GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar

17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar

Tarix: 4-12-2013, 11:08 Bölmə :Ölkə Baxış: 592
17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar


Bakıda tikinti şirkəti tərəfindən bir mənzilin müxtəlif zamanlarda ayrı-ayrı şəxslərə satılmasına dair daha bir faktla bağlı müraciət daxil olub.

Bakı şəhəri, M. Hadi küçəsi ev 11, mənzil 44-də yaşayan İlqar Abdullayevin müraciətində bildirilir ki, 3 il əvvəl aldıqları mənzil başqa bir şəxsə satılıb:

“14 sentyabr 2010-cu il tarixdə mən tikinti fəaliyyəti ilə məşğul olan “Əzizbəy KM” MMC-dən Bakı şəhəri, Xocalı küçəsi, məhəllə 2347-48, mənzil 117 ünvanında birotaqlı mənzil almışam. Müqavilə imzalanan vaxt “Əzizbəy KM” MMC tərəfindən həmin mənzilin açarları mənə təqdim olunub və 3 il ərzində mütəmadi olaraq gedib baş çəkmişik. Təqribən 1 il bundan əvvəl mənzilin qapısını dəyişdirdik və açarların bütün nüsxələrini özümüzdə saxladıq. 2013-cü ilin 29 iyun tarixində mənim mobil telefonuma “Əzizbəy KM” MMC-nin işçiləri tərəfindən zəng edildi və bildirdilər ki, mənzillərə qaz çəkiləcək. Buna görə də açarın birini təcili onlara verməyimi istədilər. 2 iyulda açarın bir nüsxəsini onlara göndərdim”.

Ərizəçinin sözlərinə görə, oktyabrın 15-də mənzilə baş çəkdikləri zaman içəridə ustaların işlədiyini görüb:

“Xeyli təmir işləri görülmüşdü. Məlum oldu ki, məndən açarı alan kimi 09 iyul 2013-cü il tarixli müqavilə ilə mənzilimi başqa şəxsə satıblar. “Əzizbəy KM” MMC-nin hazırki direktoru Azad Həsənov ilə görüşdük və məsələyə aydınlıq gətirməsini istədik. O, müxtəlif bəhanələr gətirərək 1-2 gün vaxt istədi. Növbəti gün mən vəkilim Lətif Ağayev ilə Azad Həsənovun yanına getdik. O bildirdi ki, guya şirkətin əvvəlki rəhbərliyi mənzili mənə qeyri-qanuni satıb. Buna görə də Azad Həsənov həmin mənzili mənə heç bir xəbərdarlıq etmədən başqa şəxsə 2-ci dəfə satıb. Vəkilim ona bütün sənədlərin tamamilə qanuna uyğun olduğunu və ən azından şirkətin mənə xəbərdarlıq etməli olduğunu bildirdi.

Azad Həsənov isə dələduzluq yolu ilə məndən açarı alıb, mənzili tamamilə qeyri-qanuni olaraq 09 iyul 2013-cü il tarixli müqavilə ilə 2-ci şəxsə satıb və hal-hazırda qapının qıfılı dəyişdirilib. Biz hüquqi dövlətdə yaşadığımızı, baş verənlərin açıq-aşkar korrupsiya və dələduzluq faktları olduğunu Azad Həsənova bildirəndə o, heç kimdən qorxmadığını deyərək “gedin hara istəyirsiz şikayət edin” dedi”.

İ.Abdullayevin sözlərinə görə, həmin mənzil onun adına sənədləşdirilsə də, hərbçi olan qardaşı Abdullayev Cavid Binyət oğluna məxsusdur:

“Hərbiçilərin şəxsiyyət vəsiqəsi olmadığından mənim adıma sənədləşmə aparılıb. Qardaşım 17 ildir cəbhə bölgələrində xidmət edir və ailəsi hələ də kirayədə yaşayır”.

Qeyd edək ki, İ.Abdullayev məsələ ilə bağlı oktyabrın 18-də ərizə ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib:

“Lakin indiyə qədər heç bir tədbir görülməyib və mənzilin mübahisəli olduğuna, 2 nəfərə satıldığına baxmayaraq, orada 2-ci şəxs tərəfindən aparılan təmir işləri belə dayandırılmayıb. Mən mənzili 2010-cu ildə, ikinci şəxs isə 2013-cü ildə, yəni məndən 3 il sonra aldığına görə, həmin mənzil istənilən halda mənə verilməlidir. Mənə bildirilib ki, “Əzizbəy KM” MMC ilə bağlı 20-dən çox şikayət araşdırılır.

Maraqlıdır ki, Azad Həsənov bu qədər qanun pozuntusuna yol verdiyi halda bu gün də tam arxayındır. Hətta ondan mənim mənzilimdə aparılan qanunsuz təmir işlərinin istintaqın bitməsinə qədər dayandırılmasını xahiş edəndə o bildirdi ki, dayandırmayacaq. İndi isə təmir işləri sürətlə aparılır və məlumdur ki, ikinci şəxs tez bir zamanda mənzilə köçməyə tələsir.

Hüquq-mühafizə orqanları tərəfindən korrupsiya və dələduzluq hallarına qarşı ciddi mübarizə aparıldığı, korrupsiyaya qarşı aparılan tədbirlərin şəxsən ölkə Prezidentinin nəzarətində olduğu bir vaxtda Azad Həsənovun kimlər tərəfindən himayə olunduğu və onun kimə bu qədər arxayın olması çox təəccüb və təəssüf doğurur”.
AzNews.az
17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar
17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar
17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar
17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar
17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi

    “AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi ...

    16-04-2015, 12:15

  • 
  • Daha bir tikinti şirkəti dələduzluqda ittiham olunur

    Daha bir tikinti şirkəti dələduzluqda ittiham ...

    2-05-2016, 12:55

  • 
  • Bakıda köhnə mənzilin orta qiyməti: 113 162 dollar

    Bakıda köhnə mənzilin orta qiyməti: 113 162 dollar ...

    27-05-2013, 17:25

  • 
  • Məhkəməyə şikayət etdi, 3541 manat kommunal xidmət pulunu geri aldı

    Məhkəməyə şikayət etdi, 3541 manat kommunal ...

    29-06-2016, 15:45

  • 
  • Tovuzda mənzil yanıb

    Tovuzda mənzil yanıb ...

    7-01-2016, 11:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu