GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Jurnalistin qəzaya düşən atası hələ də komadadır

Jurnalistin qəzaya düşən atası hələ də komadadır

Tarix: 26-09-2016, 12:30 Bölmə :Ölkə Baxış: 415
Jurnalistin qəzaya düşən atası hələ də komadadır

Bu ilin fevral ayının 14-də jurnalist İmdad Əlizadənin qəza keçirən atası, yazıçı-publisist Əli Əliyevin durumu hələ də kritikdir və komadan ayılmayıb. 8 aydır komada olan 70 yaşlı yazıçının ailəsi o möcüzənin baş verəcəyi günü gözləyir.

Lakin ailənin qayğıları bununla bitmir. Bir tərəfdən atalarının durumu ilə bağlı nigarançılıq, digər tərəfdən külli miqdarda vəsait tələb edən müalicənin xərcləri, eləcə də yaşadıqları mənzilin acınacaqlı vəziyyətdə olması ailəni çətin vəziyyətə salıb. Musavat.com-un əməkdaşları jurnalist İmdad Əlizadənin ailəsinin düşdüyü bu çətin durumu ictimailəşdirmək üçün onların yaşadıqları mənzilə baş çəkib.

1993-cü ildə Laçın rayonundan qaçqın düşən ailə 22 ildir uşaq bağçasında yaşayır. Köhnə tikilinin birinci mərtəbəsində məskunlaşan 9 nəfərdən ibarət ailənin yaşam şəraiti olduqca çətindir. Binanın zirzəmisi qurunt suları ilə dolduğundan mənzildə rütubət hiss olunur. Rütubətdən evin divarların boyası qopub tökülüb, evin döşəməsi də nəmişlikdən çürüyüb. Ailə üzvləri isə rütubətin yaratdığı revmatizm və allergiya xəstəliklərindən əziyyət çəkirlər.

Jurnalist İmdad Əlizadə deyir ki, evlə və maddi durumları ilə bağlı problemləri olsa da, bu gün onları ən çox narahat edən məsələ atalarının sağlıq durumudur. Bu günə qədər Əli Əliyevin müalicəsinə 76 min manat vəsait xərclənib. Artıq ailənin müalicəni davam etdirməyə, atalarını xəstəxana şəraitində saxlamağa maddi imkanları yoxdur. Lakin mənzil şəraiti normal olmadığı üçün xəstəni evə gətirmək də onun həyatı üçün birbaşa risk təşkil edir: “Fevral ayının 14-də atamı Dərnəgül yolunda maşın vurdu və həmin gündən atam komadadır. Sentyabrın 17-də əməliyyat olundu, lakin vəziyyətində heç bir müsbət dəyişiklik olmayıb. Ümidlə yaşayırıq ki, atamız komadan çıxacaq. Atama ən ağır kəllə-beyin travması diaqnozu qoyulub. Beyninin hər yerində zədə var. Biz əlimizdən gələni edirik, qalanı isə Allahın təqdiridir”.

Problemin digər tərəfi isə müalicənin həddindən artıq baha olmasıdır. Aylardır komada olan Ə.Əliyevin xəstəxanada qalmasının bir günü ailəyə 400-500 manata başa gəlir: “Mərkəzi Klinik Xəstəxanada qaldığı müddətdə biz oraya 68 min manatdan artıq pul ödədik. Bu bizim imkanımız xaricində olan xərclər idi. Sağ olsun, dostlar kömək elədi, xüsusən də bir xeyirxah dostumuz bu məbləğin böyük bir hissəsini üzərinə götürdü. Bu müddətdə çox çətin günlər yaşadıq. Məcbur qalıb atamın ”54 gün erməni mühasirəsində" kitabını yenidən çap edib satışa çıxartdıq, bu kampaniyadan 8 min manatdan çox pul əldə etdik və xəstəxana xərclərini ödədik. Atam 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. 2012-ci ildə o, mühasirə xatirələrini “54 gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Atam və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Bu kampaniyadan gələn vəsaitləri də müalicəyə xərclədik və indi yenə çətin durumdayıq. Bu prosesin nə qədər davam edəcəyini, atamın komada nə qədər qalacağını, ayılıb-ayılmayacağını heç bir həkim bilmir. Bu xəstəlik həm xəstənin özü, həm də yaxınları üçün tibbdə ən ağır vəziyyət hesab olunur. Müalicəyə vəsait tapılmasa mən məcburam ki, atamı xəstəxanadan evə köçürəm. Ancaq bunun çox böyük riskləri var. Atamın tibbi statusu onun evə köçürülməsinə imkan verməsə də, pul tapmasaq buna məcbur olacağıq".

İmdad Əlizadə deyir ki, normal bir şəraitdə reanimasiya xəstələrinin yaşaması riskli olduğu halda, bu şəraitsiz evə atasının gətirilməsi mümkün deyil. 22 ildir burada yaşayan ailənin başqa ümid yeri də yoxdur: “Uşaq bağçasında yaşayırıq. Binanın zirzəmisi su ilə dolub, divarlardan nəmişlik yağır. Reanimasiya xəstəsinin burada qalması qeyri-mümkündür. Biz indi bu vəziyyətdən çıxış yolu axtarırıq. Bugünkü maddi durmumuz evi təmir etməyə, şəraiti düzəltməyə imkan vermir. Çünki əlimizə gələn bütün pulu, aldığımız maaşı ən zəruri tələbatlarımızı çıxmaqla xəstəxanaya ödəyirik. Atamın komadan ayılmaq şansı var və biz ümidlə bunu gözləyirik. Onun üçün isə xəstəxana şəraitində müalicəsi davam etməlidir. Müalicəsinin davam etməsi üçün isə maddi vəsait lazımdır. Mən dövlət qurumlarına, xeyirxah insanlara, müraciət edirəm ki, bu vəziyyətdən çıxmağımıza yardım etsinlər”.

İmdad Əlizadə onu da vurğuladı ki, qəza törədib atasını bu vəziyyətə salan Seymur Qarayev adlı şəxsdir. O, xəstənin müalicəsinə maddi-mənəvi kömək etməkdən imtina etməklə yanaşı, min bir bəhanə ilə ailəyə pul ödəməkdən yayınır: “Bu günə qədər xərclərin yalnız 3600 manatını Seymur ödəyib, bu, heç xərcin 5 faizi də deyil. O, dəfələrlə vəd versə də, hər dəfə bizi aldadıb və yardım etməyib”.

Qəza ilə bağlı məhkəmə prosesinə gəlincə, İmdad Əlizadə bildirdi ki, atasının vəziyyətinə görə işin istintaqını yekunlaşdırmaq mümkün olmayıb və bu səbəbdən iş məhkəməyə göndərilməyib: “Atam ya sağalmalıdır, ya da Allah göstərməsin digər bir variant olarsa, həkimlər rəy verəcək ki, qəza ölümlə nəticələnib. Hazırda koma vəziyyəti davam etdiyinə görə, yekun rəyi vermək və işi məhkəməyə göndərmək mümkün deyil. İşin istintaqı ilə bağlı bir narazılığımız yoxdur. Avtotexniki ekspertizanın rəyində də yazılıb ki, qəza sürücünün günahı ucbatından baş verib, qəzanın qarşısını almaq üçün imkanı olsa da bundan istifadə etməyib”.

Sonda İmdad Əlizadə atasının yeni çapdan çıxan kitabına ürək sözlərini yazıb bizə bağışlayır. İlk səhifəni müəllif üçün saxlayıb, ikinci səhifədən yazır. Biz də ümid edirik ki, növbəti reportajı Əli Əliyev sağlığına qovuşub evinə döndüyü zaman hazırlayacağıq və o zaman kitabın ilk səhifəsinə onun özünü ürək sözləri yazılacaq...

Bunun üçün isə xeyirxah insanların və aidiyyəti dövlət qurumlarının jurnalistin ailəsinə yardım etməsi vacibdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Komada olan jurnalistlə bağlı İlham Əliyevə müraciət olundu

    Komada olan jurnalistlə bağlı İlham Əliyevə ...

    31-12-2013, 00:31

  • 
  • Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya düşdü

    Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya ...

    22-01-2014, 00:21

  • 
  • Kürdəmirdə qəzaya düşən Zeynal Nağdəliyev Bakıya gətirildi

    Kürdəmirdə qəzaya düşən Zeynal Nağdəliyev Bakıya ...

    6-08-2014, 00:34

  • 
  • Rasim Əliyevin atası : ''Mən onlara jurnalist deməzdim''

    Rasim Əliyevin atası : ''Mən onlara jurnalist ...

    18-08-2015, 21:36

  • 
  • Göyçaylı sakin imdad diləyir

    Göyçaylı sakin imdad diləyir ...

    14-06-2016, 19:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu