GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Maral”da yaşanan müsibətlər

“Maral”da yaşanan müsibətlər

Tarix: 21-12-2016, 14:46 Bölmə :Ölkə Baxış: 637
“Maral”da yaşanan müsibətlər

Odur ki, həmin ünvanın üst hissəsinə “Maral restoranı” deyil, “Maral əxlaqsızlıq ünvanı” adı yazılsa, yəqin ki, daha yaxşı olar
Suraxanı rayonu Zığ şosesinə yaxın ərazidə fəaliyyət göstərən “Maral” əxlaqsızlıq yuvasının, rayonun xəlvəti bir məkanında yerləşməsi, zaman-zaman müzakirələrə də səbəb olub. Çünki gözdən uzaq, könüldən qıraq bir ərazidə yerləşən bu obyekt, fəaliyyət imkanlarına görə digər obyektlərdən fərqlənməkdədir. Bunu zəruri edən bir çox səbəblər var ki, həmin səbəbləri də əsas tutan müştərilər, əksər hallarda “Maral”a üz tuturlar. Obyektin çoxsaylı qanunsuzluqlarla bağlı fəaliyyəti haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, adı çəkilən ünvan iki mərtəbəli və gözəgəlimli bir obyektdir. Ərazidə yaşayan sakinlərdən bir qədər aralı məsafədə yerləşən və bəzən fəaliyyəti nəzər-diqqətdən kənarda qalan bu obyekt, əksər hallarda ictimai qınaqdan da kənarda qala bilir. Buna da səbəb, yuxarıda qeyd etdiyimiz kimi obyektin xəlvəti bir ərazidə yerləşməsidir. Amma, elə hallar da olub ki, ətraf ərazidə yaşayan sakinlərin obyektin fəaliyyəti ilə bağlı narazılıqları “pik nöqtə”yə də çatıb.
“Maral”ın fəaliyyəti ilə bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə onu da bildirir ki, müştərilər ora daha çox axşamçağı üz tuturlar. Bunu zəruri edən səbəblərdən ən əsası, adı çəkilən obyektdə lazımi şəraitin olması və təhlükəsizliklə bağlı hər cür addımların atılmasıdır. Hətta, verilən məlumatlarda o da vurğulanır ki, “Maral”a yüksək çinli vəzifə sahiblərindən biri “krışa”lıq edir. Belə bir səbəblər üzündəndir ki, adı çəkilən ünvan bu gün də fəaliyyət göstərməkdədir. “Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, həmin ünvana obyektin əsl sahibi olmayan Müşfiq adlı şəxs rəhbərlik edir və çox zaman onu iş başında tapmağın özü də, müşkül məsələyə çevrilir. Yəni, idarəçiliyi mobil telefonla həyata keçirən bu şəxs, hansı addımların atılmasını, müştərilərlə necə davranmağın qaydalarını və s. ilk öncədən orada çalışan işçilərə bir tapşırıq olaraq verir. Onu da vurğulayaq ki, adı çəkilən ünvanda müştərilərə azyaşlı qızlar da təklif olunur ki, bu da müştərilər üçün olduqca rahatlıq əmələ gətirən amillərdən birinə çevrilir.
Ümumiyyətlə, "Maral"a üz tutanlar istirahətlərini müxtəlif yaş həddində olanlarla keçirir ki, belə bir addımlar da “Maral”ın adını dillər əzbəri etməkdədir. Hələ bir müddət bundan əvvəl adı çəkilən ünvanda olmağımız, bizi bir çox mətləblərdən də agah etdi. Məslən, onu da dəqiqləşdirə bildik ki, bu əxlaqsızlıq yuvasında bir otaqdan üç saatlıq istifadəyə görə təqribən 30-40 manat, sutkalıq istifadəyə görə isə, 50-60 manat pul alınır. Restoran adı ilə tanınan obyektin həyətində olmağımız və müəyyən müşahidələrimizi aparmağımız, hətta bizi bilmədiyimiz mətləblərdən də xəbərdar etdi. Görüb onu da dəqiqləşdirə bildik ki, “Maral”a gələnlərin əksəriyyəti “zerkalnı” nömrəyə sahib olan müştərilərdir. Onlar ora gələrkən ya azyaşlı qızlarla gəlirlər, ya da ki, restoran əməkdaşlarının təklif etdikləri “xanım”larla istirahətlərini başa vururlar. Müştəri bolluğunun yaranmasına əsas səbəb isə, yuxarıda qeyd etdiyimiz kimi obyektin xəlvəti bir ərazidə yerləşməsidir. Buna görə də imkanlı şəxslər, mühüm vəzifə sahibi olanlar ora üz tutarkən bir növ arxayın olurlar. Apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə etmişik ki, obyektə sahiblik edən Müşfiq adlı şəxs hər bir işçiyə dönə-dönə tapşırır ki, bir kimsə kənara hər hansı məlumatı ötürməsin. Gündəlik çörəkpuluna işləyən və “çörək ağacının” itirilməsindən ehtiyat edənlər də, verilmiş tapşırıqlardan ehtiyatlanaraq hər hansı addımlarını atmırlar. Bax belə bir yollarla müştərilərlə bağlı tam təminat yaradılır və adı çəkilən ünvanda hər cür iyrənciliyə qol qoyulur.
Diqqəti bir məqama da yönəldək ki, adı hallanan obyekt restoran adı ilə məşhurdur. Bu da əksər hallarda müəyyən ziddiyyətlərin əmələ gəlməsinə də səbəb olur. Məsələn, tutaq ki, həmin əraziyə yaxın məsafədə yaşayan, yaxud da obyektin belə bir yöndə fəaliyyəti ilə ümumi məlumatı olmayan bir kimsə, öz yaxını və yaxud da ailəsi ilə ora üz tutur. Çünki, həmin şəxs obyektin üstündə “Maral restoranı” sözünü oxuyub və onun təsəvvüründə ora restoran olaraq qəbul edilib. Tutaq ki, həmin şəxs restoran deyə təsəvvür etdiyi obyektə ailəlikcə gəlir və bir anlığa olub-keçənləri gördüyündən sanki şoka da düşür. O halda nələr baş verər? Odur ki, həmin ünvanın üst hissəsinə “Maral restoranı” deyil, “Maral əxlaqsızlıq ünvanı” adı yazılsa, yəqin ki, daha yaxşı olar.
Bütün bunlardan əlavə, obyekt Suraxanı rayonu ərazisində yerləşsə də, nədənsə obyektin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı, bu günə kimi yerli hüquq-mühafizə orqanı əməkdaşları lazımi addımlarını ata bilməyiblər. Təqribən 2005-ci ildən fəaliyyətə başladığı bildirilən obyekt, ötən illər ərzində təlatümlü anlarını da yaşayıb. Məsələn, eşidib bilmişik ki, ötən illər ərzində sakinlərdən bir qədər aralı məsafədə yerləşən “Maral”ın fəaliyyətinin dayandırmasını, ətraf ərazidə yaşayanlar israrla tələb ediblər. Amma, son anda istəklərinə çata bilməyiblər. Buna da əsas səbəb, obyekt sahibinin hüquq-mühafizə orqanı əməkdaşları ilə “dil tapması” olub.
P.S. Hörmətli oxucular! “Maral”la bağlı araşdırmalarımızı davam etdirəcəyik. O halda hər kəs bilib başa düşəcək ki, adı çəkilən bu obyektdə nələr baş verir? Obyekt vergi ödəyicisi olsa da, kassa aparatından istifadə olunmaması və belə bir addımların müqabilində hansı şərtlərin razılaşması barədə də açıqlamalar dərc edəcəyik.
Qarşı tərəfi də dinləyə bilərik.

Akif

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi

    “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi ...

    21-06-2015, 07:42

  • 
  • Müğənni Maral Tahirqızı məhkəmə zalında həbs edilib

    Müğənni Maral Tahirqızı məhkəmə zalında həbs ...

    21-05-2015, 23:39

  • 
  • Qız Xırdalanda avtobus dayanacağında "maral, maral"  oynadı-VIDEO

    Qız Xırdalanda avtobus dayanacağında "maral, ...

    24-06-2013, 01:26

  • 
  • Daxili İşlər Naziri cənab Ramil Usubova

    Daxili İşlər Naziri cənab Ramil Usubova ...

    3-06-2015, 12:13

  • 
  • Azərbaycanda Şaxta babalar da “Maral” oxuyur (VİDEO)

    Azərbaycanda Şaxta babalar da “Maral” oxuyur ...

    28-12-2013, 03:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu