GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Xaləddin İsgəndərov da təqsirli bilinməlidir”

“Xaləddin İsgəndərov da təqsirli bilinməlidir”

Tarix: 9-12-2016, 13:19 Bölmə :Ölkə Baxış: 476
“Xaləddin İsgəndərov da təqsirli bilinməlidir”

Yanan bina işində təqsirləndirilən şəxsin vəkilindən sərt ittiham

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işinin 13-cü cildindı olan sənədlər elan edilib. Həmin cilddə olan şahidlərin ifadəsi yer alınıb. Şahid Tural Məmmədovun istintaqa verdiyi ifadəsi elan edilib. O istintaqa ifadə versə də, məhkəmədə ifadə verməyib. O ifadəsində qeyd edib ki, Azadlıq prospektində binaların üzlənməsinə nəzarət üzrə sahə rəisi olub. Şahid qeyd edib ki, binada görülən işlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinin işçiləri yoxlama aparıb.

Cinayət işinin 14-cü cildində olan Binəqədi İcra Hakimiyyətinin rəhbərliyinin baş prokurorun 1-ci müavini Rüstəm Usubova ünvanladığı məktub elan edilib. Məktubda qeyd olunub ki, icra hakimiyyətinin 1-ci müavini Qüdrət Seyfullayev sərəncama çıxarılıb. Daha sonra məktubda müxtəlif illərdə icra hakimiyyətinin müavinlərinin işə götürülməsi və çıxarılması haqqında məlumat verilib.

Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, prokurorun məktubun ikinci bəndini elan etməsi barədə israr etməsi məqsədyönümlü xarakter daşıyır: “Məqsəd isə Qəzənfər Novruzovun vəzifə səlahiyyətlərindən sui istifadə etməsi barədə ittihamı sübut etməkdən ibarətdir”.

Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova bildirib ki, şirkətdən işlərin təhvil-təslimini Qüdrət Seyfullayevlə aparılıb: “Qüdrət Seyfullayev hər bir işin qaydasında olduğunu deyib. Amma bununla bağlı onun barəsində tədbir görülməyib”.

Daha sonra FHN-nin Baş Prokurorluğa ünvanladığı məktub açıqlanıb. Bildirilib ki, “Qlobal Stone” MMC və “Global Construction” MMC-nin Hökməli qəsəbəsində politüranların istehsalat sexinə baxış keçirilib. Baxış zamanı materiallar yanan məhsullar qrupuna aid olduğu müəyyən olunub.

Binəqədi İcra başçısı Xaləddin İsgəndərovun baş nazirin müavini Abid Şərofova göndərdiyi məktub elan edilib. Sənədlərin tədqiqi mərhələsində yanğınən baş verdiyi rayonun icra hakimiyyətininin rəhbər şəxslərin vəzifələri, onların tutduqları psota uyğun olaraq səlahiyyətləri elan olunub. Yanğına görə həbs edilən şəxslərdən olan Binəqədi rayon icra başçısının müavini olmuş Qəzənfər Novruzovun səlahiyyətləri elan olunarkən onun vəkili etiraz edib.

Vəkil qeyd edib ki, əgər yanğın baş verən binada aparılan işlərə, görülən işlərin keyfiyyətinə və təhvil-təslimində Qəzənfər Novruzov təqsirli bilindiyi qədər icra başçısı Xaləddin İsgəndərov da təqsirli bilinməlidir.

Vəkil bunu onunla izah edib ki, hüquqlarını müdafiə etdiyi Q.Novruzovdan əvvəl səlahiyyətli şəxslər icra başçısı və digər vəzifəli məmurlardır. Bu səbəbdən də günahkar şəxs kimi Q.Novruzovun göstərilməsi doğru deyil.

Məhkəmədə sənədlərin tədqiqi zamanı vəkillər FHN-nin binada aparılan təmir işləri ilə bağlı verdiyi rəyləri, binaların üzlənməsində istifadə olunan poliuretan məhsulların yanan material olmaması və daha sonra qismən yanan material olması ilə bağlı verilən rəyləri imzalayan şəxslərin məhkəməyə gətirilməsi və dindirilməsini tələb ediblər.

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova çıxışında bildirib ki, sənədlərdə FHN-nin icra başçısı Xaləddin İsgəndərova ünvanladığı məktublar saxtadır: “FHN-nin nazir müavininin Xaləddin İsgəndərova ünvanlanan məktubda qeyd edilir ki, 2012-c ildən 6 məktub göndərilib və guya həmin məktublarda poliuretanla üzlənən binalarda təhlükənin olduğu göstərilir. Məktublarda guya yanğın siqnalının daxil olduğu, buna görə də binaların ətrafında növbətçiliyin təyin olunması istənilir. Ancaq qeyd edilən məktubların heç biri icra hakimiyyətində çəktubların qəbulu jurnalında qeydə alınmayıb. Həmin məktublar saxtadır və məsuliyyətdən yayınmaq üçün yazılıb”.

Prokuror Fərid Nağıyev isə qeyd edib ki, nazir müavini tərəfindən imzalanan məktubun saxtalaşdırılması mümkün deyil: “Bu məktubların kimlərinsə, məsuliyyətdən yayınması məqsədi ilə yazılması haqda səsləndirilən fikirlər əsassızdır. Digər şəxslərlə bağlı da iş ayrılıb və əgər onların da günahı sübuta yetirilərsə, məsuliyyətə cəlb olunacaqlar”.

Proses dekabrın 6-da davam edəcək.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib”

    “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib” ...

    28-11-2016, 21:17

  • 
  • “MTN əməkdaşları ofisimə basqın etdi”

    “MTN əməkdaşları ofisimə basqın etdi” ...

    11-11-2016, 12:24

  • 
  • “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib”

    “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib” ...

    23-11-2016, 14:15

  • 
  • “Biz ilkin verilən məhsullara görə belə rəy vermişik”

    “Biz ilkin verilən məhsullara görə belə rəy ...

    28-10-2016, 22:57

  • 
  • Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi

    Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi ...

    12-10-2016, 19:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu