gundemxeber.az APA-ya istinadən xəbər verir ki, son bir ay havaların qarlı, şaxtalı keçməsinə baxmayaraq rayonun Yuxarı Çardaqlar kəndində itburnu yığmaq üçün dağa çıxan kənd sakinləri dağın ətəyində ilanla qarşılaşıblar. İlan sakinlərə hücum edib.
Sakinlər ilanı öldürüblər. Onlar bu fəsildə ilanın görünməsini nadir hal adlandırıblar.
Öldürülən ilanın yoğunluğu 20 sm, uzunluğu isə 1,5 metrdən çox olub.
İlanın öldürüldüyü yer kəndin evlərindən cəmi 100 metr aralıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?