Məmur hədyanlığı etiraz aksiyasına səbəb olub Xudatda etiraz aksiyaları başlayıb. Aldığımız məlumata görə rayonda gərginlik yaşanır. Etiraza səbəb isə yenə də məmur özbaşınalığıdır. Rayondan aldığımız məlumata görə Sərhəd Qoşunlarının Rövşən adlı komandiri Xudat yolunda avtoqəza törədib. Səbəbkarın özünün olmasına baxmayaraq hərbiçı maşından düşərək nalayiq ifadələr işlədib. Qəza iştirakçısı olan digər avtomobildə ailə, qadın uşaq olması da ona təsir etməyib. Ətrafdakılar buna etiraz etdikdə isə hərbçı təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları daha da qızışdırıb və əhali baş verənlərə etiraz olaraq rayon mərkəzinə axışıb. Hazırda rayon mərkəzində etiraz aksiyası keçirilir. İcra başçısı da hadisə yerindədi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?