GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişli oliqarxları torpaqları talayıb

İmişli oliqarxları torpaqları talayıb

Tarix: 5-07-2016, 02:44 Bölmə :Ölkə Baxış: 1 257
İmişli oliqarxları  torpaqları talayıb

Rayonun Deputatı və Bələdiyyə sədirləri isə “lal” qalıb

Əsabəli Qasımovla İmişlidə qeyri-adi hadisələrin baş verdiyi, sosial narazılıqların tuğyan etdiyi “Gündəm Xəbər”qəzetinin manşetlərindən oxucularına artıq bəllidir. Bu rayonun yuxarıdan-aşağıya əksər vəzifə sahibinin harın hərəkətləri sanki məmur özbaşınalığının yeni-yeni nümunələrini sərgiləyir. İmişlidə torpaq qalmaqalları isə hələ də problemlərin önündə durur. Vətəndaşlar bu rayonda həyata keçirilən torpaq islahatlarına, bələdiyyələrin fəaliyyətinə birmənalı yanaşmır. Yüzlərlə sakin bu mənada hüquqlarının pozulduğunu iddia edir. Elə “Gündəm Xəbər”qəzetinin redaksiyasına daxil olan bilgilər də İmişli rayonu üzrə bələdiyyələrin də fəaliyyətində ciddi nöqsanların olduğunu ortalığa çıxarır. Məlumatlara görə, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi əvvəllər əslən İmişlidən olduğu üçün İmişli bələdiyyələrinə gözün-üstə qaşın var deyən olmayıb, torpaqlar bələdiyyə sədrlərinin dədə malları kimi satılaraq talanıb. Ayrı-ayrılıqda bələdiyyələr nə istəyibsə onu edib. Torpaqların təyinatları dəyişdirilmədən bələdiyyələrə məxsus örüş-otlaq sahələri maraqların qurbanı olub. Araz çayının mühafizə zolaqları isə yerlə yeksan edilib. Bələdiyyələr bəzən özlərinə aid olmayan digər bələdiyyə ərazilərinin də satışını həyata keçirib. Təkcə Yalavac bələdiyyəsinin rəhbərliyi şəhər bələdiyyəsinin hektarlarla ərazisini sataraq özbaşınalıq edib. İndiyə qədər 300-400 nəfərə satılan həmin torpaq sahələrinin sənədləşmələrində saxtakarlığa yol verilib, sənəd üzərindəki tarixlər köhnə tarixlərlə əvəz olunub. Qeyd olunan maxinasiyadan əziyyət çəkən vətəndaşlar da var.
Bir şikayətin izi ilə...
Rayon sakini Davud Zülfüqarovun İmişli bələdiyyəsindən aldığı 1000 kv m torpaq sahəsi Yalavac bələdiyyəsinin rəhbərliyi tərəfindən başqa vətəndaşa satılıb. Məlumata görə, İmişli prokurorluğu cinayət təqibi yaradan bu hadisənin mülkü qaydada həllini şikayətçiyə tövsiyyə edərək işini bitmiş hesab edib. Şikayətçi onun mülkiyyət hüququnu pozmuş Yalavac bələdiyyəsinin digər silsilə qanunsuz əməllərindən aidiyyatı orqanlara şikayətlər göndərib. Həmin şikayətdə yer alan ilginc iddialar isə sözügedən bələdiyyənin özbaşınalığından xəbər verir. Şikayətçinin Ədliyyə,Vergilər, Ekologiya və Fövqaladə Hallar nazirliklərinə ünvanladığı ərizədə İmişliyə yeni ayaq açan “Tikinti Kralları”ndan bəhs olunur. Keçmişləri tədarükçü kartof soğan satan, Bakıda evlər-göydələnlər tikməklə çirkli pullar qazanan Əvəz Şükürov ,Yasəf Hüseynov, Tofik İsayev kimilərinin adı çəkilir. Belələrinin bir qarın çörəklərinə bələdiyyə maraqlarının peşkəş verilməsi qeyd olunur. Məktubda yazılanlardan aydın olur ki, Yalavac bələdiyyəsi sən demə Əvəz Şükürovun yanında