“Qaçqınkom” sədri Əli Həsənov və komitə rəsmiləri maraqlanmır ki, qarda-çovğunda, şaxtalı havada 11 ailə qarajda necə gecələyir
Xırdalan şəhərində məcburi köçkünlərin yaşadığı binanın dam örtüyü gecə yarısı başlayan güclü külək nəticəsində dağılıb. Bu barədə redaksiyamıza binanın sakinləri xəbər verib. Bu dağıntı nəticəsində elektrik və qaz infrastrukturuna ciddi ziyan dəyib. 11 ailə gecədən bəri evlərinə daxil ola bilmir, heç kim gəlib onlarla maraqlanmır. İşıq, qaz bərpa olunsa da, damları hələ də yararsız vəziyyətdədir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron nümayəndəsi Vidadi İsayev məsələ ilə bağlı qeyd olunan komitəyə yazılı şəkildə müraciət etsə də, heç bir tədbir görülməyib. Artıq məcburi köçkünlər onlar 37 saylı təmir tikinti idarəsinin qarajlarında yaşamaqdan beziblər və normal mənzillərlə təmin olunmaq istəyirlər.
“Qaçqınkom” sədri Əli Həsənov və komitə rəsmiləri maraqlanmır ki, qışın bu sazağında, qarda-çovğunda, şaxtalı havada 11 ailə qarajda necə gecələyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?