Nadir Qəhrəmanovun təhsil müəsisəsindəki maxinasiyalarının şok təfərrüatları “Gündəm xəbər”də
Ötən saylarımızda Sumqayıt Dövlət Universiteti ilə bağlı silsilə araşdırmalar dərc etmişik. Bu günlərdə isə redaksiyamıza SDU-da baş verən özbaşınalıqlarla bağlı daha ilginc faktlar daxil olub.
Şəhid ailələrinə sayğısızlıq
Bizə ötürülən məlumatlar SDU rektoru Nadir qəhrəmanovun əməllərini tam şəkildə ifşa edir. Mənbəmizin bizə verdiyi məlumata görə bu il yanvar ayının 20-də şəhid ailələrini qəbul edən SDU rektoru tərəfindən 5 şəhid ailəsinin hər birinə 10 (on) manat olmaqla 50(əlli) manat yardım verdirib. Yardım verilən 5 nəfər şəhid ailəsinə bu qədər hörmətsizlik etmək olarmı? Hətta, pensiya fonduna 0, 30% verilən məbləğdən ayırmanı da rektor yaddan çıxarmayıb.Yəni, hər bir şəhid ailəsinə SDU-nun rektoru tərəfindən 20 yanvar hadisələri ilə əlaqədar olaraq, 9, 70 manat (doqquz manat yetmiş qəpik) məbləğində birdəfəlik yardım ayrılıb. Budur, bizim Şəhid ailələrinə “hörmətimiz”.
Prorektorla rektorun ortaq mebel biznesi
Redaksiyamıza ötürülən daha bir məlumat SDU-nun təsərrüfat işləri üzrə prorektoru Şirin Cəfərovla bağlıdır. Belə ki, o 2012-ci ilin altı ayını Azərbaycandan kənarda, daha dəqiq desək Çində keçirib. ŞCəfərovla rektorla mebel biznesi qurublar. Azərbaycanda olmamasına, vəzifəsini idarə etməməsinə baxmayaraq, hər ay prorektorun adına SDU-dan 390 manat əməkhaqqı, 300 manat maddi yardım yazılıb. Müxtəlif vergilər çıxıldıqdan sonra, 550,40 manat (beş yüz əlli manat qırx qəpik) qanunsuz əməkhaqqı mənimsənilib.
Türkiyədə təhsildə ola-ola SDU-da yarımştat qalan katibə
Rektorun “yarımştat köməkçisi” Ağaliyeva Nellinin rektora hansı məsələlər üzrə kömək göstərməsi SDU-nun əməkdaşlarına hələ də qaranlıqdır. SDU-nun əməkdaşlarının rektorun katibəsi kimi tanıdıqları Ağaliyeva Nelliyə rektor müxtəlif yollarla köməklik göstərir. Qanunsuz yollarla SDU-nun İqtisadiyyat fakültəsini qəbul olunan Nelli bu fakültəni bitirdikdən sonra rektorun köməyi ilə, Türkiyyə Özəl Universitetlərindən birinə qəbul olunur. Hal-hazırda Türkiyyədə təhsil alan katibə SDU-da 0,5 ştat rektor köməkçisi kimi 87, 40 qəpik əməkhaqqı alır.
Rektorun inanılmış adamı-köməkçi
Rektorun 2-ci köməkçisi Abbasov Namiq ümumiyyətlə SDU-da tapılmır. Rektorun əmlaklarının bir çoxu onun adınadır. SDU-da olmamasına baxmayaraq, hər ay 243 manat rektorun məsləhətçisi kimi maddi yardım, 140.34 əməkhaqqı alır. Özü isə rektorun obyektlərinə nəzarət edir. Rektor öz oğlu kimi ona çox inanır və etibar edir. Bu azmış kimi, iqtisadiyyat fakültəsinin müəllimi kimi 0,5 ştat 200 manat əməkhaqqı alır. Bir dəfə də olsun nə dərs deyib, nə də ki, iqtisadiyyat fənnindən xəbəri var. Tələbələr də onu tanımır. Bir sözlə, SDU dövlətin qanunları ilə deyil, öz qanunları ilə tənzimlənir. Yəni rektorun qanunsuzluqları ilə. Rektor kimdən xoşu gəlmirsə, işinə baxmadan yardımını vermir.
