Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Sivil Toplum Platformasının Milli Mətbuat Gününə həsr olunmuş “dəyirmi masa” keçirməsi üçün zal ayırmaqdan imtina edib.
Təşkilatçıların müraciətinə cavab olaraq bildirilib ki, iyulun 9-dan 31-dək bütün zallar tutulub. Bu barədə STP-nin məlumatında deyilir.
“BMM-in üç toplantı salonu var və gün ərzində 24 saat toplantı keçirmək imkanı var. Lakin 22 gün ərzində bir saat vaxt ayıra bilmədiyini bəyan edir. Bu davranışdan belə anlaşılır ki, BMM-də 22 gündə (15 iş günündə) 360 saat tədbir olacaq. Yerin hər saatına azı 100 manat tələb edən BMM, əgər 360 saat tədbir keçirirsə, o zaman onun 22 günlük gəliri 36 min manat olacaq. Öz məntiqləri ilə illik gəlirləri yarım milyon manat edən bu qurum ildə azı 30 min manat vergi verməlidir. Maraqlıdır, bu qurum iyul ayında nə qədər vergi ödəyəcək?”, - məlumatda bildirilir.
BMM-in sahibliyinin rəsmi şəxslərə yaxınlığını nəzərə aldıqda bu davranışın sifarişli olması, rəsmi tərəflərin alternativ düşüncə platformalarına qarşı dözümsüzlüyü, habelə ölkədə təməl hüquq və azadlıqların həyata keçirilməsinin önlənməsi cəhdi kimi görünür.
Sivil Toplum Platforması vətəndaş cəmiyyəti qurumlarına, müstəqil mediaya, müstəqil ekspertlərə qarşı bu tip ayrı-seçkiliyi kəskin pisləyir və bu davranışlardan rəsmiləri imtina etməyə, hüquq və azadlıqlara hörmətlə yanaşmağa çağırır.—06D—
Sorğu
Yeni dizaynımız necədir?