Polisdən qaçan FETÖ mənsubu olan iş adamı 4-cü mərtəbədən tullandı, çantasından çıxanlar hər kəsi şoka saldı. İsparta polisi “FETÖ-PDY”yə maliyyə dəstəyi verməkdə şübhəli bilinərək haqqında saxlanma qərarı verilən iş adamı Vedat Savlunun Sülubəy məhəlləsindəki evinə basqın edib.
gundemxeber.az xəbər verir ki, polisləri görən Savlu polislərdən qaçmaq üçün evinin yerləşdiyi 4-cü mərtəbədən tullanıb. Ağır yaralanan iş adamı təcili yardımla özəl xəstəxanaya aparılıb, ancaq bütün müdaxilələrə baxmayaq onu xilas etmək mümkün olmayıb.
Şübhəlinin evi ətrafında polis axtarış həyata keçirərək Savlunun çantasını tapıb və çantadan 3 avqust tarixinə Lissabona uçuş bileti, çox sayda sənəd ələ keçirilib. Çantadan ayrıca çoxlu sayda kredit kartı, bank hesab kitapçası, boş zarf və cinsi gücü artıran “Viaqra” dərmanları taplıb.
Sorğu
Yeni dizaynımız necədir?