Sümqayıt şəhər 1-ci mikrorayon ev 11 mənzil 42-də yaşayan Qarayeva Zərnigar Səttar qızı tərəfindən “Gündəm Xəbər”ə daxil olan ərizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə. Sürəti: Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova. Sürəti: Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə. Sürəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciətini dərc etməyimizi xahiş edir. Biz də redaksiya olaraq vətəndaşın müraciətini olduğu kimi “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik.
Mohtərəm Prezident ! Cənab nazir,cənab baş prokuror və cənab sədr! Bu ilin iyulun 11-də oğlum Qarayev Zaur Vahid oğlu AL-1039 nömrəli lizinq müqaviləsi ilə Union Lizinq ASC-dən, dövlət qeydiyyat nişanı 99 AC 448 olan, istehsal tarixi2014-cü il Samand markalı minik maşını almışdır.Cəmi üç gündən sonra yəni 14 iyul tarixində Qızıldaş ərazisində həyat yoldaşım Vahid Qarayev və oğlum Zaur Qarayev bu maşında avtomobil qəzasına düşmüşlər.Qəza nəticəsində həyat yoldaşım Vahid Qarayev dünyasını dəyişmiş oğlum Zaur Qarayev isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.Həkimin rəyinə görə o,kəllə beyin travması,baş beynin silkələnməsi,təpə nahiyyəsinin əzilmiş yaraları və sol ciyər toxumalarının əzilməsi xəsarətləri alıb.Hadisə zamanı oğlum huşunu itirmişdir.Xəstəxanada həkimlərin müdaxiləsi ilə aylan oğlumda yaddaş pozğunluğu yaranmışdır.Həkim verdiyi rəylə də bunu təsdiq edir.Həkimin dediyinə görə oğlumun yaddaşının qayıtması altı ay bir il çəkə bilər. Respublika Baş Yol Polisinin müstəntiqi Elşad müəllim (soyadını bilmirəm) oğlum özünə gələn kimi ondan izahat alıb. Sual meydana çıxır ki,həkimin razılığı olmadan yaddaşsız insandan necə izahat almaq olar? Əgər bu insanın yaddaşı itibsə hadisəni necə yadına sala bilər? Oğlum Zaur öz xətti ilə müstəntiqə heç bir izahat verməyib.Müstəntiq Elşad müəllim özunə necə sərf edirsə izahatı elə də yazıb və oğlum Zaur onun yazdığını oxumaq istəyəndə isə " İzahatı elə yazmışam ki sənə xeyri var oxumağına ehtiyac yoxdur " deyərək imzalatdırıb.Sonda məlum oldu ki, müstəntiq oğlümün adıyla özü yazdığı izahatda qəzanın səbəbkarının oğlum Zaur olduğu göstərir. İstintaq materiallarında da müstəntiq qəzanın səbəbkarı oğlum olduğunu göstərir.Elşad müəllim deyir ki, hadisə zamanı sürücü oğlum olub. Amma müstəntiq bunu tam subuta yetirə bilməyib.Cünki ekspert rəyində hər iki oturacaqda ( sürücü və sərnişin) mərhum yoldaşımın oturduğu göstərilib.Yola quraşdırılmış kameranın çəkilişi istintaq materallarında yoxdur.Mən bunu tələb etdikdə müstəntiq bildirdi ki, hadisə zamanı kamera işləməyib.Qəzanın digər və əsas səbəbi texniki nasazlığı olub.Cunki maşının qabaq təkərləri şaravoy qarışıq çıxmış,magistral yolun 10-15 metrini dağıdaraq iz salmışdır. Hadisə zamanı maşının qoruyucu yastıqları açılmayıb.Qeyd edim ki müstəntiq hadisə yerində olmayıb.dəfələrlə mən ondan hadisə yerinə baxış keçirməyini xahiş etsəmdə o,bundan imtina edib.Müstəntiq Elşad müəllim əvvəldən oğlumun istintaq işini qərəzli apardı.Buna səbəb əvvəldən bizdən 20 min manat pul istədi sonra dedi ki, 15 min verin sizin oğlunuzu tər-təmiz çıxardım bu istintaq işindən.Mən bu pulu verə bilməyəcəyimi dedik də isə o,oğlumun istintaq işini qərəzli apararaq bu yerə gətirib çıxardı. Bunun nəticəsində oğlum Zaur Qarayevin 161500187 nömrəli cinayət işi ittiham aktı təsdiq edilərək baxilması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir.Oğlum Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilir. Bu maddə ilə isə Oğluma iki ildən bes ilə qədər iş düşür. Mənim ailəm boyük bir faciə yaşayıb.Bu faciədən mən olan olub ailə başçısını itirmişəm.Oğlumun iki azyaşlı uşağı var.Yoldaşı hamilədir.Onsuzda bu qəzadən sonra həyat yoldaşımın ölümü mənim səhhətimdə böyük problemlər yaradıb.Mənim onun uşaqlarına baxmağa gucum çatmayacaq.Ona gorədə goydə Allaha yerdə ümüdüm sizədir.Xahiş edirəm oğlum Zaur Qarayevin işini şəxsi nəzarətə götürəsiniz və onun məhkəməsinin ədalətli və humanist prinsiplərlə keçməsini təmin edəsiniz.Bütün mətbuat orqanlarından xahiş edirəm ki mənim bu müraciətimi ictimailəşdirməkdə köməklik göstərsinlər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?