Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsinin qarşısından NİDA Vətəndaş Hərəkatının üzvləri Turqut Qəmbər və İsmi Şahzədə mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Verilən məlumata görə, hər iki NİDA-çı avqustun 12-də saxlanılan hərəkat üzvü Elgiz Qəhrəmanın apellyasiya şikayəti ilə bağlı məhkəmə binasının önündə olublar. Onları saxlayan mükli geyimli şəxslər özlərini təqdim etməyiblər. Vəkil Nemət Əliyev T.Qəmbərlə getmək istəsə də, mülki geyimlilər buna imkan verməyiblər. Onlar vəkilə Bakı şəhər Baş Polis İdarəsinə gəlməyi məsləhət görüblər. NİDA üzvləri T.Qəmbərin nə Bakı Şəhər Baş Polis İdarəsində, nə də Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində olduğu bildirilib. İ.Şahzadənin isə Yasamal rayon Polis İdarəsinə aparılıb, bir müddət sonra sərbəst buraxılıb. T.Qəmbərin hansı ittihamla saxlandığı barədə açıqlama verilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?