Bakı Apelyasiya Məhkəməsində Bakının keçmiş “Sovetski” küçəsində vətəndaşları aldadaraq onların əmlakını ələ keçirməkdə təqsirləndirlərək həbs edilən Nazim Səmədov, Asəf Hacii-Ismayilov və Orxan Ferhadovun həbsindən verilmiş apelyasiya şikayətləri üzrə məhkəmə baxışı keçirilib.
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb.
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər. Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar. Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini "Sovetski" sakinlərinə guya 380 manata satmağı nəzərdə tutublar. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,178-ci (dələduzluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Digər iki nəfər - Asif Hacı İsmayılov və Orxan Fərhadovun barəsində 6 il şərti cəza tətbiq edilib. Onlar Cinayət
Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla məhkəmə zalından azad olunublar.
Nazim Səmədov, Asif Hacı İsmayılov və Orxan Fərhadovun vəkilləri apelyasiya şikayəti verərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Asif Hacı İsmayılov və Orxan Fərhadovun həbs edilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsi protesti təmin edib, A. Hacı İsmayılov və O. Fərhadov barəsindəki şərti cəza 6 il həbs cəzasına dəyişdirilərək məhkəmə zalından həbs olunmuşdular.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri qismən təmin edib, təqsirləndirilən şəxs Asıf Hacı İsmayılov və Orxan Fərhadov azadlığa buraxılıb. İş üzrə məhkəmənin növbəti prosesi avqustun 25-nə təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?