İndi isə, qol qoyduğu məsuliyyətindən yayınmaq üçün özünü xəstəliyə vurub. Mən mətbuat vasitəsilə prezident İlham Əliyevdən xahiş edirəm ki, sabiq icra başçısı, talançı Mübariz Ağayevin barəsində ciddi tədbir görülməsi üçün, aidiyyəti qurumlara lazımi tapşırıqlarını versin. O halda inanırıq ki, halal pulumuzun ödənilməsinə nail ola biləcəyik”. Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?