Enter.news xəbər verir ki, Azad Azərbaycan Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlının əmri ilə kanalda yeni departament yaradılıb.
Departament ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr adlanır. Departament kanalın informasiya siyasətinə nəzarət edəcək.
Vüqar Qaradağlının digər əmri ilə bu departamentə rəhbərlik kanalın “ATV Səhər” layihəsinin rəhbəri və aparıcısı Turan İbrahimova həvalə edilib.
Qeyd edək ki, Turan İbrahimov bir müddət əvvəl Rusiya XİN başçısı Sergey Lavrovun “Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” fikrinə haqq qazandırmışdı: “İndiki dövrdə Azərbaycanda anti-Rusiya əhval-ruhiyyəsi ancaq düşmənlərimizin işinə yarayır. Bunu da necə izah edim bilmirəm. Dağlıq Qarabağ ərazisi, işğal edilmiş ərazilərimiz Azərbaycanın daxili işi olmaqdan çoxdan çıxıb. Bunu qəbul etmək lazımdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?