GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hakimiyyətin aldatdığı müəllimlər ordusu

Hakimiyyətin aldatdığı müəllimlər ordusu

Tarix: 10-05-2013, 12:49 Bölmə :Ölkə Baxış: 1 637
Hakimiyyətin aldatdığı müəllimlər ordusu
Təhsil və səhiyyə müəssisələrində çalışanlara xüsusi dövlət qulluqçusu statusunun verilməsi haqda vədin 3 ili tamam olur
«Müəllimlərin məvacibi diqqətdə saxlanılacaq!» – yeni təhsil naziri Mikayıl Cabbarovun bu sözləri Azərbaycan prezidentinin 2011-ci il 20 aprel tarixli sərəncamını yada saldı. Həmin sərəncamla dövlətin təhsil və səhiyyə müəssisələrində çalışanlara xüsusi dövlət qulluqçusu statusunun verilməsinə yaşıl işıq yanırdı. Bundan ötrü ayrıca Konsepsiya layihəsi hazırlanmalıydı. Azı 3 il ötüb. Bəs həmin konsepsiyadan nə xəbər var?
Bakı şəhər 49 saylı məktəbin keçmiş ədəbiyyat müəllimi Xavər Qəhrəmaninin 50 illik iş təcrübəsi var. O, 200 manat təqaüd aldığı üçün özünü həmkarlarına nisbətən daha şanslı sayır. Deyir yaxşı ki, 40 il müəllimlik, ondan əvvəl də 10 il başqa işlərdə təcrübəm var, yoxsa təqaüdüm 80-100 manatdan çox olmazdı. Yaşı 65-i ötdüyündən Xavər müəllimə 2011-ci ildə məktəbdən çıxarılıb. İşdən çıxması bir yana, çoxdan gözlədiyi dövlət qulluqçusu statusunu almadan işindən ayrılmaq onu ikiqat təəssüfləndirib. Axı elə prezidentin statusla bağlı sərəncamı da həmin il imzalanmışdı.
İllərdir müəllim və həkimlərin az əməkhaqqı alması mediada da dartışılır. Əmək haqlarının qaldırılması məsələsi keçmiş təhsil naziri Misir Mərdanovun da çıxışlarında əsas mövzulardan birinə çevrilmişdi. Hətta prezidentin məlum sərəncamından öncə də nazir çıxışlarında müəllim maaşlarının yetərsizliyinə toxunur, dövlət qulluqçusu statusundan söz açırdı. Nəhayət, 2011-ci il aprelin 20-də prezident İlham Əliyev Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzaladı. Nazirlər Kabinetinə tapşırılırdı ki, həmin layihə 3 aya dövlət başçısına təqdim edilsin. Üzərindən 2 il ötsə də, tapşırıq yerinə yetirilməyib. Müəllimlər və həkimlər hələ də o xoş günün intizarını çəkirlər.
Konsepsiya hazırlansa, müəllimlər və həkimlər «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bir sıra hüquqlar qazanacaqlar. Qanunun 19-cu maddəsində görə, dövlət qulluqçularının dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq, dövlət məvacibi almaq, şərəf və ləyaqətə xələl gətirən məlumatları yalanlamaq üçün xidməti araşdırma aparılmasını tələb etmək hüququ var. Müvafiq orqan və məhkəmədə öz qanuni hüquq və mənafelərini qorumaq, həmkarlar ittifaqlarında birləşmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək və s. bənzər hüquqlar da qanunla müəyyənləşdirilib. 21-ci maddədə təminatlar yer alıb. Qanuna görə, dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər, haqqı ödənilən məzuniyyət, dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası, pensiya və dövlət sosial sığortası və s. təminatlar da nəzərdə tutulur.
Milli Məclisdə müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldıran deputat Qənirə Paşayevanın fikrincə, müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilərsə, bu əməkhaqqından tutmuş bir çox sahələrdə onların işini asanlaşdıra bilər. Deputatın dediyinə görə, o, konsepsiyanın hazırlanıb təqdim edilməməyinin səbəbləri ilə maraqlanıb və ona bildirilib ki, təhsil və səhiyyə nazirlikləri təkliflərini Nazirlər Kabinetinə təqdim edib: «Amma bu asan proses deyil, bəzi islahatları da özü ilə gətirir. Ona görə gecikmə olur ki, maliyyə qaynağından tutmuş bir çox sahələrdə islahatlar getməlidir. Burada müəllimlərin sayı ilə bağlı da məsələlər var. Mənim fikrimcə, konsepsiya qısa zamanda ortaya çıxmalı, hazırlanaraq təqdim olunmalıdır. Mən şəxsən onun tərəfindəyəm ki, müəllimlər və həkimlər dövlət qulluqçusu statusuna aid edilməlidir. Cənab prezidentin göstəriş və tapşırıq verdiyi konsepsiya təcili təqdim olunmalıdır. Çünki müəllimlərin və həkimlərin dövlət qulluqçusuna aid edilməsi çox önəmlidir. Həm onlar üçün, həm cəmiyyət üçün çox önəmli hadisədir».
Nazirlər Kabinetindən sərəncamdakı tapşırıqla – konsepsiyanın hazırlanması ilə bağlı heç bir məlumat verilmədi. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev müəllimləri və həkimləri «statusu olmayan dövlət qulluqçuları» adlandırır. Onun fikrincə, bu iki peşənin adamları strateji əhəmiyyətli işlər görür, cəmiyyətin formalaşmasına kömək edir, cəmiyyətin iqtisadi, sosial, mənəvi inkişafının təminatçısına çevrilir. Professor dövlət qulluqçusu statusunun hamıya verilməməsinin tərəfdarıdır: «Bu işi görməzdən əvvəl gərək müəllimlərin və həkimlərin attestasiyasını keçirsinlər. Onların xeyli qismi, haradasa 50 faizi müvafiq peşə qabiliyyətinə malik deyil. Ziyanlı iş görənə vermək olmaz, gərək dəqiqləşdirilsin və onlara verilsin».
Arif Məmmədli Laçın rayonu 6 saylı məktəbinin fiziki tərbiyə, daha əvvəlsə ibtidai sinif müəllimi olub. Onun 54 yaşı var və 35 ildir müəllim çalışır. 175 manat maaş aldığını deyən Arif müəllim əlavə işdə də çalışmağa məcbur qalır. Deyir 2011-ci ildən o həsrətlə yaşayır ki, dövlət qulluqçusu statusu versələr, maaşı qalxar, tibbi sığortası, ödənişli məzuniyyəti olar. Üstəlik, pensiyaya çıxanda da, maaşın 80 faizi qədər təqaüd alar.
Rəna Allahverdiyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həkim və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək (VİDEO)

    Həkim və müəllimlər dövlət qulluğunun xüsusi ...

    30-07-2013, 01:41

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Ucqar ərazilərdə işləyən müəllimlər üçün güzəştlər açıqlandı

    Ucqar ərazilərdə işləyən müəllimlər üçün ...

    15-06-2013, 15:00

  • 
  • Xaricdə təhsil alanlara test olmayacaq

    Xaricdə təhsil alanlara test olmayacaq ...

    28-06-2016, 16:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu