GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?

Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?

Tarix: 27-10-2016, 20:30 Bölmə :Ölkə Baxış: 650
Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?

Əmək Məcəlləsi yalnız 15 yaşa çatmayan adamların işə götürülməsini yasaqlayır.
Gülnar Məmmədovanın 40 yaşı var. İxtisasca ingilis dili müəllimidir, ancaq son 5 ildə müəllim yox, rus və ingilis dili tərcüməçisi çalışıb. O, bir neçə ay əvvəl işlədiyi şirkətdə ixtisara düşdüyündən, işsiz qalıb. Deyir, 3 aydır iş axtarır, ancaq iş atlı olub, o, piyada. Son vaxtlar hətta küçədə divarlara, dayanacaqlara yapışdırılan iş elanlarıyla da maraqlanır. Metronun 28 may stansiyası yaxınlığında yerləşən işədüzəltmə yerinə gedir. Ancaq bir şey çıxmır:
Yaşın 35-i keçibsə, iş tapmayacaqsan
“Hara gedirəm, deyirlər, yaşı 35-i ötənləri işə götürmürük. Axı mənim işə ehtiyacım var, özüm də ali savadlı qadınam. Bir neçə xarici dili bilirəmsə, niyə məni işə götürməməlidirlər? Deyirlər, yaşın çoxdur. Mütləq 25 yaşım olmalıdır? Niyə? İşə savad lazımdır, yoxsa gözəllik və yaşın az olması lazımdır?”.

Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?

Bakıda divarlara yapışdırılan elanlarda müxtəlif iş yerlərinə dair məlumatlar olur. Aşbazdan, qabyuyandan tutmuş, tərcüməçi, həkim və müəllimlərədək. Elan sahibləri çox yalnız arada vasitəçi olduqlarını, işə qəbula müxtəlif şirkət rəhbərlərinin baxdığını deyirlər. Vasitəçiliyə görə onlara müəyyən məbləğ ödənir. Gülnar Məmmədovanın üz tutduğu işədüzəltmə bürosunun müdiri olduğunu deyən gənc özünü təqdim etmir. Gülnarın niyə işə götürülməməsi haqqında ancaq bunları deyir:“Parametrlər uyğun gəlmir. Yaş fərqi var, yaş 18-25 olmalıdır”.

Saxta iş elanı. 27okt2016
İş üçün elanlarla bağlı müraciət edən dörd nəfərdə cəmi biri iş tapdığını deyir:
- Çox müraciət etmişəm. Şəxsiyyət vəsiqəmin surətini, nömrəmi alıblar ki, zəng edəcəyik. Ancaq hələ də bu günədək gözləyirəm, zəng yoxdur.
- Zavod yox, fabrik yox, iş hardan olacaq? Bu elanların hamısı yalandandır. Oğlum da, qızım da işsizdir, müraciət edirlər, deyirlər, gözlə.
- Şəxsən mən elanla işə düzəlmişəm.
- Tornaçı işinə görə müraciət eləmişdim, hələ ortada heç nə yoxdur.
“Şirnikləndirici vəd verirlər”
Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, belə elanlar müxtəlif məqsədlər güdür. Ancaq qanuna görə, işə götürərkən, yaş və cins ayrıseçkiliyinə yol vermək olmaz:
“İndi ən çox yayılan elanlardan dələduzluq yağır. Şirnikləndirici vəd verirlər, insanlar da gəlir, fərdi məlumatlarını qeyd edib anket doldururlar. Həmin adama deyirlər ki, bu anketə görə 15 manat ödə, biz səni dəvət edəcəyik. Sonra həmin adamı dəvət eləmirlər. Beləliklə, bir ay ərzində bu cür saxta iş büroları bir neçə yüz insanı aldadırsa, əhəmiyyətli məbləğ əldə edir. Adamlar da ödədikləri pula görə zəng edirlər, axtarırlar. Axırda aldandıqlarını anlayırlar. Bir başqa məqsədsə odur ki, doğrudan da işçi lazım olur. Hansısa tələblər qoyurlar. O tələblər bizim Əmək Məcəlləsinə uyğun deyil. Məsələn, yaşa, cinsə görə tələb qoymaq olmaz. Yalnız yaşı 15-ə çatmayanları işə götürmək olmaz. Əsas məsələ peşəkarlıq olmalıdır”.
Sahib Məmmədov deyir ki, ayrıseçkiliyə görə işə qəbul olunmayan şəxs məhkəməyə üz tuta bilər. Ancaq belə müraciətlərə rast gəlinmir.
Deputat: “Mənə yaşa, yaxud cinsə görə işə götürülmədiklərini deyən olmayıb”
Parlamentin əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə də işə götürülərkən peşəkarlığa önəm verilməsinin tərəfdarıdır. Deputat yaşa və cinsə görə ona şikayət olunmadığını da deyir:
“Dünyanın hər yerində işəgötürənlər cinsə, yaşa deyil, qabiliyyətə baxırlar. Əlbəttə, hər yerdə çalışırlar ki, yaşlı insanları işə götürməsinlər. İnsanların hamısı bərabərdir. İşə götürərkən, onlardan heç kəs cinsinə, yaşına, milliyyətinə və s.-ə görə heç nə tələb etməməlidir. Bir meyar olmalıdır - işi bacarır, yoxsa, yox. Bəli, olur ki, tələblər sırasında göstərirlər ki, yaşı filandan yuxarı olmasın. Bu o zaman olur ki, peşə hər hansı yeni peşədir. İnsan yaşlandıqca onun qavrama qabiliyyəti azalır. Mənə çox adam müraciət edir. Ancaq yaşa, yaxud cinsə görə işə götürülmədiyini deyən olmayıb” .
Gülnar Məmmədovanı isə məhz yaşına görə işə götürməyiblər. Məhkəməyə müraciət etməyə gəlincə, deyir ki, məhkəmə yoluyla nəsə əldə edəcəyinə inanmır. Ona görə iş axtarmağa davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İmtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində daha çoxdur"

    "İmtahan fənlərindən sıfır bal toplayan ...

    28-02-2016, 09:02

  • 
  • Azərbaycanda tərcüməçilərin elektron bazası yaradılır

    Azərbaycanda tərcüməçilərin elektron bazası ...

    22-05-2016, 10:50

  • 
  • Dilimizə niyə hörmət etmirik? - Video

    Dilimizə niyə hörmət etmirik? - Video ...

    15-12-2013, 00:11

  • 
  • Əvəz Zeynallı 45 yaşın Mübarək!

    Əvəz Zeynallı 45 yaşın Mübarək! ...

    15-12-2014, 21:36

  • 
  • Azercell daha iki jurnalisti Londonda təhsil almağa göndərir

    Azercell daha iki jurnalisti Londonda təhsil ...

    9-10-2015, 19:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (500)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu