GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hakim oğlunu öldürən ifadə verməkdən imtina etdi

Hakim oğlunu öldürən ifadə verməkdən imtina etdi

Tarix: 28-11-2016, 21:16 Bölmə :Ölkə Baxış: 554
Hakim oğlunu öldürən ifadə verməkdən imtina etdi

Tərtər Hərbi Məhkəməsinin hakimin vəkilləri məhkəmədə səs-küy saldılar

Cinayət işinin araşdıran hakimlər Elbəyi Allahverdiyevin vəkillərinə xəbərdarlıq edə bilmədi

Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimovun cinayət işi üzrə prosesi keçirilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Hakim Səbuhu Hüseynovun sədrliyi ilə keçirilən prosesin əvvəlində Elbəyi Allahverdiyevi məhkəmədə təmsil edən vəkil Ceyhun Yusifov mülki iddia qaldırıb.

Ceyhun Yusifov mülki iddia qaldıraraq 149 min manat ödənilməsini tələb edib. Bildirib ki, bu məğləğin yarısı xəstə uşaqların müalicəsi üçün uşaq evinə, digər yarısı isə bu cür yol hərəkəti qaydalarının pozulması ilə bağlı hazırlanacaq tədris vəsaitlərin hazırlanması üçün Azərbaycan Diplomatiya Akademiyasına yönəldiləcək.

Təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov zərərçəkmiş tərəfin mülki iddiasına etiraz edib. O bildirib ki, bu məsələ hazlrkı mərhələdə araşdırıla bilməz. Onun sözlərinə görə, mülki iddianı başqa icraatda araşdırılması mümkündür. Hakim bildirib ki, mülki iddia cinayət işinə əlavə ediləcək, məhkəmə istintaqı zamanı araşdırılacaq.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Rəhim Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İttihamda qeyd edilib ki, hadisə bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş.

Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub.

Rəhim Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, 2 ali təhsillidir və həkim ailəsində anadan olub: “Mən narkotik vasitələrdən istifadə etməmişəm və etmirəm. Hadisə yerində kamera çəkilişi olub. Mən hadisə yerindən qaçmamışam.

İşimə düzgün baxılmayıb. Buna görə də ifadə verməkdən imtina edirəm. Mənə düzgün ittiham verilməyib".

Hakim isə bildirib ki, ittiham üzrə ifadə vermək lazımdır. Sonra təqsirləndirilən şəxs vəkilləri ilə məsləşətləşmək istədiyini bildirib. Qısa məsləhətləşmədən sonra təqsirləndirilən şəxs yenə də ifadə verməkdən imtina edib.

Bu zaman Elbəyi Allahverdiyevin vəkilləri ilə təqairləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmiş tərəfin vəkillərinin təqsirlındirilən şəxsin ifadə verməkdən imtina etməsinə etiraz etməsi ilə bağlı olub.

Təfəflərin mübahidəsini sakitləşdirən hakim təqsirləndirilənşəxsin ifadə verməkdən imtina etməsinə müsbət yanaşıb. Hakim daha sonra təqsirləndirilən şəxsin ibtida istintaqa verdiyi ifadəsini elan edib.

O istintaqa verdiyi ifadəsində hadisəni xatırlamadığını, qolunun sındığını hiss etdiyini deyib: “Qoluma görə xəstəxanaya getdim. Hadisənin necə olduğunu xatırlamıram, sükan arxasında yuxulamışam. Qəzadan sonra ayıldım. Mərhumun anası xəstəxanaya gəlib məni soruşaraq “onu göstərin, öldürəcəyəm” deyərək ağladı. Mən əvvəllər Moskvada nevrologiyadan müalicə olunmuşam, psixotrop maddələr qəbul etmişəm”.

İfadəsi elan olunandan sonra Elbəyi Allahverdiyevin vəkilləri Rəhim Kərimova suallar vermək istəyiblər. Amma hakim deyib ki, təqsirləndirilən şəxs ifadə verməkdən imtina edir, onu suallara cavab verməyə məcbur etmək olmaz.

Ceyhun Yusifov bildirib ki, təqsirləndirilən şəxsə suallar verməyə imkan verilmir, məqsəd narkotik vasitədən istifadə etmək barədə ittihamı gizlətməkdir.

Rəhim Kərimovun vəkili deyib ki, işdə ekspertiza rəyi var, Rəhim Kərimov narkotik vasitələrdən istifadə etməsi barədə sübut yoxdur. Tərəflərin vəkilləri məhkəmə çəkişməsi zamanı bir-birlərinə hörmət qoymayıblar. Onlar proses zamanı bir-birlərinə qarşılıqlı ittiham dolu ifadələr işlədiblər. Zərərçıkmiş şəxsin hüquqi varisi Elbəyi Allahverdiyevin digər vəkili Iradə Cavadova bildirib ki, təqsirləndirilən şəxsin ifadə verməkdən imtins etməsinin səbəbi protokolda qeyd edilsin: “Sonda mən protakolla tanış olacam”.

Bu zaman yenə də vəkillər arasında mübahisə yaranıb. Hakim tərəflərin mübahisəsini güclə sakitləşdirə bilib. Sonra zərərçəkmişlərin dindirilməsi mərhələsi başlayıb.

Daha sonra iş üzrə zərərçəkmiş kimi tanınan Nizami Abbasov ifadəsində bildirib ki, qəza törədilən avtomobilin sahibi olub: “Bizim mebel şirkətimiz var. Rəhim də bizdə sürücü işləyirdi. Maşın hazırda təmir olunub”.

Dövlət ittihamçısı zərərçəkən Nizami Abbasovdan sürücü Rəhim Kərimov ilə əmək müqaviləsi bağlaması, əmək haqqını hansı yolla ödəməsi, vergi ödəməsi barədə suallar verib. Nizami Abbasov maşının özünün olduğunu, istədiyi vaxt sürücünü işlə bağlı harasa göndərə biləcəyini deyib. Dövlət ittihamçısı bununla bağlı prokurorluğa müraciət edəcəyini bildirib.

Nizami Abbasov Rəhim Kərimovla qohum olduğunu, onu uşaqlıqdan tanıdığını deyib: “Amma onun narkotik istifadə etdiyini birinci dəfə sizdən eşidirəm. Onun bundan öncə nəyəsə görə istintaqa çağırıldığını bilmirəm”.

Proses noyabrın 29-da davam etdiriləcək.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakim oğlunu öldürən ifadə verməkdən imtina etdi

    Hakim oğlunu öldürən ifadə verməkdən imtina etdi ...

    23-11-2016, 14:13

  • 
  • Hakimin oğlunu maşınla vuran şəxs həbs olunub

    Hakimin oğlunu maşınla vuran şəxs həbs olunub ...

    18-05-2016, 18:38

  • 
  • Tələbə ağır qəza törətdi

    Tələbə ağır qəza törətdi ...

    6-06-2016, 17:09

  • 
  • Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ŞOK İFADƏLƏR

    Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ...

    6-11-2015, 17:12

  • 
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu