GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Avtovağzaldakı inhisarçılıq, bir qrup vəzifə sahiblərinin marağına xidmət etməkdədir

Avtovağzaldakı inhisarçılıq, bir qrup vəzifə sahiblərinin marağına xidmət etməkdədir

Tarix: 13-10-2016, 12:54 Bölmə :Ölkə Baxış: 759
Avtovağzaldakı inhisarçılıq, bir qrup vəzifə sahiblərinin marağına xidmət etməkdədir

Namiq Abbasəliyev: “Bu gün avtovağzalda rüşvətxorluq sanki ayaq tutub yeriyir. Adicə kassalardan sərnişinlərə bilet satılmır və sərnişinlərdən gediş haqlarını isə, sürücülər yığırlar”

Bir neçə illər bundan əvvəl ölkə sakinlərinin əsas problemlərdən biri də, şəhərdaxili və ətraf ərazilərə, həmçinin ölkə hüdudlarından kənara hərəkət edən nəqliyyat vasitələri üzərindəki inhisarçılıq amillərinin varlığı idi. Belə bir səbəblər üzündən də, bu sahədə baş alıb gedən özbaşınalıq, xaos, anarxiya, xüsusilə də qiymət göstəricilərinin tez-tez artırılması və s. kimi xoşagəlməz halların baş verməsi, əslində tam əksəriyyəti narahat edən məsələlərdən birinə də çevrilmişdi.

Elə ki, ölkənin nəqliyyat sahəsində qanun-qaydanın bərpa olunması, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın tikintisi haqqında qərar qəbul edildi, o zaman hər kəs ümid edirdi ki, arzusunda olduğumuz problemlər qısa zaman kəsiyində həllini tapacaq. Amma bu heç də belə olmadı. Avtovağzalın tikintisi başa çatdırıldı, bu yöndə büdcədən milyonlarla vəsait xərcləndi və bunların qarşılığında qayda-qanun bərpa olunmadı ki, olunmadı. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri oldu ki, bu səbəblər içərisində ən başlıcası isə, müxtəlif istiqamətlərə hərəkət edən nəqliyyat vasitələri üzərində yenidən inhisarçılıq amilinin əmələ gəlməsi oldu. Məsələn, adicə bir faktı qeyd edək. Bu gün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından ölkənin qərb zonasına hərəkət edən hər bir nəqliyyat vasitəsinin sahibinə şifahi tapşırıq verilir ki, mütləq Kürdəmirdə və yaxud da Ucardakı filan yeməkxanada dayanmalısınız. Həmin yeməkxanalarda da avtovağzal rəhbərliyinə yaxın olan şəxslər nəqliyyat vasitələrinin sahiblərindən müəyyən məbləğdə “rüsum” almaqla, onların qeydiyyatlarını aparırlar. Hətta, redaksiyamıza şifahi məlumatlar da daxil olub ki, avtovağzal rəhbərliyi nəqliyyat vasitələrinin sahiblərini məcbur edir ki, onların sürücüləri idarə etdikləri nəqliyyat vasitələrinin yanacaqla təminatını da, mütləq avtovağzaldakı yanacaqdoldurma məntəqəsindən doldurmalıdırlar. Faciəli hal odur ki, avtovağzalda satılan yanacağın avtobuslar üçün nəzərdə tutulmadığı da bildirilir.Yəni, həmin yanacaq gəmilər üçün nəzərdə tutulduğundan, ondan istifadə zamanı avtobusların ayrı-ayrı detalları tez bir zamanda sıradan çıxır. Belə bir halı da rəhbərlik nəzərə almır. Çünki, onlara yalnız pul lazımdır.

Bundan əlavə, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının arxa hissəsində “şlaqbaum” da quraşdırılıb. Bir neçə nəfərin özünə iş yeri hesab etdiyi həmin məkanın giriş hissəsindən kənar sürücülər avtovağzala daxil olarkən, mütləq 1 manat “rüsum” ödəməyə vadar edilirlər. Ödənilən hər manatın müqabilində isə, sürücülərə qəbz filan verilmir. Qəbz istədikdə isə, “get sənə yaxşı yol, nə qəbz istəyən olmusan, bu yuxarının tapşırığıdır, biz də verilmiş tapşırığı icra edirik” cavabını eşitməli olursan. Maraqlı haldır ki, gün ərzində toplanan bu 1 manatlar görəsən hansı büdcəyə daxil edilir? Çox böyük ehtimalla ki, belə bir yolla da əldə olunan “haqq-hesab”lar, kasıbçılıqdan “əziyyət çəkən” avtovağzal rəhbərliyinin bizə məlum olmayan büdcəsinə daxil olur.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda yaşanan ifrat inhisarçılıqdan zinhara gələn və olmazın oyunlara salınan, Sabunçu rayonu Sabunçu qəsəbəsi Əfəndiyev küçəsi ev-23A ünvanında yaşayan Abbasəliyev Namiq Yunis oğlu bizimlə söhbətində bildirdi ki, “bu ünvanda zəhmət çəkib ailə dolandırmaq üçün, gərək hər kəsin bir yox, sanki beş başı olmalıdır. Bu cür yanaşmamı ona görə belə bir formada ifadə edirəm ki, mən 2012-ci ildə avtovağzalın səlahiyyət sahibi olan şəxslərlə razılaşıb Bakı-Kazan, Kazan-Bakı reysində işə girdim. Buna səbəb o oldu ki, həmin reysin daşıyıcısı çalışdığı işindən uzaqlaşmışdı. 2013-cü ilin sonuna qədər hər ay iki reys olmaqla, qeyd olunan xətt üzrə işlədim. Həmin ilin sonlarında avtovağzalda mühəndis işləyən Mehdi adlı şəxsin məkrli planı əsasında, rusdaşıyıcısı olan firmanın sahibini şərlədilər və belə bir yolla bağlanmış müqaviləni pozub, onu çalışdığı işindən uzaqlaşdırdılar. Rəhbərlik 2014-cü və 2015-ci illərdə məni və Vəli adlı şəxsi, ayda bir dəfə olmaqla dairəvi hərəkətdə olan Azərbaycan avtobusları ilə işləməyə vadar etdilər. Belə bir vəziyyət, təqribən 2015-ci ilin noyabrına kimi davam etdi və sonda elə bir vəziyyət əmələ gəldi ki, mənə hər ay üçün verilmiş bir reyslə də, heç cür işləyə bilmədim.

Onu da bildirim ki, bu gün avtovağzalda rüşvətxorluq ayaq tutub yeriyir. Adicə kassalardan sərnişinlərə bilet satılmır və sərnişinlərdən gediş haqlarını isə, sürücülərin özləri yığırlar. Məsələn, Bakıdan Kazana gediş haqqı 92 manat olduğu halda, hər sərnişindən 120 manat pul alınır. Nə qədər çox sərnişin olsa da, hər reysə cəmi 5-6 nəfər sərnişin, daha çox isə 10 sərnişin sənədləşdirilir. Satılan hər

biletin satış qiymətinin 16%-i dövlətə ödənilməli olduğu halda, rəhbərliyin göstərişi əsasında yalnız az sayda sənədləşdirilən sərnişinlərdən alınan pulların faizi dövlətə ödənilir. Digər sərnişinlərdən yığılan bilet pulları isə, bir qrup vəzifə sahibləri tərəfindən mənimsənilir. Bütün bu kimi maxinasiyaların qarşılığında isə, kassirlərə cəmi 10 manat pul çatır. Sərnişin sürücüdən şikayət edərsə, istənilən halda sürücü günahkar çıxarılır və avtovağzal rəhbərliyi ilə onun yan-yörəsində fırlananlar isə, hər zaman təmizə çıxarılırlar.

Avtovağzalda növbə rəisi işləyən Məhəmməd adlı şəxs Bakı-Kazan reysinin hər birindən 100 manat, dispeçer vəzifəsini daşıyan Abbas adlı şəxs 50 manat, “baqajnik” işləyənlər isə, 30 manat rüşvət alırlar. Düzdür, “baqajnik” işləyənləri adbaad deyə bilməsəm də, onları hər kəsə göstərə bilərəm. Onu da vurğulayım ki, bu şəxslər tez-tez növbələrini dəyişirlər.

Bütün bunlardan əlavə, əgər avtovağzaldan RF-sı ərazisinə gedən nəqliyyat vasitəsi avtovağzaldan yanacaq doldurmazsa, o halda 18 manat pul verməyə məcbur olunurlar. Nəqliyyat vasitələrinin sahibləri idarə etdikləri nəqliyyat vasitələrini avtovağzaldakı dayanacağa daxil edərkən, mütləq “şlaqbaum”u qaldırıb-endirənlərə 2 manat, avtovağzalın dayanacağında dayanmaya görə hər sutka üçün gözətçilərə 2 manat, avtovağzal həkimləri sürücüləri müayinə etməsələr də, onlara 2 manat və məlumat bürosunda çalışanlara da 2 manat ödəyirlər. Avtobuslar avtovağzaldan çıxarkən 20 manat pul alınır ki, bunu da kitab pulu hesab edirlər. Nəqliyyat Departamentinin işçisi olan Süleyman adlı şəxs, (0, avtovağzalda növbə rəisi işləyən Məhəmməd müəllimin qardaşıdır) hər avtobusdan 50-100 manat “haqq” alır. Sumqayıt şəhərində “post” yaradılıb ki, həmin “post”da da Ağa adlı şəxs, hər avtobusdan müqavilə sənədi adı altında 20 manat pul alır. Bütün bunların qarşılığında isə, bir kimsəyə qəbz verilmir. Avtovağzalda olan post patrul xidmətinin əməkdaşları da, hər avtobusdan 10 manat alırlar. Hansı avtobusdan ala bilmirlərsə, o halda həmin avtobusların nömrələrini qeyd edib rəhbərlərinə məruzə edirlər.

Avtovağzalda yaşanan ən böyük qanunsuzluqlardan biri də, vergidən yayınma hallarının baş verməsidir. Çünki, avtovağzal ərazisində yüzlərlə mağaza, bir neçə yeməkxana var ki, onlar da ticarətlə məşğul olurlar və kassa aparatından da istifadə etmirlər. Mağazalarda satılan malların kənar ərazilərə nisbətən olduqca baha satılması da, ciddi müzakirəyə ehtiyacı olan mövzulardandır.

Bir məqamı da vurğulayım ki, 2015-ci ilin noyabrında Bakıda sərnişin daşıyıcısı olan “Xan” firmasının müqavilə sənədlərini toplayıb, həmin sənədləri Kazan şəhərinə apardım. Şəhərdəki avtoparkın və beynəlxalq avtovağzalın rəhbərliyi ilə müqavilə bağladıqdan sonra, onu Azərbaycana gətirdim. “Xan” firmasının rəhbəri Gülağa Hüseynov əyri yollarla (yəqin ki, rüşvətin müqabilində) Nəqliyyat Departamentinin səlahiyyətlisi olan Vidadi adlı şəxsin vasitəçiliyi ilə, 31 dekabr 2016-cı il tarixə kimi işləməyimizə icazə ala bildi. Amma, çox keçmədi ki, “dovşana qaç, tazıya tut” məsəli özünü göstərdi və Mehdi adlı şəxsin planları tamamilə dəyişdi. Yəni, həmin vaxtdan hər həftənin 2-ci və 5-ci günləri Azərbaycan avtobuslarından ibarət yeni qeyri-qanuni reyslər yaradıldı və belə olan halda “Xan” firmasının sərnişin daşıyıcılığı lazımınca təmin olunmadı. Bu cür vəziyyət üçayyarım davam etdi və bilərəkdən Azərbaycan avtobuslarının Kazana hərəkət etmələrinə imkan yaradıldı. 2016-cı il aprel ayının sonuna kimi, bizim Kazana işləyən avtobuslarımız avtovağzal ərazisindən tamamilə çıxarıldı. Hələ bu azmış kimi “Xan” firmasını təhdid edərək, firmanın Moskvaya işləyən reyslərinin dayandırılmasını da tələb etdilər. Eyni zamanda Kazan reysinin sərnişin daşıyıcılığından əl çəkməsini də, şərt olaraq irəli sürdülər.

01 may 2016-cı il tarixdən Azərbaycan avtobuslarını Kazana işləməsinə yol vermədilər. Sbuna səbəb olan amillərdən biri də, Rusiya ərazisinə daşıyıcı sənədin (adı dazvoldur) 250-350 manat arası qiymətə satılması oldu. Bu sənədin Azərbaycan manatı ilə qiyməti 20 manat, rus rublu ilə isə 800 rubldur. Əgər əvvəllər hər ay 4 ədəd “dazvol” satılırdısa, bu gün 8 ədəd “dazvol” satılmaqdadır. İndi Rusiya ərazisinə, o cümlədən Samara, Tolyatti, Stavrapol, Kazan reyslərinin hər birinə nə qədər “dazvol” satılır, sanki bunun da araşdırılmasına ehtiyac duyulur.

Ümumiyyətlə, üz-üzə qaldığımız belə bir olaylarla bağlı 29 may 2016-cı il tarixdə ölkə rəhbəri cənab İlham Əliyevə elektron qaydada şikayət məktubu ünvanlasam da, bu gün də bir cavab yoxdur. Amma, 31 may 2016-cı il tarixdə RF-nın prezidenti cənab Putinə eyni qaydada məktub ünvanladım. Səhəri gün, yəni 01 iyun 2016-cı il tarixdə elektron qaydada cavab məktubu aldım və cavab məktubunda da qeyd olunmuşdur ki, “sadaladıqlarınız faktların lazımınca araşdırılması üçün ünvanladığınız məktub, RF-nın Nəqliyyat Nazirliyinə göndərilmişdir”. Adı çəkilən nazirlikdən də, 01 iyul 2016-cı il tarixdə müsbət cavab aldım. Həmin vaxtlarda, daha dəqiq desəm 13 iyun 2016-cı il tarixdə ölkə rəhbəri cənab İlham Əliyevə və Baş Prokuror cənab Zakir Qaralova, sifarişli təkrar şikayət məktubu ünvanladım. Adı çəkilən vəzifə sahiblərinə ünvanladığım məktubla bağlı, bu ilin avqust ayında məni Binəqədi rayon prokurorunun köməkçisi qəbul etdi və məni diqqətlə dinlədi. Bununla bağlı yazılı izahatımı isə, Binəqədi RPİ-i, 40 polis bölməsinin təhqiqatçısı aldı. Nə kimi tədbir görüləcək deyə sual etdikdə, qarşı tərəfdən: “get, hərtərəfli

araşdırılıb sizə cavab veriləcək” cavabını eşitsəm də, təəssüflər olsun ki, bu günədək də heç bir cavab verilməyib.

Ünvanladığım məktubda qeyd etmişdim ki, bu gün işləmirəm, əlavə gəlirim yoxdur. Himayəmdə iki azyaşlı övladım var və 82 yaşlı ağbirçək anam da bizimlə birlikdə yaşayır. Ailəmiz anamın aldığı pensiyaya möhtac qalıb. Ölkə rəhbəri cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə yazdığım məktublarda, məqsədim heç də yeni iş yeri, pul istəmək deyildi, sadəcə olaraq problemlərimin araşdırılması və iş yerimin bərpasını tələb edirəm. Mən düşünürəm ki, ünvanladığım məktublarda sadaladığım faktların araşdırılması və problemlərin aradan qaldırılması, mənim gələcək həyatımın təmin olunması ilə nəticələnəcək. Belə bir düşüncəyə sahib olduğumdan, ölkə rəhbərinə bir daha yazılı məktubu ünvanlamışam. İnanıram ki, problemlərim lazımınca araşdırılacaq və haqq-ədalət də qalib gələcək. Odur ki, bu gün cavab məktubunu gözləmək məcburiyyətindəyəm.

Mövzunu diqqətdə saxlayacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı avtovağzalında anarxiya

    Bakı avtovağzalında anarxiya ...

    16-03-2015, 11:25

  • 
  • Nəqliyyat Nazirliyi gediş haqqını artırmaq istəyir

    Nəqliyyat Nazirliyi gediş haqqını artırmaq istəyir ...

    30-04-2013, 15:14

  • 
  • Gediş haqqının artırılmasına rəsmi reaksiya- “Bu qanunsuzdur”

    Gediş haqqının artırılmasına rəsmi reaksiya- “Bu ...

    1-04-2014, 11:25

  • 
  • Bakı-Sumqayıt marşurutunda qiymət 2 dəfə qalxdı: 1 manat!

    Bakı-Sumqayıt marşurutunda qiymət 2 dəfə qalxdı: ...

    5-12-2014, 17:43

  • 
  • Nəqliyyatımızın bərbadlığı

    Nəqliyyatımızın bərbadlığı ...

    4-02-2015, 23:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (67)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu