Ələkrəm Hümbətov Brüsseldə Avropa Şurasının təşəbbüsü ilə keçirilən konfransda iştirak edib.
Yerli medianın yazdığına görə, bu informasiyanı İran mətbuatı yayıb. O, çıxışı zamanı guya Azərbaycanın talış mədəniyyəti və xalqını məhv etməyə istiqamətlənən siyasət apardığını bildirib: “Azərbaycanda talış sözünün özü həbs altındadır. Hökumət yönümlü qəzetlər isə “Talışıstan” demək əvəzinə “Cənub regionu” sözlərini işlədir. Talışların öz tarixi mədəni incəliklərini qorumaqdan ötrü atdıqları hər bir addım separatizm kimi qiymətləndirilir”.
Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək “Sülh və Cənubi Qafqazda birgəyaşam” adlı konfransa Ələkrəm Hümbətovun da dəvət olunduğunu yazmışdı. Sonradan məlum oldu ki, bu dəvət Avropa Şurası baş katibinin məktubuna əsasən reallaşıb.
Onu da xatırladaq ki, Ələkrəm Hümbətov 90-cı illərin əvvəllərində Azərbaycanın cənub bölgəsində “Talış Muğan Respublikası” yaratmağa cəhd etmişdi. Daha sonra onun bu təşəbbüsünün qarşısını yerli əhali və dövlət orqanları almış və o, həbs edilmişdi. Həbsdən azad olunaraq ölkədən deportasiya olunan Ə.Hümbətov 2013-cü ildə Ermənistan və Dağlıq Qarabağa səfər etmiş, burada “Talış Muğan Respublikası”nın rəhbər kimi təqdim olunmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?