saxladığı dönər satana 6 hektar, İmişli bələdiyyəsi isə örüş yerindən Yasəf Hüseynova 17 hektar, Tofiq İsayevə də Xubyarlı kəndində 530 hektar torpaq sahəsi verilib. Şikayətçi haqlı olaraq qeyd edir ki,Vergilər Nazirliyinin vergi mütəffişləri torpaq sahələrinə mülkiyyətdən yaranan vergi pullarını nədənsə adıçəkilənlərdən almaq barədə düşünməyiblər. Bələdiyyələr də dövlət nəfinə ödənilməli olan pulları “ yaddan çıxarıb. Əvəz Şükürovun Çaxırlı bələdiyyəsinə 5 hektar karxanasından bir manat da olsun dağ-mədən vergisi tələb edilməyib. Bu karxana istismarından hətta dövlətin xəbəri olmayıb. Əmək Mütəffişləri, sosial müdafiə fondu karxananın mövcudluğunu bir qarın çörəyə görə görməzlikdən gəliblər. Nəticədə dövlətə on minlərlə manat ziyan dəyib. Fəhlələrin sosial müdafiəsi,sığortalanması,əmək müqavilələrinin ədalətli şəkildə bağlanması kimi vacib hallar da nəzərə alınmayıb. 500 manat əmək haqqı alana sənəd üzərində 100 manat maaş yazılıb. Mütamadi olaraq əmək intizamı pozulub, işçi sayı gizlədilib. Ə.Şükürovun yanında saxladıqı Quluyev Ceyhun adlı şəxsə 500 manat verilsə də,sonuncunun adından vergi tutmalarına bir manat da olsun ödənilməyib. Şikayətçi yazır ki, Yalavac bələdiyyəsindən halal torpağını tələb etsə də Əvəz Şükürov bələdiyyəni müdafiə edərək həmin Ceyhun Quliyev vasitəsi ilə barəsində dəfələrlə müxtəlif təşkilatlara teleqram vurdurub. Şikayətçi bunun səbəbini bələdiyyənin 6 hektar ərazisinin Əvəzə və Cehuna peşkəş verilməsində görür. Məktubda dönər satan kimi təqdim olunan Cehunun bələdiyyəyə aldığı torpaq üçün nə qədər pul ödədiyi də sual olunub. Eyni zamanda rayonda mal bazarı deyilən ərazinin torpaq sahəsinin hansı tarixə rəsmiləşdirilməsi bələdiyyənin “qaranlıq əməliyyatları”ndan biri kimi qalıb. Narazı vətəndaş regional ədliyyə şöbəsinin fəaliyyətindən də gileylənib. Belə ki,ədliyyə şöbəsinin məmurlarının ona məhkəməyə müraciət etməyi tövsiyyə etməsi onu əsəbləşdirib. Sitat: ”Təqaüdümdən mən niyə məhkəmələrə pul köçürməliyəm. 70 yaşım var. Başıma haranın daşını salım ki, hamı bu keçmişləri qaranlıq adamların müdafiəsindədir. İntihara cəhd edib bu günümüzü və axirətimizi bu çirkli pullar sahiblərinə qurban verəkmi?”. Məktubda o da yazılır ki, Yasəf Hüseynov 17 hektar örüş yerinin təyinatı dəyişdirilmədən torpaq sahəsinin yarısında bazar tikdirib. On il müddət ərzində bazardan İmişli bələdiyyəsinə 10 min manatlarla torpaq vergisi ödəmənməyib. Tofiq İsayevin sərəncamsız şadlıq sarayı tikidirməsi də qeyd olunanlardandır. Müraciət müəllifi yalquzağa çevrildiyini yazır.Bu adamların təzyiqləri ilə,hədləri ilə üzləşdiyinə,məhkəmələrlə hədələndiyinə diqqət çəkir. Vəzifəlilərdən kömək istəyir.Əlindən alınmış torpaq sahəsinin sputnik görüntüsü ilə İmişli bələdiyyəsinə məxsus olduğunu israrla qeyd edir. O daha sonra yazır ki,Ə.Şükürov öz kəndi olan Cavadxanlı ilə Məmi Atakişiyevin Bəcrəvan kəndi arasında olan 100 hektarlarla meşə zolağını alıb, şumlatdırıb, qarğıdalı, tərəvəz məhsulları əkməyi planlaşdırıb.Həmin kəndin ərazisində Ə. Şükürovun mal-qara ferması da var və fermaya qədər asfalt yolu çəkdirib. Bir sözlə,yazılanlara inansaq bu adam bir neçə kəndin torpağı üzərində ağalıq edir. Deyilənə görə,hər iki kəndin camaatı aksiyalara hazırlaşırlar. Sakinlər örüş sahələrinin bir neçə oliqarxın əlində cəmləşməsini həzm edə bilmirlər. Məlumata görə, Şərbət Qobu gölünü də Atakişiyevlər çəpərlətdirib, kiminsə göldən balıq tutması mümkümsüzləşib.Sanki örüş, göl və meşələrin İmişlidə varlılara aiddir. Şikayətçi müraciətində İnsanlara dözüm,səbr, əxlaq bağışlayan, Qurani-Kərimin nazil olduğu Orucluq,Ramazan ayını yada salaraq belə yazır:” Məkkə surəsi “qövmün zənginlikdən harınlaşmış liderlərinə yönəlik bir mesajdır:” “Onlar göydən və yerdən gələn ruzini özləri üçün yığaraq, Allahın qullarını ondan məhrum edirdilər. Halbuki ruzi bütün qullar üçün idi.” “Bir bölgədə Allahın bütün qulları üçün göndərdiyi ruzi, kimlərinsə evlərində yığılarsa, və başqalarıda bundan məhrum qalıb, möhtac hala gətirilərsə o bölgə ölər O bölgənin dirilməsi üçün evlərində yığdıqlarını xəbər verən bir rəhmət rüzgarının o diyara göndərilməsi, ortaya çıxması lazımdır”. Şikayətçi V. Hacıyevi sərrast idarəetmə bacarığı olan, işgüzar məmur kimi xarakterizə edir. Başına açılan müsibətləri də özünəməxsus tərzdə ifadələndirir və ölkədəki mövcud durumla paralelləşdirir. O qeyd edir ki, hər pullunun arxasında ya MTN generalı, ya da bir nazir durubsa İmişlidə belə də olmalıdır. Zülfüqarlının fikrincə kütləvi MTN generalarının həbsi bir çoxlarına dərs olmayıb, ona görə də ölkədə tam demokratiya mühiti mövcud deyil. Müraciət məktubunu Əvəz Şükürovun daha bir kriminal hərəkəti bəzəyir. İddiaya görə, Ə. Şükürov Davud bəyə zəng edib: “ Səni arvadının yanından oğurlatdıraram, sus”- deyib. MTN generalı Mövlan Şixalıyevə söykənmiş, pulu yer-göy tutmayan adamın bunu edə bilməsinə şikayətçi belə aydınlıq gətirir: ”Bu daş, bu tərəzi, dolu çanaq, boş çanaqlar toqquşur. Davud bəy, dözümlü keşməkeşli yol keçən, Ayaz Mütəllibovun həbsxanasında öldürülməkdən , Qurban Məmmədov, Qərvənd Camal, mərhum Miralim Bəhrəmovun sayəsində qurtaran şəxsdir, itirəsi bir şeyimiz yoxdur. Eləcədə oliqarx Əsabil Qasımov Tofiq İsayev 1990-cı illərə qədər. Rayon İstehlak cəmiyyətinin, iqtisadçisi kimi bəndənizə hesabat veriblər, indi “Yeni Müsavat” qəzetinin yazdığı kimi bu deputat 10 oliqarxın biridir. O, şirkətini,var-dövlətini qorumaq üçün deputat, millət vəkilidir, millətin yox, özünün, dost tanışının, tikinti krallarının, İmişlinin parklarını, örüşlərini, yoxsulların pay torpaqlarını “halallıq” adı ilə alanların vəkildir... “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə,ANS PRESS-in son məlumatında deyilirdi ki, Yesentukidə Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni” İstoçnik” sanatoriyasının açlışını Azərbaycan Respublikasının sərmayə yatıran, tanınmış iş adamı Əsabil Qasımov