GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kişiləri soyundururlar, ehtiyatlı olun…

Kişiləri soyundururlar, ehtiyatlı olun…

Tarix: 9-12-2016, 14:09 Bölmə :Ölkə / Maraqlı Baxış: 581
Kişiləri soyundururlar, ehtiyatlı olun…

İnternetdəki cinayətkar şəbəkə Azərbaycana keçdiyindən, Son bir ildə cinayətkar şəbəkənin toruna düşən 4 nəfər intihar edib.


Bir müddət əvvəl sosial şəbəkələrdə istifadəçilərini intim videogörüntüləri ilə şantaj edən cinayətkar qrupun fəaliyyət göstərməsi bardə məlumat yayılmışdı.
Artıq cinayətkar şəbəkənin toruna Azərbaycandan olan internet istifadəçiləri də düşüb.
Mərakeş, Filippin və Kot-d`İvuardan olan cinayətkar qruplaşmalar internetdəki tanışlıq saytlarında, sosial şəbəkələrdə, xüsusilə də Facebook və Linkedİn-də qadın adlarına saxta profillər yaradır, “dostluq” yollayırlar.
Cinayətkar şəbəkə üzvləri ilk növbədə tora salmaq istədikləri istifadəçilərin profillərinə göz gəzdirirlər. Onlar profil istifadəçisinin böyük şirkətlərdə və ya hər hansı ictimai nüfuzlu bir vəzifədə işlədiyini gördükdə ona dostluq göndərirlər. Daha sonra istifadəçilərə görüntülü zəng vurub, onu intim hərəkətlər etməyə təhrik edirlər. Həmin vaxt görüntülər xüsusi proqramlar vasitəsilə qeydə alınır.
Sonra «Facebook» istifadəçi kişilər şantaj olunur, bu görüntülərin onun ailə üzvlərinə, tanışlarına, çalışdığı yerə göndəriləcəyi deyilir. Ardınca konkret tələb gəlir: “Əgər bunu istəmirsənsə, bizə pul ödəməlisən”.
Azərbaycanda «Facebook» sosial şəbəkəsinin istifadəçiləri “çılpaq şantaj ovu” tələsinə bir necə nəfər düşüb. "Qurbanlar" arasında adi istifadəçilərlə yanaşı cəmiyyətdə xüsusi statusa sahib olan şəxslər də var.

Kişiləri soyundururlar, ehtiyatlı olun…

Cinayətkar şəbəkə üzvünə məxsus profil

Azərbaycanda cinayətkar qrupun tələsinə düşənlərdən biri (adını etik qaydalara zidd olduğu üçün açıqlamırıq) əməkdaşımızla söhbətində deyib ki, şəbəkə qadınlardan təşkil olunub.
«Mən daimi «facebook» istifadəçisiyəm. Hər gün olduğu kimi «facebook»a daxil oldum və mənə xarici ad və soyadlı bir xanımın dostluq atdığını gördüm. Xanımın dostluğunu qəbul etdim. Bir neçə saat sonra həmin xanım mənimlə yazışmağa başladı. O, birinci ingilis dilində yazdı. Mənim ona cavab yazmadığımı görəndə Azərbaycan dilində yazmağa başladı. Bizim dildə yaxşı yaza bilmirdi. Sanki hansısa tərcümə proqramından istifadə edirdi. Mən onun yazdıqlarını çətinliklə anlayırdım».

Kişiləri soyundururlar, ehtiyatlı olun…

Kaira Tehdourou - Azərbaycanlı gəncə intim təklif edən cinayətkar şəbəkə üzvü


Şikayətçinin sözlərinə görə, xanım biraz yazışdıqdan sonra onunla intim söhbətlər etmək istədiyini deyib.
«Mən xanımın hansısa cinayətkar qrupun üzvü olduğunu bilmirdim. Onun intim söhbətlərinə razılıq verdim. Bir müddət danışdıqdan sonra «facebook» vasitəsi ilə mənə görüntülü zəng etdi. Mən də adi bir zəng olduğunu düşünüb, görüntünü açdım. Kamerada bir xanımın yataq otağında kameranın qarşısında yarıçılpaq vəziyyətdə uzandığını gördüm. O, məndən işarələr vasitəsi ilə soyumağımı istəyirdi. Görüntü tamamilə səssiz idi. Mən isə ehtirasımın qurbanı olaraq qızın mənə təklif etdiklərini həyata keçirməyə başladım».
Cinayətkar şəbəkənin toruna düşən şəxs bildirib ki, tamamilə soyunub, intim hərəkətlər etdikdən sonra videogörüntü kəsilib. «Mən nəyin baş verdiyini bilmədim. Hər şey bir anın içərisində oldu. Bir neçə dəqiqədən sonra mənə həmin profildən video göndərildi. Videoya baxıb özümü çılpaq görəndə şoka düşdüm. O an başa düşdüm ki, bu hansısa şantaj şəbəkəsinin işidir».
Şantaj edilən şəxsə yazan xanım ondan pul tələb edib. «Məndən kart hesabına 1000 dollar pul köçürməyimi tələb etdi. Pulu köçürməyəcəyim təqdirdə isə videogörüntüləri yayacağını dedi. Göndəriləcək pulun xeyriyyə fondlarından birinə yönləndiriləcəyini bildirdi. İndi mən çıxılmaz vəziyyətdə qalmışam. Az qalıram özümü öldürəm. Çünki bu videolar ortaya çıxsa, mənim ailə və ictimai nüfuzuma xələl gələcək. Pulu da göndərmək istəmirəm. Çünki pul karta oturan kimi daha çox istəyəcək. Videonu siləcəyinə əmin deyiləm».
Azərbaycanlı «qurban» sosial şəbəkə istifadəçilərini diqqətili olmağa çağırır. «Sosial şəbəkə istifadəçiləri hər profildən gələn dostluğu qəbul etməsinlər. İlk növbədə profilin istifadə müddətinə baxsınlar. Çünki yeni açılan xarici soyadlı qız profilləri ilə gələn dostluqların əksəriyyəti həmin şəbəkə üzvlərinə məxsudur».

Bəzi hallarda isə cinayətkar qrup üzvləri istifadəçiləri "facebook" vasitəsi ilə elektron ünvanlarına dəvət edirlər. Dəvətə qarşılıq verən istifadəçi elekron ünvan vasitəsi ilə də "qurbana" çevrilə bilər.
Qeyd edək ki, cinayətkar şəbəkə üzvləri niyyətlərinə nail olmadıqlarını gördükdə profillərin fəaliyyətini dayandırırlar.

Cinayətkar şəbəkəyə məxsus "facebook" profili


Ümumiyyətlə belə "qurban" ların sayı artsa da hüquq-mühafizə orqanlarına müraciət edən şəxslər barədə məlumat yoxdur. Məlumata görə, şantaj edilən şəxslər polisə müraciət etdikləri halda cinayətkar şəbəkə üzvlərinin qıcıqlanıb, görüntüləri yaya biləcəyindən qorxur.

Amma bu şəbəkə ilə bağlı Britaniyanın Milli Kriminal Agentliyi (National Crime Agency) internetdə tanışlıqdan sui-istifadə edən və şantaj üçün bəhrələnən, “çılpaq şantaj ovu” adlanan prosesin genişləndiyini bəyan edib. Sadəcə Britaniyada son bir ildə bu cinayətkar şəbəkənin toruna düşən 4 nəfər intihar edib.
Onlar mütəxəssislərin “sextortion” adlandırdıqları şantaja, hədə-qorxulara dözməyiblər, rüsvay olacaqlarından qorxublar.

Malik

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cinayətkar ATV-nin əməkdaşını döydü

    Cinayətkar ATV-nin əməkdaşını döydü ...

    13-11-2013, 14:38

  • 
  • Deputatlığa namizədlər arasında 300 cinayətkar aşkarlandı

    Deputatlığa namizədlər arasında 300 cinayətkar ...

    12-02-2014, 17:20

  • 
  • 32 cinayətkar tutuldu

    32 cinayətkar tutuldu ...

    26-12-2012, 13:20

  • 
  • 3 nəfərdən ibarət cinayətkar dəstə tutuldu

    3 nəfərdən ibarət cinayətkar dəstə tutuldu ...

    4-12-2015, 18:34

  • 
  • "Facebook" istifadəçilərinə xəbərdarlıq etdi

    "Facebook" istifadəçilərinə xəbərdarlıq ...

    28-11-2014, 00:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu