Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən yad cisim xaric edilib.
gundemxeber.az xəbər verir ki, RMDM-dən APA-ya verilən məlumata görə, Mərkəzin həkim-mütəxəssislərinin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılmış iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?