Yanan bina ilə bağlı qurulan məhkəmədə yeni faktlar açıqlandı
Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. “Gündəm Xəbər”in müxbiri bildirir ki, Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə əlavə şahid qismində Namiq Əliyev ifadə verib. Bildirib ki, “Global Construction” MMC-də 2007-ci ildən texniki şöbənin rəis müavini işləyib. Qeyd edib ki, sonradan şirkətdə dizayn şöbəsinin rəisi təyin olunub. Onun sözlərinə görə, işə götürüləndə ilki iki ay ərzində sınaq müddəti ilə işləyib: “Şirkətimizin işləri beynəlxalq standartlara uyğun həyata keçirilib. İşlərimizin keyfiyəti həm ofisdə, həmdə sahələrdə ciddi yoxlanılırdı”. Şahid bildirib ki, şirkətin həmtəsisçiləri Miryusif müəllim və Hüseynbala müəllim olub: “Şirkətdə təsisçiləri görməmişəm. Ümumiyyətlə təsisçilər bizə göstəriş verməyib. Onları ancaq tədbirlərdə görmüşük”. Namiq Əliyev bildirib ki, yanğın baş verən zaman ofisdə olub: “Sonra ofisdən çıxaraq hadisə yerinə yollandım. Ofisə həmin gün qayıtmamışam. Buna səbəb isə eşitdim ki, ofisə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib, ora heç kimi buraxmırlar”. Şahidin sözlərinə görə, şirkət olaraq binaların üzlənməsi ilə yanaşı işıqlandırılma işlərini də həyata keçiriblər. O qeyd edib ki, hadosədən sonra Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Istintaq Şöbəsinə çağırılaraq dindirilib. Proses noyabrın 23-də davam edəcək. Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Gi tr Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?