GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəhid adı hər kəs üçün ucadır, ucadan da ucadır

Şəhid adı hər kəs üçün ucadır, ucadan da ucadır

Tarix: 27-07-2016, 12:36 Bölmə :Ölkə Baxış: 849
Şəhid adı hər kəs üçün ucadır, ucadan da ucadır

Natiq Süleymanov ömrünün gənc yaşlarında ikən nəsillərə nümunə ola biləcək addımlarını atdı və böyük bir qəhrəmana da çevrildi

Heç də hər kəsə ölümündən sonra əbədiyaşarlıq qazanmaq, bu adı daşımaq nəsib olmur. Amma, Vüqar Süleymanov qısa bir ömür yolu yaşasa da, o, belə bir adı bu gün də yaşatmaqdadır. Çünki, Vətənin layiqli övladı olaraq o, vətəninə olan borcunu şərəflə yerinə yetirdi, bu yolda canından, qanından keçməyi bacardı və ölümü ilə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə də ucaldı.

Bəli, bu gün də bir tarixdir. İllər, qərinələr keçəcək, əsrlər bir-birini əvəz edəcək, məhz Vüqar Süleymanovun adı çəkiləndə hər kəs onu igid, qorxmaz bir övlad olaraq olaraq xatırlayacaq. Çünki, o, nəsllərə nümunə olacaq bir qəhrəman oldu və bu cür qəhrəmanlar cismən aramızda olmasalar da, mənən qəlbimizdə yaşamaqdadırlar.

Ümumiyyətlə, bu işıqlı dünyaya göz açan hər bir Adəm övladının dəyəri, məhz onun əməllərilə, vətəninə və xalqına olan sevgisi ilə müəyyən olunur. Bu zaman böyük Cavidin məşhur misraları yada düşür: “Həyat var ki, ölüm qədər zəhərli, ölüm var ki, həyat qədər dəyərli”. Bəli, bu misrada böyük bir hikmət, dərin bir məna var. Misradan da bəlli olur ki, xoşbəxt o kəsdir ki, ölümündən sonra daha uzun ömrünü yaşaya bilsin. Süleymanov Vüqar Natiq oğlu qısa ömür yolu yaşasa da, o, layiqli və ləyaqətli övlad oldu və vətən qarşısında şərəfli vətəndaş borcunu yerinə yetirməklə, mənalı bir ömür yolu da yaşadı. Bəli, onillər, yüzillər keçəcək, zaman dəyişəcək, gələcək nəsillər onu igid, cəsur, əsl vətənpərvər övlad kimi xatırlayacaqlar. Çünki, Vüqar ömrünün gənc yaşlarında ikən nəsillərə nümunə ola biləcək addımlarını atdı və böyük bir qəhrəmana da çevrildi. Bu cür qəhrəmanlar heç vaxt, heç zaman da unudulmurlar. Onlar cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayırlar, daim yad olunurlar və hər zaman da ehtiramla xatırlanırlar.

Vüqar Süleymanovun dayısı, Qobustan qış otlaqlarının su təminatı sistemləri idarəsinin rəisi Rövşən Pənahovun, bacısı oğlu haqqında söylədiklərindən:

“O, cəmi 23 il ömür yaşadı. Qısa ömür yolu yaşayan Süleymanov Vüqar Natiq oğlu, 20 yanvar 1993-cü ildə respublikamızın dilbər guşələrindən biri hesab olunan Şəki şəhərinin Böyük Dəhnə kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Orta təhsilini Xətai rayonundakı 95 saylı orta məktəbdə müvəffəqiyyətlə başa vuran Vüqar, çox keçmədi ki, Bakı Slavyan Universitetinə də daxil ola bildi. Ali təhsilini başa vurduqdan sonra, xalqımızın digər vətənpərvər övladları kimi, Vüqarın da qəlbi vətən sevgisi, torpağa bağlılıq hissi ilə döyünür. Baxmayaraq ki, onda göz xəstəliyi ilə bağlı problem yaşanırdı və eyni zamanda qanunla ona möhlət hüququ da verilmişdi. Amma o, bütün bunlara baxmayaraq, könüllü hərbi xidmətə getməyə qərar verir.

Əvvəlcə Lənkərandakı “N” saylı hərbi hissədə iki aylıq kurs keçən Vüqar Süleymanov, çox keçmir ki, Füzuli istiqamətinə göndərilir və həmin ərazidəki “N” saylı hərbi hissədə kəşfiyyat manqasının komandiri vəzifəsinə də təyin olunur. Onun tabeçiliyində 7 nəfər əsgər olur. Haqqında fəxrlə, qurur hissi ilə danışdığım

Vüqar Süleymanovun qəlbindəki vətənpərvərlik sevgisi, torpağa bağlılıq hissi, onu doğma Vətənini qorumağa sövq edir. Vüqar döyüşə yollanarkən onun ürəyindən yalnız bir arzu keçir, o da tapdaqlar altında qalan torpaqlarımızı tezliklə erməni işğalından azad etmək arzusu olur.

Bəli, hər an vətənə igid, qəhrəman oğullar gərəkdir! Ölüm-dirim savaşında ölümün gözünə dik baxan Vüqar da, bir an olsun belə vətənin taleyini unutmur və döyüş yoldaşlarına deyir: “Biz mütləq qalib gələcəyik! Çünki, biz haqq işi uğrunda mübarizə aparırıq!” Vüqar davam edən döyüşlərdə ölümün gözünə dik baxır və işğalçı ordu birləşmələrinə qarşı rəşadətlə, qəhrəmancasına da vuruşur. Amma, onun bu yolda apardığı mübarizə əzmi uzun çəkmir və o, naxələf düşmənin açdığ atəşə tuş gəlir. Yəni, Vüqar bu ilin 04 aprel günü Füzuli rayonu ərazisindəki “Lələtəpə” yüksəkliyinin ələ keçirilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur və ölümü ilə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə də ucalır.

Vüqar şəhid olan zaman subay idi. O, cəmi 23 yaşında Vətən torpaqlarının azadlığı və ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə dünyasını dəyişdi. Şəhid olaraq əbədiyyət adlı bir dünyasını da yaratdı. Vüqar çox qısa bir ömür yolu yaşasa da, eyni zamanda şərəfli bir ömür yolunu da keçdi. Ona tuş gələn düşmən gülləsi, əslində hər birimizin ürəyini dəlib keçdi və həmişə sızlayan, döyünən, qəlbimizdə dağa çevrilən yaraya döndü. Vüqar ölümündən sonra, hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli medalla da təltif olundu”.

Bəli igid, cəsur, heç zaman heç bir qorxu hissi bilməyən Vüqar Süleymanov həyatdan nakam köçsə də və valideynlərinin, bütün əzizlərinin gözlərini gözüyaşlı qoysa da, axan göz yaşlarında sanki bir duruluq da sezmək mümkündür. Axı, onun kimi qəhrəmanlar təkcə əzizlərinə deyil, həm də Vətəninə, millətinə başucalığı gətirən, şəhidlik zirvəsindən gələcəyə boylanan, mənən əbədi yaşayan, qəlblərdə öz abidəsini ucaldanlardılar. Bu həyatın qəribə təzadları var. Əksər hallarda vətəninə, böyüyüb boya-başa çatdığı torpağına vurğun olanlar, onu göz bəbəyi kimi qorumağa çalışanlar, aramızdan vaxtsız-vədəsiz köçürlər. Bu cür itkilərlə də, hər kəs yanıb-yaxılır.

Ərazi bütövlüyümüzün qorunması uğrunda, Vətən torpaqlarının müdafiəsi yolunda düşmən qüvvələrinə qarşı qəhrəmancasına vuruşan və aparılan mübarizə yolunda canından, qanından keçən Vüqar Süleymanov da, öz ölümü ilə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucaldı! Bəli, bu gün onun ruhu torpaqlarında gəzdiyi, suyunu içib havasını udduğu, ana yurdu Şəkidə dolaşmaqdadır. Biz müqəddəs ruhlar qarşısında baş əyir və hər bir şəhidimizə Allah-Təala rəhmət eləsin deyirik!. Vüqar və onun kimi qəhrəmanlar, bu Vətən torpaqlarının qorunması yolunda əbədiyyətə qovuşmuşlar.

Bəli, bu gün Vüqar Süleymanov həyatda deyil, amma onun qoyub getdiyi iz həyatdadır, hər kəsin yaddaşındadır. Şəhid əsgər dünyasını dəyişsə də, əslində o, ölməyib, ölümü ilə ölməzliyə, şəhidliyin ən yüksək zirvəsinə də ucalıb. Vüqar Süleymanov elə doğulduğu kənddə də torpağa tapşırılır. Şəhidin dəfn mərasimində böyük izdiham yaşanır ki, onun dəfnində qohum-əqrəbası, yaxınları, döyüşçü yoldaşları, ictimaiyyət nümayəndələri, MN-nin rəsmi şəxsləri, bir çox tanınmış simalar, RİH-nin rəsmi şəxsləri və s. iştirak

edirlər və ölümü ilə ölməzliyə ucalan şəhid əsgərin döyüş yolundan da bəhs edirlər. İnanırıq ki, bütün şəhidlərimizin, o cümlədən Vüqar Süleymanovun da qanı yerdə qalmayacaq və arzusunda olduğu istəyini, şanlı ordumuzun zabitləri, əsgərləri yaxın vaxtlarda əsl həqiqətə də çevirəcəklər.

Allah-Təala bütün şəhidlərimizə rəhmət eləsin, hər birinin ruhu şad olsun deyirik!

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gündəm xəbər” şok qanunsuzluq aşkarladı: “Saxta şəhidlərimiz”

    “Gündəm xəbər” şok qanunsuzluq aşkarladı: “Saxta ...

    25-11-2013, 15:10

  • 
  • Rodriqinyo vətəninə yola salındı

    Rodriqinyo vətəninə yola salındı ...

    12-12-2012, 13:48

  • 
  • Prezident zabitimizə Milli Qəhrəman adı verdi – Foto

    Prezident zabitimizə Milli Qəhrəman adı verdi – ...

    21-04-2016, 01:06

  • 
  • Meyxanaçı Vüqar hamıdan küsdü

    Meyxanaçı Vüqar hamıdan küsdü ...

    9-03-2016, 13:10

  • 
  • "Şəhid olan əsgərlər mənim də övladlarımdır" - FOTO

    "Şəhid olan əsgərlər mənim də ...

    3-04-2016, 11:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu