GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra başçısı tərcüməçi rolunda

İcra başçısı tərcüməçi rolunda

Tarix: 6-12-2016, 00:06 Bölmə :Ölkə Baxış: 577
İcra başçısı tərcüməçi rolunda

Soruşduqda mənə bildirdi ki, “yuxarı”dan çatdırılıb ki, heç bir halda sizin adınızı çəkməyim, çünki siz müxalifətçisiniz
86 yaşlı İmişli rayonu Murquzallı kənd sakini, fransız əsilli İvonna Botto Jan Şirməmmədova mənim kəşfimdir. Ölkə rəhbəri cənab İlham Əliyevə təşəkkür edirəm ki, açıqlama işıq üzü gördükdən sonra, İvonna ananı nəzarətə götürdü və onun həyatı başdan-başa dəyişdi. Fransa-Azərbaycan dostluğu istiləşdi. 25 oktyabr 2016-cı il tarixdə saat 10:30-da Fransanın Azərbaycandakı səfirliyinin konsulu cənab Antuan Simonel İmişliyə qonaq gəlmişdi. Öyrəndik ki, o, fransız əsilli 86 yaşlı Jan Botto İvonna ilə görüşəcək. Saat 10:50-də dəqiqləşdirə bildik ki, cənab səfir Heydər Əliyev Mərkəzində İmişli rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları ilə görüş keçirir. Mərkəzin binasına daxil olmaq istədikdə, hansısa bir məmur “olmaz, səfir başçının qonağıdır!” dedi. Məcbur olub qapının qarşısında gözlədim. Qeyd edim ki, İmişlidə Heydər Əliyev Mərkəzi ilə bərabər, Gənclər Mərkəzi də füsunkar gözəlliyi ilə seçilir, bəlkə də digər rayonlarda belə bir gözəllik yoxdur. Sabiq başçı Heydər Əliyev adına mərkəzi kiçik bir tikilidə, dəyəri 27 min manat olan binanı bir iş adamaına tikdirmişdi. Saat 12:05-də konsul Antuan Simonel və icra başçısı Vilyam Hacıyev qapıya doğru yaxınlaşdılar. Başçı gülümsəyərək işarə ilə yaxınlaşmağı bildirdi və cənab konsula ingiliscə dedi ki, “Məhbub Zülfüqarlı həm hüquq müdafiəçisi, həm də jurnalistdir”. Konsulla və başçı ilə görüşdüm və ona “xoşgəldin”-dedim. Fransız əsilli, ömrünün 65 ilini Azərbaycanda yaşayan İmişli rayon sakini İvonna Botto Jan Şirməmmədova mənim kəşfimdir. Sel və qrunt sularından əziyyət çəkən evi barədə sabiq başçı Ə. Ağayevin qəbuluna getsə də, onu heç bir halda qəbul etməmiş və “evi özümüzünkilərə tikdirirəm” deməklə onu ağlatmışdı. Qəriblər ağası İmam Rza (Ə) xatirinə və bu yaxınlarda dünyasını dəyişmiş 83 yaşlı anamın xatirinə, 83 yaşlı qərib ananın dərdini ölkə rəhbərimiz cənab İlham Əliyevə və Mehriban xanıma çatdırmağa qərar verdim. İsa (Ə) deyirdi: “Məni maraqlandırmır ki, sən hansı kilsəyə və məscidə gedirsən, de görüm, yetim başı sığallayıb, xəstə qayğısını çəkib, qərib dərdinə, dustaq əzabına qarşı xidmət göstərmisənmi?” İvonna ana qərib və əzabkeş qadın olduğundan, onu ziyarət etməyimi, həm də böyük qardaşım Davud bəy xahiş etdi. O, müalicə olunmaq üçün 10 günlük İran İslam Respublikasına da getdi. Həmin gün 10 manata taksi danışdım və bərbad yolu olan Murquzallı kəndinə yola düşdüm. Onlara çatana qədər maşın iki dəfə palçığa batdı və güc-bəla ilə həyətlərinə daxil olduq. Səhəri günü ilk çıxışım sahibi Seymur Əliyev olan “Hərb və Sülh” qəzetində, sonrakı gün isə, “Hürriyyət” qəzetində çıxış etdim və onunla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət də etdik. Bir həftə sonra “Kür Vətəndaş Cəmiyyəti” qərargahının rəhbərləri Nəsrulla Nurullayev, Oqtay Guləliyev məni axtardılar və birlikdə İvonna ana ilə görüşə getdik.

İlk məktubumdan sonra cənab İlham Əliyev, hörmətli Mehriban xanım Əliyeva maraqlanırlar və İvonna ananı nəzarətlərinə götürdülər. Qəzalı bir evdə 9 nəfər ailə üzvü ilə birlikdə yaşadığı üçün, iki ev tikilməsinə göstəriş verilir. 63 ildən sonra İvonna ananın oğlu ilə birlikdə Fransaya yola salınmasını Oqtay Güləliyev və “Həftə içi” qəzetinin nüfüzlu jurnalist-korrespondenti Pərvin xanım İsmayılova ilə reallaşdırdıq. Beləliklə, Fransa dövləti ilə Azərbaycanın dostlaşmasını reallaşdıran bizlər-“Kür Vətəndaş Cəmiyyəti”nin ağsaqqalları Mehman Əliyev (Turan İA), Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri, internetdə “Nassi baba” kimi dünya rəhbərlərinin və vətəndaşların babası kimi tanınan Nəsrulla Nurullayev, koordinator Oqtay Güləliyev, “Həftə içi” qəzetnin müxbiri Pərvin İsmayılova və mən,nin İvonna anaya iki ev tikilməsininin təşəbbüskarı olduq. 63 ildən sonra onun qəribliyinə son qoyduq. Cənab konsul! İcra başçısı cənab Vilyam Hacıyevin məni sizinlə görüşdürdüyünə, şərait yaratdığına və tərcüməçiliyi özü etdiyinə görə, həm Sizə, həm də ona təşəkkür edirəm. Eyni zamanda, Sizin tez-tez İmişliyə gəlməyinizi və İvonna anaya xatir hər hansı bir kompleks, yaxud da zavod-fabrik tikərək, ona hədiyyə etməyinizi də xahiş edirəm. İvonna ana SEVGİSİ xatirinə atasının zavod-fabriklərindən imtina etmiş, çətin məhrumiyyətlərə SSRİ-nin ağır dönəmlərində azərbaycanlı həyat yoldaşı və oğlu xatirinə, ona seçdirən SEVGİ olur. Bəşəriyyəti yalnız SEVGİ xilas etməlidir. Dünyamızı, azad insanları, azad millət, azad dünya xatirinə birlikdə sevək. Fransa dövləti torpaqlarımızın işğaldan azad olunmasında bizə kömək əlini uzatmalı, torpaqlarımızın geri qaytarılmasında bizə kömək də etməlidir. Axı, İvonna ananın oğlu və nəvəsi də,Qarabağ müharibəsi əlilləridir. Biz öz torpaqlarımız uğrunda vuruşuruq və İvonna ana, Qarabağ müharibəsini dəhşətlərini də görüb. Alman faşistləri Fransanı işğal edərkən, İvonnanın sevdiyi azərbaysanlı Səmməd adlı şəxs Fransa Müqavimət Hərəkatına fəal kömək edərək, partizan hərəkatına da qoşulur. O, ələ keçirdiyi silah və ərzağı partizanlara daşıyır. (bizə ilk müsahibəsində İvonna demişdi.) Qeyd edək ki, “Nassi baba” 07-09.12.2016-cı il Fransa dövlətinin təşəbbüsü ilə 3000 nəfər dövlət rəhbərləri və hüquq müdafiəçilərinin iştirakı ilə sammitə Azad Dövlət Təftişi sammitinə “Nassi baba”nı da dəvət edir. Amma, 72 yaşlı Ahıl Ziyalı səhhətinə görə həmin tədbirdə iştirak edə bilməyəcəyinə görə təəssüf edirik. Ədalətsizlik insan təbiətinin mahiyyətindədir. 86 yaşlı İvonna Botto Jan Şirməmmədova bir dəfə də olsun TV-lərdə nə mənim, nə Mehman Əliyevin, nə Nəsrulla Nəsrullayevin, nə Oqtay Güləliyevin, nə də ki, Pərvin İsmayılovanın adını çəkmədi. Soruşduqda mənə bildirdi ki, “yuxarı”dan tapşırılb ki, heç bir halda sizin adınızı çəkməyim, çünki müxalifətçisiniz. Qeyd edək ki, Ahıl Ziyalılara Qayğı İctimai Birliyi 23 aprel 1992-ci ildə Heydər Əliyevin müdafiə komitəsi yaranan vaxtlarda mitinqin təşkilatçısı olub. Mitinqi isə, əli silahlı Mütəllibovçular dağıdıb.

Məhbub Zülfüqarlı

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentlər siyasi məhbuslarla bağlı sualları necə cavablandırdı?

    Prezidentlər siyasi məhbuslarla bağlı sualları ...

    14-05-2014, 10:36

  • 
  • İmişli sakini ümidsizliyə düçar olub

    İmişli sakini ümidsizliyə düçar olub ...

    11-08-2016, 00:14

  • 
  • İqtisadiyyat üzrə Nobeli də fransız aldı

    İqtisadiyyat üzrə Nobeli də fransız aldı ...

    13-10-2014, 17:05

  • 
  • İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

    İmişlidə avtomobil aşıb, ölən və yaralanan var ...

    11-12-2013, 12:47

  • 
  • ŞOK XƏBƏR - İmişlidə intihar hadisəsi baş verə bilər

    ŞOK XƏBƏR - İmişlidə intihar hadisəsi baş verə ...

    26-10-2015, 20:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu