GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sumqayıtda Eldar Əzizov-Əbülfəz Babayev qarşıdurması

Sumqayıtda Eldar Əzizov-Əbülfəz Babayev qarşıdurması

Tarix: 23-07-2013, 16:03 Bölmə :Manşet Baxış: 1 657
Sumqayıtda Eldar Əzizov-Əbülfəz Babayev qarşıdurması
İcra başçısı bələdiyyə sədrinin obyektlərini yerlə-yeksan etdirəcək; Tərəflər arasındakı münaqişə bundan sonra daha da gərginləşə bilər

Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin olunandan sonra bəzi tədbirlərə imza atdı. Gəncənin keçmiş rəhbəri "gənclər şəhəri"ndə işə başladığı ilk günlərdə birinci növbədə qanunsuz tikililəri hədəf seçdi. Onun əmri ilə şəhər ərazisində nə qədər sənədsiz obyekt var idisə, hamısı buldozerlərin qabağına verilərək yerlə-yeksan edildi. Sökülən obyektlər arasında şəhərdə fəaliyyət göstərən dövlət məmurlarının və iş adamlarının da yerləri var idi. Lakin icra hakimi onların heç birinə güzəştə getmək barədə fikirləşmədi və prezidentin göstərişlərini yerinə yetirdiyini açıqlayaraq neçə-neçə məmura maddi və mənəvi zərbə vurdu.
E.Əzizov həm də vəzifəyə keçəndən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətində (ŞİH), eləcə də şəhərin digər dövlət orqanlarında işləyən yetkili şəxsləri vəzifədən çıxararaq cəzalandırdı. Belə görünürdü ki, icra başçısı şəhər məmurlarına müharibə elan edib və müharibədə onun qarşısını almaq mümkün deyil. Amma bir müddət sonra “Əzizov məğlubedilməzliyi” mifi qırıldı. Yeni icra başçısının qalib gələ bilmədiyi, dəqiq ifadə etsək vəzifədən ala bilmədiyi məmur şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev oldu. Ötən saylarımızda icra başçısı ilə Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev arasında yaranan soyuq münasibətdən və bunun sonralar şəxsi prinsipə çevrilməsindən bəhs etmişdik. Vurğulamışdıq ki, bələdiyyə sədrinin fəaliyyəti başçını qane etmir və icra hakimi şəhər səviyyəli tədbirlərdə bu məmuru hər dəfə tənqid edir, Bələdiyyə rəhbərini səlahiyyətində olan işləri lazımınca yerinə yetirməməkdə suçlayır. Hətta bir müddət öncə Əzizovun Yaşmada apardığı söküntü əməliyyatı zamanı bələdiyyə sədrini hamının gözü qarşısında təhqir etdiyi deyilir. Ancaq bələdiyyələr seçkili orqan olduğu üçün icra başçısı sədri vəzifədən çıxarmaq hüququna malik deyil.
Sumqayıt şəhər bələdiyyəsinin üzvləri indiyədək bir neçə dəfə sədr Əbülfəz Babayevin istefası ilə bağlı məsələ qaldırsalar da, buna nail ola bilməyiblər. Sədrin toxunulmaz qalmasının əsas səbəbi isə onun hakimiyyətin yuxarı dairələrində ciddi müdafiə olunmasıdır. Əbülfəz Babayevi himayə edənlər arasında indiyədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adı çəkilirdi. Bələdiyyə üzvləri sədrin artıq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qardaşı tərəfindən müdafiə olunduğunu bildirirlər.
Qeyd edək ki, Eldar Əzizov Sumqayıta icra başçısı gələndən bəri Əbülfəz Babayevə qarşı xüsusi təqib və təzyiq kampaniyası başlatsa da, onun öhdəsindən gələ bilmir. Mətbuatda dəfələrlə yazıldığı kimi, başçı bələdiyyə sədrinin külli miqdarda maliyyə israfçılığına yol verdiyi, müxtəlif vəzifələrə təyin etdiyi qohum-əqrabası vasitəsilə saysız-hesabsız qanunsuzluq edildiyindən xəbərdardır. İcra başçısı hətta vətəndaşlardan külli miqdarda pul alınması hesabına verilən qanunsuz torpaq sahələrinin geri alınması prosesinə şəxsən rəhbərlik edir. Amma Əbülfəz Babayev bu günədək yeni başçıya, necə deyərlər, meydan oxuyur. Əslində Babayevin fəaliyyəti Eldar Əzizov Sumqayıta gəlməmişdən əvvəl də bələdiyyə üzvlərinin bir hissəsini qane etmirdi. Bu səbəbdən ümumi yığıncaqlarda bir neçə dəfə onun istefası məsələsi gündəmə gətirilmişdi. Amma Babayev yenə də öz kreslosunda əyləşib. Bizə çatan məlumatlara görə, şəhər rəhbəri bələdiyyə sədrinin qanunsuz əməllərinin qarşısını qanuni yollarla ala bilmədiyi üçün alternativ vasitələrdən istifadə etmək qərarına gəlib. Belə ki, Sumqayıtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq layihələr hazırlanıb.
Bu layihələrdə nəzərdə tutulub ki, yolların genişləndirilməsi məqsədilə plana düşən bütün obyektlər sökülsün. Ən maraqlısı isə odur ki, sökülməsi planlaşdırılan yerlər arasında bələdiyyə sədrinin də bir neçə obyekti var. Sədr icra başçısının göstərişlərinə qarşı çıxıb, obyektlərini qorumağı fikirləşsə də, ona bildirilib ki, çox narazılıq etməsin. Yoxsa şəhərin birinci şəxsi onun haqqında lazımi instansiyalara müraciət edər və gerisi heç də yaxşı olmaz. Yalnız bu xəbərdarlıqdan sonra bir qədər sakitləşən sədr başqa çıxış yolunun olmadığını görüb icra hakiminin qərarı ilə barışmalı olub.
Buna baxmayaraq, gizli şəkildə öz niyyətlərini də həyata keçirməyi unutmayıb. Əldə etdiyimiz bilgilərdə söylənir ki, bələdiyyə sədri sahibi olduğu obyektləri təcili surətdə satışa çıxarıb. Deyilənlərə görə, 17-ci mikrorayonda "Elmar market"in yaxınlığındakı obyektinə artıq müştəri çıxıb və alqı-satqı işləri həyata keçirilib. Sədrin cəld tərpənməsi, obyektlərini satışa çıxarmasından xəbər tutan Eldar Əzizov isə müvafiq şəxslərə göstəriş verib ki, ən qısa zaman ərzində onun yerlərini söküb-dağıtsınlar. Ümumilikdə, bu hadisələr yekunda o mənaya gəlir ki, Sumqayıtın başçısı əvvəllər onunla hesablaşmayan bələdiyyə sədrini yerində oturda bildi. Və şəhərə gələndən bəri zərərsizləşdirdiyi məmurların sayını bir nəfər də artırdı. Yəqin ki, bundan sonra icra başçısı ilə bələdiyyə sədri arasındakı mübahisələr daha da şiddətlənəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Eldar Əzizov indi də avtobus sürücülərindən pul çıxarır — 10 manata yubiley lövhələri satdırır

    Eldar Əzizov indi də avtobus sürücülərindən pul ...

    6-09-2014, 13:13

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu