GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazirlərin puça çıxan bölgə vədləri

Nazirlərin puça çıxan bölgə vədləri

Tarix: 30-04-2013, 13:05 Bölmə :Ölkə Baxış: 788
Nazirlərin puça çıxan bölgə vədləri
Ziya Məmmədov, Səim Müslümov, Şahin Mustafayevin xəlvəti görüşləri; Əli Həsənov seçkidən danışıb; qalanlarda ki....

Prezidentin göstərişiylə nazirlər, komitə sədrləri apreldən bölgələrdə şikayətçiləri qəbul etməyə başladılar. Beləcə, vətəndaşın öz dərdini birbaşa ona dərman tapacaq ən yüksəkvəzifəli şəxslərdən birinə açmasına şans yarandı. Şans oldu, bəs nəticə?

Fərqli görüş, eyni sonuc?

Təbii ki, qəbuldan qəbula fərq oldu. Qəbul vardı ki, vətəndaş məmura çatanadək bir neçə səddi keçməli olur və bəzən heç sonda nazirə yetişmirdi də. Məsələn, götürək Qubada nəqliyyat naziri Ziya Məmmədovla görüşü. Nazirə daha kimlər pənah aparmamışdı – yollardan gileylilər də, işsizlər, xəstələr, pensiyaçılar, kiçik sahibkarlar... Amma görüş otağının qapısı bir çoxlarının, əsasən də birbaşa nəqliyyatdan, nəqliyyat departamentinin işçilərindən şikayəti olanların üzünə bağlı qaldı. Onların dərdinə yerli icra başçısı və ya icra aparatının başqa əməkdaşları əlac tapmalıydı: «İcra başçısı dedi ki, ədəb-ərkanlı olun, yol kəsməyin. Nəyə ehtiyacınız varsa, başqa vaxt gəlin, həll edim. Nazirlə qəbulda yersiz sözlər deməyin».
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun da üzünü görmək hər şikayətçiyə nəsib olmayıb. Bölgələrdə əhalini razı salan və nəticəsinə böyük ümid bəslədiyi görüşlər də az olmayıb. Misal üçün, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüş. Nazirin görüşə mühafizəsiz gəlişi və şikayətçilərə ayrı-seçkilik qoymaması xoş təəssürat oyadıb. AzadlıqRadiosunun bölgə müxbiri Azər Əli şahidi olduqlarını bölüşür: “İqtisadi inkişaf nazirinin Şirvanda keçirdiyi görüş yüksək səviyyədə təşkil olunmuşdu. O, görüş yerinə vaxtından qabaq gəlmişdi. Açıq qapı idi. Hər kəs görüşdə iştirak edə bilərdi. Nazirin qəbulundan çıxan adamlarda problemlərin həllinə böyük ümid yaranmışdı. Məsələn, Həsən Həsənov işadamıdır, güzəştli kredit almaqla bağlı çətinliyi var. İxtiyar Ağayev Biləsuvarda müəllimdir. O da güzəştli kredit almaq istəyir. Amma kənddəki evini bank qəbul etmir ki, şəhərdə evin olmalıdır”.
İşadamı Həsən Həsənovla əlaqə yaratdıq. AzadlıqRadiosuna bunları söylədi: “Hələ nəticə yoxdur. Bir dəfə zəng vurdum dedilər ki, Fonda göndərmişik. Sahibkarlığa Dəstək Fondundan da deyirlər ki, sizin məsələylə bağlı müraciət iki gündür daxil olub. Cənab nazir demişdi ki, məsələ həll olunacaq. Fonddan de dedilər ki, bir aya cavab veriləcək. Görək nə olur. Gözləmək qalır ancaq.”

Jurnalistlərlə bir cür, jurnalistlərsiz başqa cür...


AzadlıqRadiosunun cənub bölgəsindəki müxbiri Müstəcab Məmmədov deyir ki, bölgəyə ilk səfər edən gənclər və idman naziri Azad Rəhimov olub. Azad Rəhimov Lənkəranda O, görüşün ilk baxışdan normal keçdiyini söyləsə də, sonradan başqa nüanslar üzə çıxıb: “Sonradan şikayətə gələnlərdən biri, ikinci qrup əlil, evsiz-eşiksiz Seymur Kərimovla söhbət etdik. O, jurnalistlərin də görüşə qatıldığı zaman özünə ev tikmək üçün torpaq sahəsi istəyib. Amma deyir ki, jurnalistlər gedəndən sonra rayon icra hakimiyyətinin işçiləri bizi zaldan çıxardılar və dedilər ki, sizin probleminizlə bələdiyyələr məşğul olacaq. Bələdiyyələr hələ də bir iş görməyiblər.
Bir başqa şikayətçi – Qızılağac kənd sakini Mehman Qəribov da nazirlə görüşə və şikayətini şəxsən çatdıra bilib. O, bələdiyyədən torpaq alıb. Amma indi nə torpaq verirlər, nə də pulunu qaytarırlar. Şikayətini çatdırsa da, dediyinə görə, bugünədək ciddi irəliləyiş yoxdur. Astaradan Hüseynağa Həsənov Azad Rəhimova şikayət edib ki, oğlunu işdən qanunsuz çıxarıblar. Nazir ona bu məsələnin həll ediləcəyini söz versə də, bu haqda ölçü götürülməyib. Yəni, belə faktlar yetərincədir.

Vədlər verilib

AzadlıqRadiosunun şimal bölgəsindəki müxbiri Cəmil Məmmədli deyir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Şabranda ünvanlı sosial yardımla bağlı şikayətlərin bəzisini yerindəcə yoluna qoyub. Bu bölgədə qəbul keçirən nəqliyyat naziri Ziya Məmmədovla görüşdə vətəndaşlar kənd yollarının yenidən qurulmasını, magistral yollar çəkilərkən pay torpaqlarına görə düşən kompensasiyanın ödənilməsini istəyiblər: “Ziya Məmmədova kənd yollarının çəkilməsiylə, işsizliklə bağlı, ədliyyə naziri Fikrət Məmmədova məhkəmələrlə bağlı şikayətlər olunsa da, hələlik nəticə yoxdur. Bunu bizə şikayətçilər söylədilər. Quba rayon İcra Hakimiyyətindən bildirdilər ki, bir neçə kəndə yol çəkiləcək. Vədlər var, «Yaxşı olacaq» deyənlər də var, amma hələ real nəticə yoxdur.

Qəbul, yoxsa təbliğat?

Bəzi müşahidəçilər bu cür qəbulların, sadəcə, prezident seçkisi öncəsi hakimiyyətin təbliğatına hesablandığını düşünür. Məsələn, bəzi rəsmilərin görüşündə bu özünü daha açıq göstərir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Mingəçevirdəki görüşündən bir sitat: «Hamı gedib ona səs verəcək. Çünki, inanın mənə, dünyada elə prezident yoxdur. Mən vəzifə sahibiyəm deyə, bunu demirəm. Bir vətəndaş kimi, onunla ünsiyyətdə olan bir adam kimi deyirəm ki, elə bir insan bilmirəm heç dünyada var, ya yox».
Məmurların vətəndaşlarla görüşü mayda da davam edəcək. Görüşlər, qəbullar öz yerində. Əlbəttə, bunlar yadda qalacaq. Amma daha çox yadda qalan, təbii ki, götürülən ölçülər, nəticələr olacaq.

Şahnaz Bəylərqızı,Ülkər Akifqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Qaralovun Qubada qəbul şousu-FOTO-VİDEO

    Zakir Qaralovun Qubada qəbul şousu-FOTO-VİDEO ...

    7-06-2013, 18:18

  • 
  • Ziya Məmmədov Masallıda sakinlərlə  görüşmədi

    Ziya Məmmədov Masallıda sakinlərlə görüşmədi ...

    21-08-2013, 00:38

  • 
  • Cavid Qurbanov Bəylər Əyyubovun komandasında

    Cavid Qurbanov Bəylər Əyyubovun komandasında ...

    18-12-2012, 12:30

  • 
  • Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü

    Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü ...

    13-05-2014, 10:35

  • 
  • FAZİL MƏMMƏDOV ŞİRVANDA GÖRÜŞ YOX, ŞOU KEÇİRDİ

    FAZİL MƏMMƏDOV ŞİRVANDA GÖRÜŞ YOX, ŞOU KEÇİRDİ ...

    23-08-2013, 17:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu