Beyləqanda yenə ara qarışıb. Sosial çətinliklərlə üzləşən yerli sakinlər sentyabrın 5 - də icra hakimiyyətinin qarşısında aksiya keçirib. Aksiya iştirakçılarından birinin redaksiyamıza verdiyi məlumata görə, etiraza səbəb rayonda yaranan su problemi olub. Belə ki, Kəbirli kənd sakinləri icra hakimiyyətin qarşısına gələrək içməli suyun verilməməsinə etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları pul ödəsələr də içməli suyun verilməməsinə görə, dəfələrlə icra başçısı Vaqif Abdullayevə problemin həlli ilə bağlı müraciət də ediblər. İcra başçısının rayon camaatının problemlərinin həllinə biganə yanaşması, yerli məmurların özbaşınalığa gətirib çıxarmasına səbəb olur deyən aksiyaçılar prezidentdən kömək istədiklərini də aksiya zamanı bildiriblər. Bundan başqa aksiya iştirakçıları onuda bildiriblər ki, icra başçısı qəbulları ləğv edərək əhali ilə təmasda olmaqdan belə imtina edir. Rayon rəhbərinin belə idarəçiliyi aksiyaların davamlı olacağına zəmin yaradır deyən aksiya iştirakçıları yaradılan problem həll olunmayana qədər etirazlarını davam etdirəcəklərini də deyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?