GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kəmaləddin Heydərova ağır ittihamlar

Kəmaləddin Heydərova ağır ittihamlar

Tarix: 8-05-2013, 22:34 Bölmə :Ölkə Baxış: 1 142
Kəmaləddin Heydərova ağır ittihamlar
İlham Əliyevə müraciət edən məhbus övladları «fövqəlnazir»i həbsin sifarişçisi kimi göstərib

2008-ci ildə həbs edilərək 11 il azadlıqdan məhrum edilən Raquf Hidayətovun övladları ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayıb. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.
Xatırladaq ki, bundan əvvəl də Raquf Hidayətov fövqəladə hallar naziri Kəmaləddin Heydərova məktub yazmışdı. Həmin məktub da mediada dərc edilmişdi. Raquf Hidayətovun Kəmaləddin Heydərova məktub yazmasının səbəbi isə onu həbs etdirən “Azərtikinti” servisin rəhbəri Bağır Muradovun “fövqəlnazir”ə yaxın olmasıdır. Raquf Hidayətovun övladları Ilham Əliyevə yazdıqları müraciətdə bu məsələyə diqqət çəkir və atalarının həbs olunmasının təfərrüatlarını ölkə başçısının diqqətinə çatdırırlar. Kifayət qədər ilginc məqamların yer aldığı müraciəti oxuculara təqdim edirik:
“Hörmətli prezident, mənim atam Hidayətov Raquf Xosrov oğlu 2-ci qrup əlil şəkər xəstəsidir. 2008-ci il 21 iyulda həbs olunaraq Bakı şəhər 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Ailəmizin başına gələn bu hadisənin səbəbkarı Bakı şəhər ”Azərtikinti" servisin direktoru Bağır Muradovdur.
Nəzərinizə çatdırım ki, atam Bağır Muradov tərəfindən Ağdam rayon sosial yardım fondunun binasının tikilməsində sahə rəisi vəzifəsinə təyin olunub. Atam tikintidə istifadə olunan materialları tikintiyə ayrılan pul gələnə kimi satış mərkəzlərindən nisyə olaraq öz adına götürürdü. Bir müddətdən sonra demək olar ki, tikintinin 70 faizi başa çatdıqdan sonra Bağır Muradov qəfildən atamı işdən uzaqlaşdırdı. Atam bunun səbəbini soruşduqda Bağır Muradov deyib ki, tikinti yararsız aparılıb. Bu bəhanədən sonra atam Bağır Muradova nisyə götürdüyü materialların pulunu və fəhlələrin əmək haqlarının ödənilməsini xahiş edib. Bağır Muradov isə cavabında “Bakıya gələrsən söhbət edərik” deyib. Birinci dəfə atam onunla görüşəndə “get sonra gələrsən pulu verəcəyəm” deyib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bağır Muradov Hər dəfə atamı aldadaraq yola salıb. Yeri gəlmişkən, Bağır Muradov Azərbaycanın nüfuzlu şirkətlərindən olan “Gilan Holdinq”in prezidentinin qardaşıdır. O, Həm də özünü FHN Kəmaləddin Heydərovun yaxın qohumu, əmisi kimi tanıdıb. Atam Bağır Muradovun hər dəfə onu aldatdığını görüb fövqəaldə hallar naziri Kəmaləddin Heydərova pulun verilməməsi ilə bağlı teleqram ünvanlayıb. Amma bunun də nəticəsi olmayıb. Bundan sonra atam yenidən fəhlələrin haqqını və tikinti materiallarının pulunun ödənilməsi üçün o zaman tikinti nazirliyində müavin vəzifəsində çalışan Ağalar müəllimlə görüşüb məsələni ona danışıb. Ağalar müəllim də məsələ ilə bağlı Bağır Muradova zəng edib. Onun zəngindən sonra Bağır Muradov yenidən atamı öz ofisinə çağırıb. Bağır Muradovun ofisinə getdikdə o, tikintiyə ayrılmış 100 min manatlıq sənədi atama göstərib deyib ki, bu sənədə qol çəkəndən sonra (guya bu məbləğ tikintiyə sərf olunub) tikinti materiallarına və fəhlələrə olan 27 min manat borcu götürə bilərsən. Atam buna etiraz edib. Deyib ki, mən bu pulları sərf etməməmişəm, ona görə də sənədə qol çəkən deyiləm. Bağır Muradov da atama deyib ki, o zaman bir qəpik də almayacaqsan. Əlavə edib ki, kimə istəyirsən şikayət elə, mənə heç kim heç nə edə bilməz, sənin nəslini kəsərəm. Daha sonra o atamı təhqir edərək otaqdan çıxmağı əmr edib. Bundan sonra isə Yasamal rayon prokurorluğunda atama bıçaqlanmayla bağlı cinayət işi açılıb. Muradovun işçilərindən ibarət yalançı şahidlər təşkil olunub. Istintaq Kəmaləddin Heydərovun sifarişilə ədalətsiz olaraq aparılaraq atama qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Sonra da məhkəmə sifarişlə atamı 11 il azadlıqdan mərhum edib.
Hakim hökm çıxararkən atamın nə birinci məhkumluğunu, nə ziyalı olmasını, nə də 2-ci qrup əlil olmasını nəzərə alıb. Apelasiya və Ali məhkəmələr də sifarişlə hökmü qüvvədə saxlayıb.
Hörmətli prezident, mənim atam Bağır Muradovun zindanında yatan məhbusudur. Ağdam rayon sosial yardım fondunun binasında istifadə olunan materialların pulunun bir hissəsini evimizi banka girov qoyaraq ödəmişik. Peşman da deyilik. Başımıza gələn bu ağır hadisədən sonra anamız atamızın dərdinə dözməyərək dünyasını dəyişdi. Bu 4 il ərzində sizə yüzə yaxın məktub göndərməyimizə baxmayaraq (hələ də göndəririk) heç birinə cavab gəlməyib. Onun üçün dedik heç olmasa prezidentimiz, xalqımız Azərbaycanda, Bərdədə yaşayan bir ailənin acısını, iztirabını mətbuatdan oxusun.
Hörmətli prezident, Murad Bağırovun məhbusu olan atamız Hidayətov Raquf Xosrov oğlunu əfv etmənizi xahiş edirik. Əgər bu da mümkün olmasa, o zaman bəzi ədalətsiz məmurların əlindən bu ölkənin vətəndaşlığından çıxıb hər hansı bir ölkəyə getməyimizə kömək edin".
Raquf Hidayətovun övladları qəzetimiz vasitəsilə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə də müraciət edərək onlardan dəstək istəyirlər.

Tahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putindən İlham Əliyevə təbrik məktub

    Putindən İlham Əliyevə təbrik məktub ...

    23-12-2014, 14:02

  • 
  • Fazil Məmmədov iş adamlarını həbs etdirdi - siyahı

    Fazil Məmmədov iş adamlarını həbs etdirdi - siyahı ...

    11-12-2015, 03:19

  • 
  • "Fövqəlnazir"lə bağlı müdhiş plan

    "Fövqəlnazir"lə bağlı müdhiş plan ...

    8-12-2012, 10:51

  • 
  • Barak Obama İlham Əliyevə məktub ünvanlayıb

    Barak Obama İlham Əliyevə məktub ünvanlayıb ...

    8-07-2016, 23:03

  • 
  • Samir Şərifov "fövqəlnazir"i təftiş edir

    Samir Şərifov "fövqəlnazir"i təftiş edir ...

    18-04-2013, 10:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu