Bələdiyyə sədri icra başçısına qalb gəldi; Sumqayıtda Gül Bayramının şok təfərrüatları Eks prezident Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar ölkəni bürüyən, silsilə çal-çağır tədbirləri Sumqayıtda bayağılığı ilə daha yaddaqalan oldu. Şəhərin bayraq meydanında keçirilən çal-çağır vaxtı ATV-nin müxbiri E.Əzizovu saya salmadan tədbirlə bağlı Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayevi danışdrdı. Ə.Babayev isə öz növbəsində H.Əliyev haqqında geninə -boluna mədhiyyələr söylədi. Şəhərin icra başçısı da bələdiyyə sədri ilə bir cərgədə oturmuşdu. Nədən bu sayğısızlıq? Əvəzində Ə.Babayev gələcək karyerası üçün siyasi bacarıq sərgilədi. Halbuki, eyni cərgədə əyləşmiş İH başçısı yada düşməli idi. Ötən saylarımızda Bələdiyyə sədri Ə.Babayevi E.Əzizovun küncə sıxışdırdığı haqda yazılar vermişdik. Baş verənlərdən o nəticəyə gəlmək olar ki, uzun sürən “döyüş” dən sonra Bələdiyyə sədri Ə.Babayev qalib çıxdı. Onun harayına həmyerlisi Naxçıvan “xan” ı Vasif Talıbov yetişdi. Sumqayıtda baş tutan “razborka” da Naxçıvan “xan”ı Vasif Talıbov E.Əzizova ciddi hədə və xəbərdarlığından sonra başçı birdəfəlik səsini kəsdi. İH-da olan dostların dediyinə görə V.Talıbov E.Əzizova təpinəndən sonra vəziyyət Ə.Babayevin xeyrinə dəyişib. Artıq bələdiyyə sədri bütün səlahiyyətlərindən istifadə edə bilir. Hətta qarşılarkən birinci salam verən E.Əzizov olur. Sumqayıt bələdiyyəsindən radaksiyamıza sızan məlumatlara görə də görə Ə.Babayev E.Əzizovu “üstələdiyini” təsdiq edir. O da bildirilir ki, əvvəllər Sumqayıtın “Yaşıl” dərə adlanan ərazisindədə Ə.Babayev tərəfindən böyük pullara satılan torpaq sahələrinin hasarlarını E.Əzizov dağıtdırmışdı. İndi həmin torpaqların sahibləri Ə.Babayevi təkrar “görməklə ” hasarlarını və tikintilərini bərpa edə biliblər. Ara yerdə Sumqayıtda məcburiyyət qarşısında (kimisi banklara olan kreditlərini ödəmək üçün ) bina evini satıb “Yaşıl” dərədə özlərinə güzaran qurmaq istəyən soydaşlarımıza maddi və mənəvi ziyan dəydi. Bir həftədən çoxdur ki, “mehriban düşmənlər ” məcburən bir yerdə Sumqayıtda “gül bayramı” nı yola vermək üçün “tər” tökürdülər. Belə çıxır ki, bəhrəsini Ə.Babayev gördü. Hacıbala müəllim Abutalıbov ötən Gül bayramlarında Hollandiyadan gətirilən güllərin sayının bir neçə milyonu keçdiyini deyirdi. Bu il gətirilən güllərin 250 ton olduğunu deyirlər. Yəqin tonla almaq daha sərfəlidir. Çox təəsüf ki, tonlarla gətirilən güllər bir neçə gündən sonra Balaxanı zibilliyinə daşınacaq. Milyonlar hesabına sonradan , daşınan bu xərcə yüzlərlə insanı (mənim yaralı yerim) evlə təmin etmək olardı. Musa
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?