"Azərbaycanda təhsil sistemi innovasiyalara mövcud maraq nəzərə alınmaqla qarşısında dayanan çağırışların öhdəsindən gələcək".
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap-məktəbin yaradılması ilə bağlı təşkil edilmiş konfransda deyib.
Onun sözlərinə görə, startap-layihələr göz önündə yaradıldığına görə cəlbedicidir: "Onların hər birinin arxasında mütləq uğur tarixi dayanır. Bunun üçün vaxt tələb olunur".
M.Cabbarov qeyd edib ki, lakin bunun arxasında çağırış tarixi dayanır: "O çağırış ki, hər bir insan layihənin reallaşdırılması zamanı öhdəsindən gəlir. Bu ən əsasıdır. Bəzi ali məktəblərimiz startap-məktəblərin rellaşdırılması istiqamətində uğurla çalışır. Yaxın 10 gündə Təhsil Nazirliyinin böyük nümayəndə heyəti Berkli Universitetini ziyarət edəcək və ölkəmizdə gələcək tətbiqi üçün universitetin təcrübəsi ilə tanış olacaq".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?