GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir şəhidin haqqı yeyilir, bir əsgərin isə ömrü...

Bir şəhidin haqqı yeyilir, bir əsgərin isə ömrü...

Tarix: 12-10-2016, 18:03 Bölmə :Ölkə Baxış: 892
Bir şəhidin haqqı yeyilir, bir əsgərin isə ömrü...

Ermənilər tərəfindən vurulan əsgərə şəhid adı verilmir, onun əsgər yoldaşı qətldə ittiham edərək həbs edilib

Hərbi hissədə qətl hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseyn Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hüseyn Paşayev Qazax rayonunda yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəndə əsgər hərbi rütbəsində xidmətdə olarkən qətl hadisəsi törədib. O, 1 mart 2015-ci il tarixdə, saat 12.00-dan 14.00-dək şərti döyüş postunda əsgər yoldaşı Cəfər Tağıyev ilə birlikdə döyüş növbəsinə təyin olunub.

Hüseyn Paşayev saat 12:20 radələrində səngər boyu gəzən zaman şıqqıltı səsi eşidib və Cəfər Tağıyevdən həmin səsi eşidib-eşitməməsini soruşub. Cəfər Tağıyev də səs eşitdiyini bildirib.

Həmin vaxt səngərə düşmən əsgərinin gəlməsini düşünən Hüseyn Paşayev patron darağında olan 2 ədəd təlim patronunu çıxardıb və darağı ona təhkim olunmuş AK-74 markalı avtomat silaha birləşdirib, qoruyucusunu tək-tək atəş rejiminə qoyub.

Postda səs-küy

Silahı atəşə hazır vəziyyətə gətirən Hüseyn Paşayev müşahidə məntəqəsində müşahidəni davam etdirib. Həmin müşahidə müşahidə aparan Cəfər Tağıyev də ona “sakit ol, müşahidə edək görək kimdir?” deyə bildirib.

Hüseyn Paşayev təlim patronlarını daraq çantasına qoymaqdan ötrü 2 metr məsafədə yerləşən müşahidə məntəqəsinə yolllanıb. O, patronları daraq çantasına qoyduqdan sonra geri qayıdıb.

Posta gələn əsgər

Lakin yenidən şıqqıltı səsi eşitdikdə həmin səsin müdafiə mövqeyində yerləşən döyüş postunun sığınacağı tərəfdən gəldiyini hiss edən

Hüseyn Paşayev arxaya tərəf çevrilib. Bu zaman həmin tağımın pulemyot manqasının əsgəri Razi Hüseynov sığınacaq istiqamətindən başında qara rəngli “çeçenka” papağı gözünün üstünə qədər aşağı salmış vəziyyətdə səngərə sıxılaraq Hüseyn Paşayevin durduğu istiqamətdə gəlibş

Hüseyn Paşayev onun üzünü tam görə bilmədiyindən tanımayıb və düşmən hərbi qulluqçusu olduğunu zənn edib. Bu halda Hüseyn Paşayev parol soruşmalı və xəbərdarlıq olaraq havaya atəş açmalı olduğu halda həmin tələblərə əməl etməyib.

Düşmən əsgəri zənn etdi, öz əsgərimizi vurdu

Hüseyn Paşayev həmçinin posta düşmən mövqeləri tərəfindən faktiki olaraq basqın edilməməsinə və basqın edilməsini ehtimal etməyə kifayət qədər əsasların olmamasına, yaxınlaşan şəxsin silahsız olmasına, sığınacaq istiqamətindən gəlməsinə baxmayıb. Onun həmin şəxsin kim olmasını müəyyən etmək imkanı olub və amma bunu etməyib.

O, dəqiq atəş açaraq öldürmək məqsədi ilə Razi Hüseynovun məntəqəyə tərəf yaxınlaşmasını gözləyib və silahın lüləsini onunla təxminən 5 metr məsafədə ayaqüstdə dayanıb.

Razi Hüseynova silahlı tuşlayan Hüseyn Paşayev 1 dəfə atəş açıb. Güllə Razi Hüseynovun baş nahiyəsinə dəyib. Razi Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

12 il cəza

Hüseyn Paşayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Paşayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını mumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edib.

Hüseyn Paşayevin müdafiəçisi hökmdən narazı qalaraq apelyasiya şikayəti vertib. Müdafiəçi Hüseyn Paşayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hüseyn Paşayevlə bağlı şikayət araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Bir müddət əvvəl apelyasiya instansiyasında işə baxan hakim kollegiyası müdafiə tərəfinin apelyasiya şikayətini qismən təmin edib və Hüseyn Paşayevin cəzası 11 ilə endirilib.

Vəkil: “Postda nizam-intizam olmayıb”

Bu qərardan narazı qalan Hərbi Prokurorluq kasasiya protesti verib. Prokurorluğun protestinə Ali Məhkəmədə baxılıb. Hakim hakim kollegiyası prokurorluğun protestini təmin edib və Gəncə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə apelyasiya şikayətinə hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Təqsirləndirilən şəxsin müdafiəçisi Cavanşir Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi Hüseyn Paşayevin cinayətin törədilməsində heç bir təqsiri yoxdur və ona bəraət hökmü çıxarılmalıdır: “Hüseyn Paşayev xidmət etdiyi döyüş postunun düşmən əsgərləri olan səngərlə məsafəsi təxminən 50-60 metrdir və həmin postda tez-tez qarşılıqlı atəşkəs pozulur. Bu səbəbdən həmin postda daimi xidmət etmək ciddi nizam intizam tələb edir. Lakin Hüseyn Paşayevin xidmət etdiyi postda nizam-intizam olmayıb. Mərhum Razi Hüseynov həmin vaxt döyüş postunda durmaq üçün nəzərdə tutulmuş istirahət otağında yatmalı olduğu halda geyim qaydalarını pozaraq remenini də taxmadan səngərdə gəzib. Eyni zaman da məhrum Razi Hüseynov posta yaxınlaşarkən parol deməli olduğu halda, bunu etməyib və nəticədə də bu hadisə mərhum Razi Hüseynovun təqsiri ucbatından baş verib. Bundan başqa iş materiallarında xidmətlə bağlı hansı nizamnamə qaydalarının pozulduğu qeyd göstərilməyib. Yəni bu cinayət hadisəsinin hansı nizam-intizam qaydaları pozulmaqla baş verdiyi əsaslandırılmayıb”.

“İstintaq düzgün aparılmayıb”

Vəkil qeyd edib ki, iş materiallarındakı ekspertiza rəyi də tam əsassızdır: “Ekspertiza rəyində əsas sübut olan güllə ucluğu olmadığı üçün Hüseyn Paşayevə təhkim olunmuş avtomatdan atılmış güllənin gilizi sübut kimi qəbul edilib. Halbu ki, həmin səngərdə bir yox, bir neçə digər əsgərlərin avtomatından açılıb gilizlər də var. Ekspertiza rəyində göstərilib ki, mərhum Razi Hüseynovun üzərindəki barıt izləri Hüseyn Paşayevin sılahın atılmış barıt güllənin barıt izləri ilə eynilik təşkil edir, rəydə isə bildirilir ki, güllə Razı Hüseynova 5-6 metr məsafədən atılıb. Bununla bağlı bildirir ki, 5-6 metr məsafədən atılmış güllənin barıt hissələrinin şəxsin üzərinə düşməsi mümkün deyil. Bu səbəbdən heç bir təqsiri olmayan Hüseyn Paşayevin əməli ol-olsa ehtiyyatsızlıqdan törənmiş cinayət hadisəsi kimi qeyd edilə bilər. Ümumiyyətlə ibtidai istintaq və birinci məhkəmə istintaqı düzgün aparılmayıb. Buna görə də cinayət əməli düzgün tövsif edilməyib.

Müdafiəçi qeyd edib ki, məhkəmə Hüseyn Paşayevin gənc olmasını, əməlindən səmimi peşman olmasını, atasının vəfat etməsini, qardaşının hepatit xəstəliyindən əziyyət çəkməsini, hərbi xidmətə çağrılana qədər ailənin maddi təminatını o qarşıladığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirici hal kimi nəzərə almayıb.

Təqsirləndirilən şəxs: “Bu hadisə ehtiyyatsızlıqdan baş verib”

Cavanşir Məmmədov bildirib ki, odlu silahı Hüseyn Paşayev cinayəti törətmək üçün əldə etməyib: “Odlu silahın ona hərbi xidmət keçmək üçün təhkim edilib. Cinayətin odlu silahla törədilməsinin ağırlaşdırıcı hal hesab edilib”.

Təqsirləndirilən şəxs Hüseyn Paşayev mərhum Razi Hüseynovun onun silahından açılan atəş nəticəsində öldüyünü bildirib. O, etdiyi cinayət əməlini etiraf edib: “Bu hadisə ehtiyyatsızlıqdan baş verib. İbtidai istintaqda isə ifadə vermədiyim halda, ifadəm təhrif edilib.

Məhkəmə isə barəmdə olan kifayət qədər yüngülləşdirici halları nəzərə almayıb və həddindən ağır cəza təyin edib”.

Prokuror: “Cinayət əməli sübuta yetirilib”

Dövlət ittihamçısı Qalib Rizvanov bildirib ki, təqsirləndirilən şəxs etdiyi cinayət əməlini etiraf edib: “Onun törətdiyi cinayət əməli iş materiallarında olan ekspertiza rəyləri ilə də sübuta yetirilib. Hüseyn Paşayevə təhkim edilmiş avtomat silahdan atılmış güllənin gilizi və mərhumun üzərindəki barıt izləri sübut edir ki, Razi Hüseynov Hüseyn Paşayevə təhkim edilmiş avtomat silahdan atılmış güllə ilə vurulub. Apelyasiya şikayətinin təmin edilməməsini xahiş edirik”.

Mərhumun atası: “Oğlumu ermənilər qətlə yetirib”

Zərərçəkmiş şəxsin hüquqi varisi İlqar Hüseynov apelyasiya şikayətini onunla əsaslandırıb ki, oğlu Razi Hüseynov 1 mart 2015-ci il tarixdə təqsirləndirilən şəxs Hüseyn Paşayevə təhkim olunmuş avtomat silahından açılan atəş nəticəsində yox, düşmən mövqeyindən erməni snayperi tərəfindən qətlə yetirilib: Bunu da təsdiq edən konkret və mötəbər sübutlar qəsdən gizlədilib. Burada məqsəd ancaq hərbi hissə rəhbərliyinin özbaşınalığının, qanunsuzluğunun üstünü ört-basdır etməkdən ibarət olub. Postu təhvil vermiş əsgərin nəzarətsiz olaraq posta getməsinə görə məsul vəzifəli zabitlərin məsuliyyətsiz qalması, güllə gilizinin hadisə yerindən tapılmaması yalandır. Rаzi Hüseynova atılan güllənin gilizi düşmən tərəfində qaldığı üçün hadisə yerində tapıla bilməzdi. Nə ibtidai istintaq, nə də məhkəmə istintaqı bu ziddiyyətli məqama aydınlıq gətirə bilməyib. Bununla bağlı ifadəm də birinci instansiya məhkəməsi tərəfindən təhrif edilib, ibtidai və məhkəmə istintaqı saxta ekspert rəyinə və yalan ifadələrə əsaslanıb. Ona görə də Gəncə Hərbi Məhkəməsinin hökmünün ləğv edilməsini, cinayət işində yaranmış ziddiyyətlərin aradan qaldırılması üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edirəm”.

Tərəflərin fikirlərini öyrənən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin apelyasiya şikayətləri təmin edilməyib.

Amma Gəncə Hərbi Məhkəməsinin hökmündə dəyişiklik edib. Məhkəmə Hüseyn Paşayevin cəza çəkmə növünü dəyişib. Hüseyn Paşayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib. Hökm qalan hissədə dəyişdirilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsgərimiz şəhid oldu

    Əsgərimiz şəhid oldu ...

    10-08-2014, 18:23

  • 
  • Hərbi hissədən qaçan əsgər yaxalandı

    Hərbi hissədən qaçan əsgər yaxalandı ...

    2-12-2012, 16:40

  • 
  • Əsgər hərbi hissədən qaçıb

    Əsgər hərbi hissədən qaçıb ...

    23-01-2014, 13:43

  • 
  • Azərbaycanda əsgər əsgəri güllələdi

    Azərbaycanda əsgər əsgəri güllələdi ...

    18-02-2014, 12:13

  • 
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu