Mayın 13-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə baxışı keçirildi.
Vəkil Elçin Sadıqov Gündəm Xəbər İnformasiya portalına bildirib ki,məhkəmə heç bir vəsatəti qəbul etmədən işə istintaq hərəkəti aparmadan baxdı.Hakim Bakı Agır Cinayətlər məhkəməsinin çıxardıgı hökmü qüvvədə saxladı. Qeyd edək ki , Şikayətdə birinci instaniya məhkəmənin hökmünün ləğvi və Ə.Zeynallıya bəraət verilməsi əksini tapıb. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ə. Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Məhkəmə onu CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 306 (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə təqsirli bilir.Ə.Zeynallı 2011-ci il oktyabrında keçmiş deputat Gülər Əhmədovanın (hazırda özü dələduzluğa görə həbsdədir) şikayəti əsasında həbs edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?