tikdirib. Həmin layihəyə 35 milyon manat sərmayə qoyulub. Son vaxtlar prezident İlham Əliyev hər çıxışında ölkəyə sərmayə yatrılmasının vacibliyindən, xaricilər, əcnəbiləri də sərmayə yatırtmağa çağırır. Görəsən, niyə Əsabil Qasımov təmsil etdiyi hakimiyyətin birinci şəxsinin çağrışlarına səmimi deyil. Axı Ə. Qasımov KİV-lərə demişdi ki: “mənim bir obyektimi tapa bilsəniz, sizə bağışlayacağam”. Bildirək ki, Pyatiqorsk, Yesentuki, hətta Turskovesdə də Ə. Qasımovun çoxsaylı layihələri , otelləri, “İstoçnik”- lərinin olması barədə məlumatlar da var. Başqa bir məlumata görə, başçı V. Hacıyev Ə. Qasımova zəng edib, xahiş edir ki, jurnalist-yazıçı, Milli Qəhrəmanımız Mübariz İbrahimova, birinci xanım M. Əliyevaya və övliyalara kitablar həsr etmiş, hazırda çox ağır xəstə olan Məryəm Şahverdiyevaya kömək etsin. Deputat cavab verib ki, bir dəfə, bir il əvvəl 500 manat göndərib, əlavə verəsi pulu yoxdur. M.Şahverdiyeva isə hər yerdə deyir ki, “Allah məni Ə. Qasımova, möhtac etməkdənsə, tez-öldürsün. Amma yaşamaq istəyirəm, belələriilə mübarizə aparmaq üçün Allahdan möhlət istəyirəm.” İmişli şəhərinin örüş sahəsində 17 hektar ərazini özələşdirmiş Yasəf Hüseyinov isə, M. Şahverdiyevanı Şeremetyevo hava limanında görərkən, taksiyə minib tez aralanıb, hər iki oliqarxla M. Şahverdiyevanın birgə çəkilmiş şəkilləri də var. Bir dəfəsində təsadüfən RİH qarşısında görüşən Ə. Qasımovdan yardım istəyən Məryəm Şahverdiyeva rədd cavabı alıb. Xəstəyəm deyəndə, Ə.Qasımov : “ hamı sən gündədir”- deyib. Deputat barədə İmişli seçiciləri nikbin fikirlər səsləndirmir. Seçicilərinin əksəriyyətinin mobil telefonlarına cavab verməyən deputat artıq heç kəslə demək olar ki, maraqlanmır. İmişli sakinlərinin “Gündəm Xəbər”ə verdiyi məlumata əsasən deyə bilərik ki, Ə. Qasımov seçkilər öncəsi seçicilərinə verdiyi vədlərinin hamısını unudub. Sakinlər indi anlayıb ki, cənab Qasımov mandat xatirinə İmişlilərə “şirin yalanlar” danışıb, lazım olanı da alıb. İmişlilər bir-biri ilə dərdləşir ki, Ə. Qasımov kaş bir dəfə də olsa Milli Məclisdə çıxış edəydi...

Məhbub Zülfüqarlı

“Gündəm Xəbər”: Adıçəkilənlərin də mövqeyini dinləyib dərc etməyə hazırdır..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişli rayon Məzrəli bələdiyəsi sədri maxinasiya ilə məşğuldur

    İmişli rayon Məzrəli bələdiyəsi sədri maxinasiya ...

    1-09-2014, 15:07

  • 
  • İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

    İmişlidə avtomobil aşıb, ölən və yaralanan var ...

    11-12-2013, 12:47

  • 
  • İmişlidə bəy toyu axşamı həbs edildi

    İmişlidə bəy toyu axşamı həbs edildi ...

    28-06-2013, 01:33

  • 
  • İmişlidə adları daimi siyahıda olmayan hərbiçilər səs verir...

    İmişlidə adları daimi siyahıda olmayan hərbiçilər ...

    23-12-2014, 23:02

  • 
  • İmişlidə faciə: 2 uşaq yanaraq öldü

    İmişlidə faciə: 2 uşaq yanaraq öldü ...

    10-10-2013, 11:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu