Şirin Cəfəri ifadəsində vergilər nazirliyinin qərarının absurd və cəfəng olduğunu tam şəkildə sübuta yetirmişdir
Gəncə şəhər Kəpəz rayon məhkəməsində 02 may 2013-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının CM-nin 213.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmuş “Gündəm xəbər” qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfərinin növbəti baxış məhkəməsi keçirilmişdir. Məhkəmə qayda – qanuna uyğun olaraq hakim Yaşar Həşimov məhkəmə prosesində dinləyiciləri respublika prokurorluğunun məsul işçisi, dövlət ittahamçısı Mahir Hacıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Zaur Niftəliyev, 12 saylı ərazi vergilər idarəsinin bir nəfər məsul işçisi və şahid, vaxtilə sözügedən qəzetin baş redaktoru işləmiş Zülfüqar Hüseynli ilə tanış etdikdən sonra, 1-ci növbədə şahidin dindirilməsinə başlanıldı. Z.Hüseynli dindirilmədə bildirdi ki, “ mən “Gündəm xəbər” qəzetində 2010-ci ilin avqust ayından 2012-ci ilin sentyabr ayına qədər baş redaktor vəzifəsində işləmişəm. Qəzet nəşrə başlayarkən həftədə 1 dəfə, 2011-ci ilin may ayından isə 5 dəfə çıxmışdır. Tirajımız isə 1450-1500, bəzən isə 2000-ə çatmışdır. Vergi orqanının qəzeti 8000 tiraj üstündə götürməsi və guya külli miqdarda maliyyə pozğunluğunun edilməsi absurd məsələdir. Sadəcə, onlar qəzet işi ilə məşğul olmadığı üçün yoxlmada mütəxəssis kimi davranmamış, şişirtmə rəqəmlərdən istifadə etmişlər.” Dövlət ittihamçısının şahidə “satılmayan qəzetləri sonradan neynəyirdiniz?” sualına isə Z.Hüseynli “bu qəzetlər “vozvrat” kimi məhv edilirdi” cavabını vermişdir. Zülfüqar Hüseynlinin ifadəsindən sonra “Azərmətbuatyayım” ASC İB-nin sədr müavininin üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyi qeyd edilmiş və onun rəsmi ifadəsi məhkəmə iştirakçılarına oxunmuşdur. Sonra təqsirləndirilən şəxs qəzetin təsisçisi Şirin Cəfəri baş verən məsələlər barədə geniş ifadə vermişdir. Şirin Cəfəri ifadəsində vergilər nazirliyinin qərarının absurd və cəfəng olduğunu tam şəkildə sübuta yetirmişdir: “Hörmətli Hakim! 2 il bundan əvvəl Mətbuat Şurasının qəzetlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətindən sonra son iki ildə qəzetin həm yaradıcı, həmdə maliyyə vəziyyətinə ciddi təsir göstərib. Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetində yoxlama aparmış və yoxlama zamanı qərəz və qeyri-obyektivliyini tam şəkildə ortaya qoyaraq qəzetin təsisçisi kimi mənə qarşı fantastik bir məbləğ-71 min 478 manat. 16 qəpik həcmində cərimə müəyyən etmiş, üstəlik bu məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası tətbiq edib. Baş verən qanunsuzluqlar və “Gündəm xəbər”ə qarşı hücumların miqyasını təsvir etmək üçün hadisələrin tam təfərrüatını diqqətinizə çatdırıram. Mənim haqqımda JV2 110777026447745 saylı, 10.08.2011-ci il tarixli Səyyar vergi yoxlaması AKT-ı tamamılə qanunsuzdur və həmin AKT əsasında verilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında JVs 1100777023482594 saylı 22.09.2011-ci il tarixli qərar heç bir hüquqi əsasa malik deyil. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Qəzetlər mətbuat yayımı şirkətləri vasitəsi ilə satılmışdır. Mətbuat yayımı şirkətləri qəzetin bir nüsxəsini 24 qəpiyə almış, qalan 16 qəpik qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və yüksək tirajla çıxan "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdiriblər. Bundan əlavə qəzetlər real satış qiyməti ilə - bir ədədi 40 qəpiyə hesablanmış, real satış qiymətindən qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik verilməsini və qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almamışlar. “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-dən 2010-cu il aprelin 4-dək “E-Q” mətbəəsində 127 min 735 nüsxə, 2010-cu il mayın 3-dən 2011-ci il mayın 31-dək “Futbol+Servis” mətbəəsində 185 min 670 nüsxə, 2010-cu il 20 avqust tarixdən 2011-ci il 27 may tarixinədək 79 min 115 nüsxə “Azərbaycan” Nəşriyyatında çap olunmuşdur. Vergi yoxlamasının aparıldığı dövr -2009-cu il iyun ayının 1-dən 2011-ci il iyun ayının 1-dək dövrdə “Gündəm Xəbər” qəzetinin dərc olunduğu tiraj həmin dövr ərzində qəzetin nəşr olunduğu “Azərbaycan” nəşriyyatı, “E-Q” mətbəəsi və “Futbol+Servis” mətbəəsinin verdiyi rəsmi sənədlərlə təsdiq olunmuşdur. Bu sənədlər tam sübut edir ki, sözügedən dövr ərzində qəzet 392 min 520. nüsxə çap olunub. Vergilər Nazirliyinin Səyyar vergi yoxlaması AKT-ında isə bu rəqəm 5 milyon 376 min kimi göstərilmişdir. Vergilər Nazirliyinin əməkdaşları qəzetin dövrülüyüni ilk gündən gündəlik, yəni həftədə 7 dəfə, tirajını isə 8 min nüsxə hesablamışlar. Bu fantastik rəqəmləri hesablamış və “Gündəm xəbər” qəzetinin vergi yoxlamasına aid olan 24 ay ərzində ümumi tirajını 5 milyon 376 min kimi müəyyənləşdirib. Bunun da müqabilində qəzetin büdcəsinə 2 milyon 150 min 400 manat pul vəsaitinin daxil olduğu, bunun da 376 min 320 manatı xərc olaraq çıxılmışdır. Saxta vergi cəriməsi məhz bu fantastik rəqəmlər əsasında hesablanmış, qəzetin iki il ərzində gəliri 1 milyon 774 min 80 manat kimi götürülmüşdür. Əslində isə reallıq belədir və indi söyləyəcəyim faktlar şahidlərin ifadəsində də öz təsdiqini tapmışdır. Məlumat üçün bildirək ki, “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-də həftədə 1 dəfə nəşrə başlamış, sentyabr ayında həftədə 2 dəfə, 2010-cu il mayın 11-dən həftədə 3 dəfə, 2011-ci il mayın 16-dan isə həftədə 5 dəfə çap olunmuşdur. Qəzet fəaliyyətə başladığı gündən 5 il sonra yəni bu gün belə Vergilər Nazirliyinin göstərdiyi tiraj və dövrülüklə dərc olunmur. Bundan başqa vergi yoxlaması qəzetlə yayım firmaları arasında müqavilədə göstərilən qiyməti, xidmət haqqını nəzərə almamış. Xərc kimi yalnız mətbəəyə qəzetin çapına görə ödənilən məbləğ hesablanmışdır ki, bu məbləğ də qəzetin bir nüsxəsi üçün 7 qəpik götürülmüşdür. Halbu ki, bu da reallıqla üst üstə düşmür. Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil. Qəzetin gəlirlərilə bağlı da ciddi yanlışlığa yol vermişlər.Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir. Belə ki, Vergi yoxlamasının əhatə etdiyi dövrdə “Qasid” ASC firması 58 min 118 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 26 min 974 nüsxə satılmış, 31 min 144 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 6 min 473 manat 76 qəpik ödənilmişdir. Eyni dövrdə “Qaya” MMC firması 40 min 722 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 25 min 215 nüsxə satılmış, 15 min 507 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 6 min 51 manat 60 qəpik olmuşdur. Amma redaksiyaya ilkin olaraq 5 min 495 manat 28 qəpik ödənmiş, qalan fərq -556 manat 32 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil. Yoxlama dövündə “Azərmətbuatyayım” ASC firması 12 min 658 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 6 min 357 nüsxə satılmış, 6 min 301 nüsxə geri qaytarılmışdır. Adıçəkilən firma 1 min 12 manat xidmət haqqı olaraq öz hesabında saxlamış, redaksiyaya 1 min 530 manat ödənilmişdir. Vergi yoxlamasının əhatə etdiyi dövrdə “Metro-Servis” MMC firması 20 min 220 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 7 min 675 nüsxə satılmış, 12 min 545 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 1 min 842 manat olmuşdur. Amma redaksiyaya ilkin olaraq 431 manat 70 qəpik ödənmiş, qalan fərq – 1 min 410 manat 30 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil. Eyni dövrdə “Səma-M” MMC firması 14 min 06 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 8 min 146 nüsxə satılmış, 5 min 860 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 1 min 955 manat 04 qəpik ödənilmişdir. Vergi yoxlamasından sonra nazirliyin əməkdaşlarının 23-26 aprel 2012-ci il tarixdə apardığı xronometraj da qəzetin tirajının yoxlama aktında göstərildiyindən xeyli aşağı olduğunu təsdiqləmişdir. Belə ki xronometraj aparılan dövrdə qəzetin tirajının 1045 nüsxə olduğu aşkarlanmışdır. Yəni vergi yoxlama aktında göstərilən tirajdan 8-dəfə az. Göründüyü kimi qəzetin tirajlarının təxminən 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Qəzetlər mətbuat yayımı şirkətləri vasitəsi ilə satılmışdır. Mətbuat yayımı şirkətləri qəzetin bir ədədni 24 qəpiyə almış, qalan 16 qəpik qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və yüksək tirajla çıxan "Azadlıq" və "Yeni Musavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdiriblər. Bundan əlavə qəzetlər real satış qiyməti ilə - bir ədədi 40 qəpiyə hesablanmış, real satış qiymətindən qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik verilməsini və qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almamışlar. Beləliklə bütün sənədlərə və əldə olan faktlara əsasən qəti şəkildə söyləmək olar ki, Vergilər Nazirliyinin Audit Departamentinin Səyyar vergi yoxlamasının qərarı başdan başa cəfəngiyyata söykənir. Yoxlama aparılan dövrdə qəzetin hesabına ümumilikdə 15 min 885 manat 94 qəpik pul vəsaiti daxil olmuşdur. Bu vəsait qarşısında tutulan vergi cəriməsi isə gülməli görünür. Vergi yoxlaması dövründə əlavə olaraq Narmobile şirkəti qəzetə reklam təklif etmiş və bunun qarşılığında 130 manat hesaba köçürülmüşdür. Bunu da hesablasaq ümumi məbləğ 16 min 15 manat 94 qəpik edir. Bu məbləğə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi ödənilməli olan pul, yəni gəlirin 4 faizi 640 manat 64 qəpik edir. Bu müddət ərzində vergi uçotunu özüm aparmışam və xərcləri də çıxdıqdan sonra qalan gəlirimin 4 faizini vergiyə ödəmişəm. Vergi yoxlaması aparılan dövrdə 12 saylı vergilər idarəsinə 96 manat pul ödəmişəm. 640 mant 64 qəpikdən 96 manat çıxsaq mənim 544 manat 64 qəpik vergi borcumun yarandığı aydınlaşar. Həmin məbləği və onun cəriməsini ödəməyə hazıram.” Məhkəmənin gedişi prosesində istər şahid Z.Hüseynliyə, istərsə də Şirin Cəfəriyə dövlət ittihamçısı Mahir Hacıyev və vəkil Zaur Niftəliyev tərəfindən məhkəmə prosesinin gedişinə vacib sayılan çoxsaylı suallar ünvanlanmış, nəticədə həmin suallar layiqincə cavablandırılmışdır. İstər qəzetin təsisçisi və baş direktoru Şirin Cəfəri, istərsə də şahidlərin ifadələri zamanı ortaya çıxan rəqəmlərlə vergilər nazirliyinin audit yoxlamasının ortaya çıxardığı rəqəmlərin tamamilə ziddiyət təşkil etməsi məhkəmə prosesində bir sıra müəmmalı məsələlərin də araşdırılmasına səbəb yaratmışdır. Saat 11:45-də hakim Yaşar Həşimov müşavirəyə çıxmış, 12:00-da qayıdaraq məhkəmənin davamının saat 14:00-da olacağı barədə qərar vermişdir. Göstərilən vaxtda başlanan məhkəmə prosesində vəkil Zaur Niftəliyev şahidlərin və təsisçinin ifadələrinin vergilər nazirliyinin xətti ilə audit yoxlama aparmış İmran Nurməmmədovun tərtib etdiyi aktdakı rəqəmlərlə ziddiyət təşkil etməsini əsaslandıraraq, işin yenidən ekspertizaya qaytarılmasını dövlət ittihamçısı Mahir Hacıyevdən və hakim Yaşar Həşimovdan xahiş etmişdir. Vəkil etdiyi xahişdə bildirmişdir ki, “mənim dövlət ittihamçısı Mahir Hacıyevin və hakim Yaşar Həşimovun apardığı iş prosesindən narazıçılığım yoxdur. Sadəcə obyektivlik bu cür məhkəmə prosesinin əsas sütunudur. Çünki, burada ən azından insan taleyi, eyni zamanda azad söz və mətbuatın azad nümayəndəsinin məsələsi həll olunur. Buna görə də mən vergilər nazirliyinin audit yoxlamasının çıxardığı fantastik rəqəmlərlə heç cürə razılaşa bilmərəm. Məhz buna görə də işin yenidən ekspertizaya qaytarılmasını daha önəmli hesab edirəm.” Şirin Cəfərinin müdafiəçisi vəkil Zaur Niftəliyevin vəsadəti nəzərə alınaraq hakim Yaşar Həşimov məhkəmənin təxirə salınması və növbəti məhkəmə prosesinin 13 may saat 11:00-da keçirilməsi haqqında qərar çıxarmışdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?