Saxta diplomlar
Göründüyü kimi qanunsuz işlərlə məşğul olan SDU-ya zərrə qədər də canı yanmayan rüşvətxorlara kifayət qədər yardım verir. Xəlilov Sadiq Tədris şöbəsinin müdiri işləyir. Bu qanunsuzluqlar birbaşa onun əli ilə həyata keçirilir, hər ay 300 manat yardım alır. SDU-da satılan saxta diplomların hamısı bu şəxsin əli ilə həyata keçirilir.Saat hesabı kimi əməkhaqqı alan ölü canların kredit kartları Sadiq Xəlilovun əlindədir. Bütün çirkin pullara o rəhbərlik edir. Onun əlindən SDU-nun dekanları zara gəliblər. Hər zaman konkret faktlara əsaslanan Maliyyə nazirliyinə, Hesablama palatasına və hüquq mühafizə orqanlarına olan çoxsaylı müraciətlərimə onu da əlavə etmək istəyirəm ki, təkcə 2006-cı ildə “ölü canların” saathesabı və yardımlarından rektorun əldə etdiyi gəlir 1640000 (bir milyon altı yüzqırx min manat) təşkil edir. 2009-cu ildə isə SDU-da 1300000 manat vergidənyayınma və qanunsuz mənimsəmə faktları aşkar olunmuşdur. Lakin bu konkret faktların aşkarlanmasına baxmayaraq, qanunsuzluqlar davam edir.
Qanunsuz tələbə köçürmələri
Xatırladaq ki, bir müddət əvvəl SDU Tərbiyə İşləri üzrə prorektoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Rza oğlu Namazov prezidentə açıq məktub yazmışdı. Məktub müəllifi tələbə köçürmələri üçün alınan məbləğlərə də toxunmuşdu: “Böyük rüşvət hesabına universitetdaxili çoxlu qeyri-qanuni tələbə köçürmələri mövcuddur. Məsələn, I və IV qrup ixtisaslarına aid olan kimya və biologiya fakültələrindən, III ixtisas qrupuna aid olan tarix və filologiya fakültələrindən, II ixtisas qrupuna aid olan iqtisadiyyat və idarəetmə fakültəsinə qeyri-qanuni köçürmələr həyata keçirilib. Mədəni-kütləvi tədbirlərə, təmir işlərinə, dəftərxana ləvazimatları alınması, abadlaşdırma işlərinə, qəzet və jurnallara abunə yazılma və digər bu kimi proseslərə hər il, o cümlədən son illər külli miqdarda saxta pul köçürmələri və pul silinmələr həyata keçirilib. Bu universitetdə maliyyə fırıldaqlarının sayı-hesabı yoxdur. Mühasibatlıq işi mütləq yoxlanılmalıdır. Qohumbazlıq və yerlibazlıq universitetdə artıq əndazəni keçib. Öz qardaşlarını özü vəzifəyə keçən kimi kafedra müdiri qoyub. Düzdür, qardaşlarından biri əvvəldən burada işləyirdi, amma vəzifədə deyildi. Digər qardaşını özü işlədiyi dövrdə gətirib qısa müddətdə kafedra müdiri qoyub. Öz gəlini guya SDU-da dosentdir, hətta son Elmi Şurada onun işi dosent elmi adı almaq üçün AAK-na da tövsiyə olundu, amma onu heç bir tələbə üzdən belə tanımır. Qardaşının qızı, qardaşının kürəkənləri, bibisinin əri (o, həm BDU-da, həm də SDU-da ştatdadır) hamısı müxtəlif vəzifələr daşıyır. Bu universitetdə prorektorların və dekanların da həyat yoldaşları, gəlinləri və digər qohumları məhz onlar bu vəzifəyə keçəndən sonra burada işə götürülüblər. Amma çoxu işə gəlmir, havayı maaş alırlar. Kadrlar işə ancaq rüşvət və ya şəxsi münasibətlərə görə götürülür, hətta dərhal o şəxs layiq oldu-olmadı kafedra müdiri və s. vəzifələrə qoyulur. Əksinə, savadlı, böyük təcrübəyə malik, vicdanlı, lakin haqsızlığa dözməyən kadrlar gözümçıxdıya salınır, vəzifəsindən uzaqlaşdırılır. Elə son illər qiyabi işlər üzrə prorektor, professor, ”Tərəqqi" medallı Sevda Mikayılova işində heç nə tapmadıqları üçün saxta proqulla qovuldu. Ekologiya kafedrasının müdiri, dosent Dürdanə Şirinova və onun həyat yoldaşı Mamed müəllim işlədikləri kafedraların müəllimləri adından yazılan saxta narazılıq aktı ilə qovuldular. Eləcə də neçə-neçə vicdanlı və savadlı kadrlar beləcə uzaqlaşdırılıblar"
Eldar Əzizovla əlaqə
Nadir Qəhrəmanov hal-hazırda Prezident seçkisi qabağı İcra başçısı Eldar Əzizovla əlbir olaraq, SDU-da rüşvət kompaniyası artmaqda davam edir.Üzdə özlərini Prezidentə sadiq göstərən bu məmurlar əməllərində niyə sadiq olmurlar? Aldığımız məlumata görə, seçkiqabağı bütün xərcləri İcra başçısına SDU-nun rektoru verir. Çünki rektor hər ay dekanlardan hər birindən 6000 (altı min) manat əlavə pul alaraq Eldar Əzizova çatdırdığını söyləyir.Çatdırır, çatdırmır , o rektorun öz işidir. Lakin çatdırmasaydı Eldar Əzizov onunla yaxşı münasibətdə olmazdı. Deməli, icra başçısının ağzını Nadir Qəhrəmanovun pulla yumması faktı özünü doğrultdu.
SDU-da da “ölü canlar” və Nizami Cəfərov adı
Onu da bildirək ki, ötən saylarımızda SDU da olan “ölü canlar”la bağlı konkret siyahı təqdim etmişdik. İndi bu siyahını yeni əlavələrlə diqqətinizə çatdırırıq. Onu da bildirək ki, bütün bu faktlar Maliyyə Nazirliyi, Hesablama Palatasının yoxlamaları zamanı aşkarlanıb. Amma konkret korrupsiya faktları haqda heç bir ölçü götürülməyib. SDU ilə bağlı daha ciddi faktlar- saxta diploma alanların siyahısı, təmir-tikinti işlərinin aparılması zamanı pul silinmələri, təhsil haqqı ödənişlərindəki qanunsuzluqlar, ezamiyyə və dəftərxana xərclənmələrindəki maxinasiyalar və digər qanunsuzluqlar haqda dəqiqləşdirmələr aparırıq və növbəti saylarımızda mövzunu davam etdirəcəyik. Deputat Nizami Cəfərovun adına yazılan pulları açıqlamaq istəmədik.SDU-da bir dəfə də olmamasına baxmayaraq, Deputat Nizami Cəfərova ümumilikdə 6540 (altı min beş yüz qırx ) manat əməkhaqqı yazılıb. Ona görə də deputatın kredit kartı ondan gizlədilir. Lakin etiraf etmək lazımdır ki, ara-sıra prorektor Yadigar Hüseynov deputata görüm-baxım edir.Bu da bizim Türkoloq deputat Nizami Cəfərovun Halal əməkhaqqısı azmış kimi, saxta yolla əldə etdiyi əməkhaqqı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?