Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan sakinlər “Gündəm Xəbər”ə ünvanladıqları müraciətlərində bildirirlər ki, “biz uzun müddətdir ki, yeni tronsfarmatorumuzun olması arzusu ilə yaşayırıq. Buna səbəb, biz sakinlər elektrik enerjisi ilə təminatımızın daha yaxşı təmin olunması üçün, hələ xeyli müddət bundan bu işlə məşğul olan və sonrakı fəaliyyətləri əksəriyyətə qaranlıq qalan “AZENCO”ASC-nin, aidiyyəti qurumlara vermiş olduğu cavab məktubunun varlığıdır. Çünki, biz adı çəkilən cəmiyyətə müraciət etmişdik və həmin cəmiyyətdə, qeyd ounan ərazidə tronsformator qoyacaqlarını bildirmişdilər. Amma günlər, aylar birbirini əvəz etsə də, nə həmin transformatordan xəbər çıxdı, nə də ki, “AZENCO”ASC-nin fəaliyyətindən soraq eşidildi. Yəqin ki, bizim müraciətimiz aidiyyəti qurumların diqqətinə çatdırılacaq və “Azərişıq” ASC-nin rəhbərliyi müvafiq addımını da atacaq”. “Gündəm Xəbər”ə daxil olan müraciətlə bağlı açıqlamanı dərc etməyi, sakinlərin istəklərini aidiyyəti üzrə çatdırmağı özümüzə borc bildiyimizdən, belə bir açıqlamanı dərc etdik. İnanırıq ki, problemin varlığına cavabdehlik daşıyan qurumlar çoxsaylı Qubu qəsəbə sakinlərinin müraciətlərini nəzərə alıb, müvafiq addımlarını da atacaqlar. Problemin varlığını diqqətdə saxlayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?