GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əlikram Hümbətov yenə sarsaqladı

Əlikram Hümbətov yenə sarsaqladı

Tarix: 8-12-2012, 18:40 Bölmə :Ölkə Baxış: 1 288
Əlikram Hümbətov yenə sarsaqladı

Baş separatçı murdar ağzını yenə açdı

Müsahibimiz hazırda Niderland krallığının Voorburq şəhərində yaşayan, “TMR”-inn qurucusu Əlikram Hümbətovdur. Tariximizdə “Talış Muğan Respublikası”nın ləkəli yaradıcısı kimi qalan müsahibim son günlər ölkədə baş verən siyasi proseslərə münasibətini bildirdi.

- Noyabrın 14-də talışların hüquqlarını müdafiə etmək üçün yeni bir qurum yaradıldı- Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADNTB). Sizcə, Azərbaycanda belə bir birliyin yaradılmasına nə dərəcədə ehtiyac vardı?
- Təşkilatın adında da “Azərbaycan dövlətçiliyi” və “demokratiya” kimi mühüm ifadələr var. Talışlar da Azərbaycan vətəndaşlarıdır, vətənlərində mükəmməl dövlətçiliyin və demokratiyanın olmasını, ərazi bütövlüyünü, ölkədə yaşayan digər xalqların nümayəndələrindən heç də az istəmirlər. Öz adları, milli mənsubiyyətləri ilə ölkədəki proseslərdə bərabər hüquqlu vətəndaş kimi iştirak üçün təşkilatlanmaq istəyirlər. Əslində normal və tolerant düşüncəli, kamil insanlarımız bu məsələdə onlara imkanları daxilində kömək etməlidir. Yardım etməyi bacarmırlarsa, maneçilik də etməsinlər.

- Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov Lənkəran, Masallı, Lerik və Astara rayonlarında artıq nümayəndəliklərin yarandığını da bildirib…
- Deməli, həmin bölgələrdə, ümumilikdə sizin “cənub” adlandırdığınız Talış mahalında və axtarsaq, Azərbaycanın digər əyalətlərində, təşkilatın adında olan mühüm və məlum ifadələrin əməli həyata keçirilməsində maraqlı çoxsaylı insanlar var. Onların vətənimizin taleyüklü məsələlərində süni şəkildə kənarlaşdırılmasından narazılıqları artıq formalaşıb və taleyüklü vacib proseslərdə aktiv iştiraka maraqları var.

- Adıçəkilən qurumun məramnaməsində məqsədlərdən biri də talış xalqının folklorunu, adət-ənənələrini, mahnılarını, nəğmələrini, musiqisini və digər özünəməxsus mədəniyyət nümunələrini qoruyub hifz etmək və onun inkişafına nail olmaqdır. Amma talış kökənli müğənni Baloğlan Əşrəfov talış dilində mahnılar oxuyur. Siz hansısa bir təzyiqin olduğunu deyə bilərsizmi? Elə götürək mədəniyyəti…
- Yaranmaqda olan təşkilatın Nizamnamə və Məramnaməsi barədə mətbuat vasitəsilə hələ az məlumatlıyam. İnanın ki, bu təşkilatın dəqiq yönümünü və hansı ideya daşıyıcısı olacağı barədə də bildiyim bir şey yoxdur. Təsisçilərindən biri mətbuata verdiyi müsahibəsində bildirdi ki, onların təşkilatının fərd olaraq mənimlə heç bir aidiyyəti və əlaqəsi yoxdur. Bir qədər də uzağa gedərək bildirib ki, Əlikram Hümbətov “burnunu bizim işlərə soxmasın”. Bir qədər mədəniyyətdən uzaq fikirdir, amma böyük hörmət göstərərək bildirirəm ki, həqiqətən də, onların yaratmaq istədiyi təşkilat barədə mənim fərd olaraq heç bir məsləhət, yaxud istiqamətləndirici təklifim olmayıb və heç vaxt da olmayacaq.
O ki qaldı Baloğlan Əşrəfova, ümumiyyətlə, mədəniyyət təkcə şou-biznes sahəsi ilə yekunlaşmır. Baloğlan Əşrəfov bir müğənni olaraq ana dilində bir neçə mahnı oxuyub. Əgər ona hansısa titul vəd edilərsə, bir anın içərisində oxuduğu bütün mahnılardan imtina edər.
Talış Mədəniyyət Mərkəzinin qeydiyyatı ləğv edildikdən sonra bu günədək yenidən qeydiyyat barədə müraciətlərə cavab verilməyib. Həbs edilən mərkəzin sədri Novruzəli Məmmədov həbsxanada öldü. Mərkəzin digər sədr müavini Hilal Məmmədov hazırda həbsdədir. Talış Ağsaqqallar Şurasının rəsmi olaraq ölkə prezidentinə RTMM-nin fəaliyyətinin qurulmasına dövlət qayğısının göstərilməsi barədə müraciətinə cavab belə verilmədi. Belə vəziyyətdə kimlərsə, öz milli kimliyinə ən az hörmət edənlər, sözün həqiqi mənasında, talış xalqının mənliyinin, ləyaqətinin, şərəfinin sahibi olmaqla, onun yaşam haqqı barədə düşünməyə məcburdur. Azərbaycanın ərazi bütövlüyünü həqiqətən istəyən ağıllı, hər sahədə qardaşlıq iddiasında olan digər xalqlara münasibətdə böyük diqqət nümayiş etdirilməlidir ki, ölkənin suverenliyinin düşmənlərinə heç vəchlə bəhanələr verilməsin.

- Axı o suverenliyin qəsdinə duranlardan biri də elə siz idiniz. Vaxtilə siz də “Talış-Muğan Respublikası” yaratmışdınız. İndi bu işinizə görə hansı hisslər keçirirsiniz?
- Sualınızın qoyuluşundan hiss olunur ki, siz hələ də ciddi olaraq Azərbaycana, onun ərazisində yaşayan bütün xalqlara səmimi hörməti olmayan adamların təsirindən çıxa bilmirsiniz. Siz bu məsələdə heç kütləvi psixozdan xilas olmaq da istəmirsiniz. Bizim yaratmaq istədiyimiz Talış-Muğan Muxtar Respublikası Azərbaycanın ərazi bütövlüyünə, mükəmməl demokratiyaya söykənən dövlət quruculuğuna xidmət edirdi.

- Sizcə, ümumiyyətlə, Azərbaycanda etniklər, fərqli dilli tayfalar əzilirmi?
- Bağışlayın, diqqətinizə çatdırmalıyam ki, bu sualınızda Azərbaycanda yaşayan xalqlara, etnoslara münasibətinizin formalaşdırılmasında ümumi ictimai-siyasi təbliğatın alçaldıcı elementlərini duymamaq qeyri-mümkündür. “Etnik”, “tayfa” ifadələrini işlətməklə özünüz sübut edirsiniz ki, ölkə səviyyəsində çox incə məqam olan millətlərarası münasibətdə normal, həqiqi mədəni, sivil münasibətlər qurmaq hələ də mümkün olmayıb. Bu səhv siyasətdir və nəticəsi ölkənin ərazi bütövlüyünə, iqtisadi dirçəlişinə, dəbdə olan, tez-tez deyilən sabitliyinə xidmət etmir. Azərbaycanda yaşayan, lakin ölkədən kənarda dövlətçiliyi olmayan xalqlara münasibətdə ciddi lal assimilyasiya siyasətinin “mədəni” şəkildə aparıldığını görməmək mümkün deyil. Birini qeyd edirəm, əgər insan öz dilinin vasitəsi ilə güzəranını, həyatını qura bilmirsə, buna rəsmi qadağa varsa, o dilinin varlığına etinasızlığı formalaşdırmaqla, milli mənsubiyyətindən uzaqlaşdırılmağa məcbur edilmirmi?

- Bu günlərdə əslən ölkənin cənub regionundan olan KXCP sədri Mirmahmud Mirəlioğlu son günlər süni olaraq gündəmə gətirilən talış məsələsini şərh edərkən maraqlı fikir işlədib. KXCP sədri deyib ki, talışlar öz dillərini saxlayan ən qədim türk tayfalarındandır. O, hətta bəyan edib ki, bir alim bu mövzuda dissertasiya yazıb və Azərbaycan Milli Elmlər Akademiyasında müdafiə edib.
- Mirmahmud Ağanın cəddinə rəhmət, bu insanın nəyə və kimə istinad etdiyini bir kənara qoyaq, bu xalqları qədimdən bir-birindən fərqləndirən dil, yaşam arealları və digər fərqləri görmək üçün mütəxəssis olmaq lazım deyil. Mirmahmud Ağanın daha uzağa gedən, xoş olmayan niyyətindən bu fikirlər yaranıb və ictimai rəyə oturub. Savadsız, çirkin məqsədli fikirlərdir, talış xalqının assimilyasiya olunmasına elmi don geyindirmək məqsədi daşıyır.
Ola bilsin M.Fəttayevin gündəmdə olmaq, kimlərəsə xoş gəlmək istəyi var. Onun seçimi özünə məxsusdur, milli kimliyin qəbul edilməsində onu və digərlərini heç kim məcbur edə bilməz, amma əslini, kökünü danana “haramzada” deyildiyini eşitmişəm.

- Kifayət qədər keşməkeşli həyat yolu keçmişiniz. Yəqin bu qədər xatirənizi nə zamansa bir kitaba toplayacaqsınız?
- Düşünmürəm, amma bilirəm ki, lazımdır, vacibdir. Ən azı ona görə ki, elə məqamlar var, onlar ölkəmizin inkişafı və problemlərinin aradan qaldırılmasında ideya müxtəlifliyi yarada bilərdi, əgər fikir müxtəlifliyinin müzakirəsi yaranarsa, inkişafa da böyük təkan verə bilərdi.

- Vətən deyəndə, siz nəyi və haranı nəzərdə tutursunuz və siz o vətəndən ötrü çoxmu darıxırsınız?
- Ahıl yaşındayam, Qarabağ müharibəsində aldığım kontuziyanın ağrılarını hər gün yaşayıram. Bu ağrılar mənə vətənimin Azərbaycan olduğunu unutmağa qoymaz. Vətənimin dilbər guşəsi, adına qeyri-rəsmi yasaq qoyulmuş Talış mahalı da Azərbaycanımızın bir hissəsi və mənim ata yurdumdur, hər ikisi üçün birgə həm darıxır, həm də qayıdışın qismət olması naminə dayanmadan fəaliyyət göstərirəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş separatçı “Demokratik Talış Birliyi”ndən danışdı

    Baş separatçı “Demokratik Talış Birliyi”ndən ...

    3-12-2012, 11:04

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • «Əlikram Hümbətov səviyyəsizin biridir» - Spiker

    «Əlikram Hümbətov səviyyəsizin biridir» - Spiker ...

    28-04-2015, 22:59

  • 
  • “Talışıstan tv İrəvandan yayımlanır” – Talışların rəhbəri

    “Talışıstan tv İrəvandan yayımlanır” – Talışların ...

    25-04-2016, 18:24

  • 
  • Ələkrəm Hümbətov Brüsseldə də Azərbaycana qara yaxdı

    Ələkrəm Hümbətov Brüsseldə də Azərbaycana qara ...

    25-02-2014, 12:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu