2016-cı ildə baş verən cinayətlərin tam statistik bilgiləri, hələ ki, açıqlanmayıb. Ancaq oğurluq cinayətlərində artım olduğu nəzərə çarpır. Ötən ilin yarımilinin rəsmi statistik bilgiləri belə düşünməyə əsas verir. Daxili İşlər Nazirliyinin yarımillik bilgilərinə görə, mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar azı 1140 fakt artıb. Təkcə, yarımildə azı 4181 oğurluq faktı qeydə alınıb. 2015-ci ilin analoji dövründə isə bu göstərici 3041 fakt olmuşdu. 100 min nəfərə 73 oğurluq
Bununla belə, oğurluq cinayətlərinin səviyyəsinin Avropa ölkələri ilə müqayisədə yaxşı olduğu bildirilir. Daxili işlər naziri Ramil Usubov ötən ilin yekunları ilə bağlı yanvar ayında nazirlikdə keçirilmiş toplantıdakı çıxışında demişdi ki, əhalinin hər 100 min nəfərinə nisbətdə oğurluqlar 73 fakt təşkil edib. “Bu əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır ”, nazir bildirmişdi. Həmin toplantıda nazir cinayətlərin açılma göstəriciləri haqda da danışmışdı. Bildirmişdi ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluqların açılması faizi ötən illə müqayisədə 3,8 faiz yaxşılaşıb. Oğurluqların açılması faizi də artıb
Nazirin açıqladığı illik rəqəmlərə görə, ötən il ümumi cinayətlərin açılması 0,7 faiz yaxşılaşıb. Dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 27,1, mənzillərdən edilən oğurluqların açılması 6, mal-qara oğurluğunun açılması isə 22,9 faiz yaxşılaşıb. Daxili işlər naziri həmçinin, mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrupun ifşa olunduğunu da demişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?