GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xalqı səfalətə sürükləyən monopolistlər

Xalqı səfalətə sürükləyən monopolistlər

Tarix: 13-02-2017, 13:34 Bölmə :Ölkə Baxış: 376
Xalqı səfalətə sürükləyən monopolistlər

Belələri ölkədə at oynatdıqca, bahalıq, inhisarçılıq, korrupsiya davam edəcək

Bu ölkədən çoxunun başından tüstü çıxarıb gedəcəyəm.

“Böyük Yaradanın ən kiçik məxluqları - arı, bülbül, qaranquşun qurduqları yuvaları ən məhşur memar qura bilməz. İnsan oğli ilə həşarat və quşların fərqi odur ki, bütün arı, bulbul və qaranquşlar eyni yuvanı qura bilir, bütün insanlar isə özlərinə yuva qura bilmir. İndiki dövrdə yalnız arxalı, pullu, vəzifəli şəxlər asanlıqla nəinki özlərinə və yaxınlarına yuva qurur, hətta imarətlər, villalar ucaldırlar”.

Bu fikirlər journalist həmkarımız Məhbub Zülfüqarlının redaksiyamıza ünvanladığı mətbunuda yer alıb.

Məhbub bə yazır ki, Suriya, İraq, Liviya, ərəb ölkələrində gedən prosesləri izləmək kifayətdir ki, dünyanın faniliyini anlayasan: “Ancaq Azərbaycandakı vəzifə sahiblərinin bir çoxu var-dövlətin köləsidirlər. Onlar pulla alınan kölədən daha rəzildirlər. Rəzil insanların ən dəhşətlisi cahil insanlardır. Külək hansı istiqamətə əsirsə, belə cahil və rəzillər o səmtə sürünəcək. Azad insanların böyük düşmənləri həm də kölələrdir. Kölə müstəqil deyil, ağasının sifarişini yerinə yetirməyi fəxr bilir. Killer, qatil, işverənləri də kölə hesab etmək lazımdır. Sifarişli qətllərin mənbəyini də cahil təbəqədə axtarmaq lazımdır. Azərbaycanın Suriyaya dönməməsi üçün ən böyük xilas yolu, süni bahalaşma, sabotaj yaradanları, əhalini asılı vəziyyətə salanları, dilənçiliyi, səfaləti artıranları, dəhşətli iqtisadi böhran yaradanları cəzalandırmaq, ölkədə islahatlar keçirmək lazımdır”.

Jurnalist həmkarımız hesab edir ki, ölkədə barış mühiti mütləq formalaşdırılmalıdır: “İmam Sadiq (ə) buyurur ki, “qiymətlərin bahalaşması insanların əxlaqını və davranışlarını pis edər, əmanətdarlığı aradan aparar və insanları sıxıntıya salar.” Vətənpərvər, xalqını, dövlətini sevənlər cani-dildən çalışmalıdılar ki, bahalıq olmasın. Bahalığı isə süni surətdə yaradan korrupsionerlər, monopolist, inqilab-iğtişaşlardan xeyir güdənlər yaradır. Məhəmməd (s.ə.s) deyirdi: “Hər kəs ki, bir gecədə ümmətim üçün bahalıq arzu edərsə, Allah Təala, onun 40 illik əməlini aradan aparar.” Bahalığa bəraət qazandıran qələm, mətbuat əhli öz imanını yandırar”.

Məhbub Zülfüqarlı hesab edir ki, bu barədə hansı dindar, molla səbrli davranmağı tövsiyə edirsə, obyektiv şəraitləri anlamır, yarınma yolunu tutmaqla, böyük günaha sahib olur: “Tanınmış psixoterapevt Elmir Əkbər mətbuata açıqlamasında “tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməyib, qətlə yetirilib”yazdı. Dəyanət, bilirisiniz nə qədər adama çörək verirdi? Sonra, hamısı bir nəfər kimi Dəyanətə düşmən kəsildi, üzünə durdular. Çünkü, hamısı saxtakar idi. Dəyanətin də onların saxtakarlığından xəbəri var idi. Onlar Dəyanətin yanında gözükölgəli idilər. İndi, azadlığa çıxa bilərlər, artıq, Dəyanət yoxdur. Elmir Əkbər müsahibəsinin sonunda isə vurğulayır: “Hələ bəziləri durub deyir ki, intihar edənlərə cənnətdə yer yoxdur. Ayıb olsun! Dəyanət, sağlığında çox savab işlər görüb. Düzdür, yanında xəstə mənəviyyatlı, zəhərli insanlar olub. Ölkəmizdə idarəetməyə soxulmuş monopolistlər dağıdıcı bahalığı, rüşvətxorluğu, korrupsiyanı çiçəkləndirirlər. Özləri isə bağlarında ayı, canavar, çoban itləri saxlayırlar, Onlar qatil, işverən, ev dağıdanlardan qatı-qatı təhlükəli, ikiüzlü, ziyankardırlar. Belələrinin damarında düşmən qanı axır. Bu gözəl, riyasız xalqa torba tikənlərin özlərinin torbası cırılsa da, o qədər sırtıq və hiyləgərdirlər ki, istənilən anda 180 dərəcə dəyişməyi bacarırlar. Buqələmun bunlara baxanda əcdadlarına rəhmət oxudur. Bunları bu xalqa rus, fars, erməni sırıyıb. Ölkədən mühacirət edənlərin, intihara əl atanların, ailəsi dağılanların bədbəxtliyinin səbəbi bu monopolistlərdir. Belələri ölkədə at oynatdıqca, bahalıq, inhisarçılıq, korrupsiya davam edəcək”.

İmişli rayonunda yaşayan journalist həmkarımız Məhbub Zülfüqarlı daha sonra məktubunda rayonda üzləşdiyi problemlərdən bəhs edir: “Avtoyol” rəisi Şükür Aslanovu tənqid etdiyimə görə, məni 3 saxta şikayətlə ev tikdirdiyi Rayon Polis Şöbəsi rəisinin əli ilə tapdırdı. Məni polisə apardılar. Şükür Aslanov rəis əvəzi Habil Ağayevin otağına girərək, məni hədələyəndən sonra, arxamca gələnlərin kimliyini öyrənib sakitləşmdi. “Avtoyol” rəisini məni həbs etdirmək üçün “tikinti kralı” Əvəz Şükürova yaxın şəxslər “körükləmişdi”.

Həmkarımız yazır ki, ötən yazılarının birində Əfqanıstan veteranı Qaraş bəyin Əvəz Şükürovun 200 hektarlıq tut bağında ayağını don vurduğundan yazıb: “Qaraş bəy isə Prezidentə, nazir Səlim Müslümova şikayət etmişdi. Onu şikayətinə görə rayonda müxtəlif idarələrə çağırırlar. Qarşısına ağ kağız qoyurlar ki, izahat versin və yazsın ki, əsəbi, dəli olduğu üçün ölkə rəhbərliyinə şikayət yazıb. Qaraş bəy isə onlara cavab verir ki, əsəbi olsaydım, məni Əfqanıstana aparmazdılar və 4 qız köçürdə bilməzdim”.

Jurnalist yazır ki, yerli məmurlar bir dəfə onu da bu cür etiraf yazmağa məcbur etmək istəyiblər: “30 avqust 2016-cı ildə “Avtoyol” rəisi şikayəti geri götürəndən sonra polis rəisinin müavini Habil Ağayev qarşıma ağ kağız qoymuşdu. Rəis müavini tələb edirdi ki, əsəbi olduğum üçün Əvəz Şükürov və onun yaxınlarından şikayət etdiyimi yazım. Lakin mən yazmadım. Mən yazmadım”.

Jurnalist yazır ki, bu məsələ ilə bağlı DİN və Baş Prokurorluğa 6 dəfə şikayət edib: “Ancaq bu məktubların birinə də qaneedici cavab verilmədi. Heç kim etiraf etmədi ki, sözügedən izahatı mən yox, Habil Ağayevin göstərişi ilə sahə müvəkkili yazıb. Hər dəfə də mənə belə cavab verilirdi: “İmişli rayon prokurorluğu, rayon polis şöbəsi şikayətinizi araşdırıb, sizə cavab verəcək. Sonunsu şikayətimdən sonra cavab verildi ki, şikayətiniz araşdırıldı, təsdiqini tapmadı. Mən prokuror köməkçisi Sultan Muradova “çox sağ ol” deyirəm. O, məndən şikayət etmiş “Avtoyol” rəisinin və Əvəz Şükürovun yaxınının iç üzlərini acdı. Daha dəqiqi, Avtoyol” rəisinin və Əvəz Şükürovun yaxınının haqqımda yazıb təsdiq etdirdikləri, vicdandan uzaq, yalançı ifadə və izahatları Sultan Muradovun sayəsində oxudum və mənəvi dinclik tapdım. Mənə qurduqları oyunu Ahıl Ziyalılara Qayğı İB-nin hüquqşunası pozmuşdu. Bəndəniz inanclı, 4 müqəddəs kitaba, 124 min peyğəmbərə, 12 imama və 14 məsuma tapınan biridir. Bu dünyada qazancım etdiyim yaxşılıqlardır. Atım, arabam, villam olmayıb, olmayacaq da. İmam Əli (Ə) belə yerdə buyurur: “Yaltaqla dostluq etmə ki, o yağlı dili ilə səni aldadar və yanlış işi nəzərində düzgün cilvələndirər.”

Müəllif məktubunun sonunda Əvəz Şükürova bir xatırlatmasını da yazır: “Məhz mərhum ağsaqqal qardaşın Rüstəm Əvəzovun hüquqlarını qoruduğuma görə, bazarlar sahibi, indi səninlə bir “krışada” olan, Əziz Quliyev CPM-in 1473-148-ci maddəsi ilə məni sizə görə həbs etdirmək istəyirdi. Sizlər onda da məni darda qoydunuz. Gözləyirdiniz ki, Əziz Quliyev məni 5 il həbs etdirəcək. Yaxşılığa yamanlıq etmişdiniz, indi də edirsiniz. İmam (ə) ona görə demişdi: “Əgər, dostun və din qardaşın səninlə rabitəni kəsibsə, sən onu qoru, fərq etməz, çətin də olsa, döz və səbr et. Çalış ki, dostluq rabitəsi zay olmasın”. Sizlər isə zəmanəyə bənzəyirsiniz. Əli (ə) demişkən, insanlar valideyinlərindən çox, zəmanəsinə bənzəyərlər. Mənim sığınacaq istəyimdən çoxları sevincək olub, bayram ovqatındadırlar. Amma, Şaban demişkən, bədxahlarımın cavabını verib gedəcəyəm. Bu ölkəni, vətəni, xalqı doğmalarım qədər sevirəm. Kimlərin sığınacaq istəyimdən məyus olduğunu, kimlərin sevindiyini görub dostumu, düşmənimi daha çox tanıya bildim. Ağılsız, qəddar, yaltaq dostdansa, ağıllı düşmən daha yaxındır. Allah hamının köməyi olsun! Hər kəs etdiyi pisliyin əvəzini mütləq alacaq, etdiyi yaxşılığın da əvəzini mütləq alacaq”.

Məhbub Zülfüqarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubada bir nəfər arı sancmasından ölüb

    Qubada bir nəfər arı sancmasından ölüb ...

    25-06-2013, 00:25

  • 
  • Qızıl biznesi monopoliyaya alındı

    Qızıl biznesi monopoliyaya alındı ...

    1-10-2013, 11:55

  • 
  • Neftçalada məmurun faişəxanası xidmətə başlayıb-Fotolar

    Neftçalada məmurun faişəxanası xidmətə ...

    25-04-2016, 15:51

  • 
  • Rusiyanın “arı qızları” açıq rəqsləri ilə internetə vəlvələ saldılar – VİDEO

    Rusiyanın “arı qızları” açıq rəqsləri ilə ...

    15-04-2015, 22:16

  • 
  • Nə üçün bülbülün nəğməsi ürəkləri oxşayır ?

    Nə üçün bülbülün nəğməsi ürəkləri oxşayır ? ...

    3-01-2015, 22:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu