GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi

Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi

Tarix: 16-05-2013, 21:30 Bölmə :Ölkə Baxış: 4 504
img]http://imgs.su/tmp/2013-05-13/1368440846-461.jpg[/img]

Nadir Qəhrəmanovun təhsil müəsisəsindəki maxinasiyalarının şok təfərrüatları “Gündəm xəbər”də

Ötən saylarımızda Sumqayıt Dövlət Universiteti ilə bağlı silsilə araşdırmalar dərc etmişik. Bu günlərdə isə redaksiyamıza SDU-da baş verən özbaşınalıqlarla bağlı daha ilginc faktlar daxil olub.


Şəhid ailələrinə sayğısızlıq

Bizə ötürülən məlumatlar SDU rektoru Nadir qəhrəmanovun əməllərini tam şəkildə ifşa edir. Mənbəmizin bizə verdiyi məlumata görə bu il yanvar ayının 20-də şəhid ailələrini qəbul edən SDU rektoru tərəfindən 5 şəhid ailəsinin hər birinə 10 (on) manat olmaqla 50(əlli) manat yardım verdirib. Yardım verilən 5 nəfər şəhid ailəsinə bu qədər hörmətsizlik etmək olarmı? Hətta, pensiya fonduna 0, 30% verilən məbləğdən ayırmanı da rektor yaddan çıxarmayıb.Yəni, hər bir şəhid ailəsinə SDU-nun rektoru tərəfindən 20 yanvar hadisələri ilə əlaqədar olaraq, 9, 70 manat (doqquz manat yetmiş qəpik) məbləğində birdəfəlik yardım ayrılıb. Budur, bizim Şəhid ailələrinə “hörmətimiz”.

Prorektorla rektorun ortaq mebel biznesi

Redaksiyamıza ötürülən daha bir məlumat SDU-nun təsərrüfat işləri üzrə prorektoru Şirin Cəfərovla bağlıdır. Belə ki, o 2012-ci ilin altı ayını Azərbaycandan kənarda, daha dəqiq desək Çində keçirib. ŞCəfərovla rektorla mebel biznesi qurublar. Azərbaycanda olmamasına, vəzifəsini idarə etməməsinə baxmayaraq, hər ay prorektorun adına SDU-dan 390 manat əməkhaqqı, 300 manat maddi yardım yazılıb. Müxtəlif vergilər çıxıldıqdan sonra, 550,40 manat (beş yüz əlli manat qırx qəpik) qanunsuz əməkhaqqı mənimsənilib.

Türkiyədə təhsildə ola-ola SDU-da yarımştat qalan katibə

Rektorun “yarımştat köməkçisi” Ağaliyeva Nellinin rektora hansı məsələlər üzrə kömək göstərməsi SDU-nun əməkdaşlarına hələ də qaranlıqdır. SDU-nun əməkdaşlarının rektorun katibəsi kimi tanıdıqları Ağaliyeva Nelliyə rektor müxtəlif yollarla köməklik göstərir. Qanunsuz yollarla SDU-nun İqtisadiyyat fakültəsini qəbul olunan Nelli bu fakültəni bitirdikdən sonra rektorun köməyi ilə, Türkiyyə Özəl Universitetlərindən birinə qəbul olunur. Hal-hazırda Türkiyyədə təhsil alan katibə SDU-da 0,5 ştat rektor köməkçisi kimi 87, 40 qəpik əməkhaqqı alır.

Rektorun inanılmış adamı-köməkçi

Rektorun 2-ci köməkçisi Abbasov Namiq ümumiyyətlə SDU-da tapılmır. Rektorun əmlaklarının bir çoxu onun adınadır. SDU-da olmamasına baxmayaraq, hər ay 243 manat rektorun məsləhətçisi kimi maddi yardım, 140.34 əməkhaqqı alır. Özü isə rektorun obyektlərinə nəzarət edir. Rektor öz oğlu kimi ona çox inanır və etibar edir. Bu azmış kimi, iqtisadiyyat fakültəsinin müəllimi kimi 0,5 ştat 200 manat əməkhaqqı alır. Bir dəfə də olsun nə dərs deyib, nə də ki, iqtisadiyyat fənnindən xəbəri var. Tələbələr də onu tanımır. Bir sözlə, SDU dövlətin qanunları ilə deyil, öz qanunları ilə tənzimlənir. Yəni rektorun qanunsuzluqları ilə. Rektor kimdən xoşu gəlmirsə, işinə baxmadan yardımını vermir.

Saxta diplomlar

Göründüyü kimi qanunsuz işlərlə məşğul olan SDU-ya zərrə qədər də canı yanmayan rüşvətxorlara kifayət qədər yardım verir. Xəlilov Sadiq Tədris şöbəsinin müdiri işləyir. Bu qanunsuzluqlar birbaşa onun əli ilə həyata keçirilir, hər ay 300 manat yardım alır. SDU-da satılan saxta diplomların hamısı bu şəxsin əli ilə həyata keçirilir.Saat hesabı kimi əməkhaqqı alan ölü canların kredit kartları Sadiq Xəlilovun əlindədir. Bütün çirkin pullara o rəhbərlik edir. Onun əlindən SDU-nun dekanları zara gəliblər. Hər zaman konkret faktlara əsaslanan Maliyyə nazirliyinə, Hesablama palatasına və hüquq mühafizə orqanlarına olan çoxsaylı müraciətlərimə onu da əlavə etmək istəyirəm ki, təkcə 2006-cı ildə “ölü canların” saathesabı və yardımlarından rektorun əldə etdiyi gəlir 1640000 (bir milyon altı yüzqırx min manat) təşkil edir. 2009-cu ildə isə SDU-da 1300000 manat vergidənyayınma və qanunsuz mənimsəmə faktları aşkar olunmuşdur. Lakin bu konkret faktların aşkarlanmasına baxmayaraq, qanunsuzluqlar davam edir.

Qanunsuz tələbə köçürmələri

Xatırladaq ki, bir müddət əvvəl SDU Tərbiyə İşləri üzrə prorektoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Rza oğlu Namazov prezidentə açıq məktub yazmışdı. Məktub müəllifi tələbə köçürmələri üçün alınan məbləğlərə də toxunmuşdu: “Böyük rüşvət hesabına universitetdaxili çoxlu qeyri-qanuni tələbə köçürmələri mövcuddur. Məsələn, I və IV qrup ixtisaslarına aid olan kimya və biologiya fakültələrindən, III ixtisas qrupuna aid olan tarix və filologiya fakültələrindən, II ixtisas qrupuna aid olan iqtisadiyyat və idarəetmə fakültəsinə qeyri-qanuni köçürmələr həyata keçirilib. Mədəni-kütləvi tədbirlərə, təmir işlərinə, dəftərxana ləvazimatları alınması, abadlaşdırma işlərinə, qəzet və jurnallara abunə yazılma və digər bu kimi proseslərə hər il, o cümlədən son illər külli miqdarda saxta pul köçürmələri və pul silinmələr həyata keçirilib. Bu universitetdə maliyyə fırıldaqlarının sayı-hesabı yoxdur. Mühasibatlıq işi mütləq yoxlanılmalıdır. Qohumbazlıq və yerlibazlıq universitetdə artıq əndazəni keçib. Öz qardaşlarını özü vəzifəyə keçən kimi kafedra müdiri qoyub. Düzdür, qardaşlarından biri əvvəldən burada işləyirdi, amma vəzifədə deyildi. Digər qardaşını özü işlədiyi dövrdə gətirib qısa müddətdə kafedra müdiri qoyub. Öz gəlini guya SDU-da dosentdir, hətta son Elmi Şurada onun işi dosent elmi adı almaq üçün AAK-na da tövsiyə olundu, amma onu heç bir tələbə üzdən belə tanımır. Qardaşının qızı, qardaşının kürəkənləri, bibisinin əri (o, həm BDU-da, həm də SDU-da ştatdadır) hamısı müxtəlif vəzifələr daşıyır. Bu universitetdə prorektorların və dekanların da həyat yoldaşları, gəlinləri və digər qohumları məhz onlar bu vəzifəyə keçəndən sonra burada işə götürülüblər. Amma çoxu işə gəlmir, havayı maaş alırlar. Kadrlar işə ancaq rüşvət və ya şəxsi münasibətlərə görə götürülür, hətta dərhal o şəxs layiq oldu-olmadı kafedra müdiri və s. vəzifələrə qoyulur. Əksinə, savadlı, böyük təcrübəyə malik, vicdanlı, lakin haqsızlığa dözməyən kadrlar gözümçıxdıya salınır, vəzifəsindən uzaqlaşdırılır. Elə son illər qiyabi işlər üzrə prorektor, professor, ”Tərəqqi" medallı Sevda Mikayılova işində heç nə tapmadıqları üçün saxta proqulla qovuldu. Ekologiya kafedrasının müdiri, dosent Dürdanə Şirinova və onun həyat yoldaşı Mamed müəllim işlədikləri kafedraların müəllimləri adından yazılan saxta narazılıq aktı ilə qovuldular. Eləcə də neçə-neçə vicdanlı və savadlı kadrlar beləcə uzaqlaşdırılıblar"

Eldar Əzizovla əlaqə

Nadir Qəhrəmanov hal-hazırda Prezident seçkisi qabağı İcra başçısı Eldar Əzizovla əlbir olaraq, SDU-da rüşvət kompaniyası artmaqda davam edir.Üzdə özlərini Prezidentə sadiq göstərən bu məmurlar əməllərində niyə sadiq olmurlar? Aldığımız məlumata görə, seçkiqabağı bütün xərcləri İcra başçısına SDU-nun rektoru verir. Çünki rektor hər ay dekanlardan hər birindən 6000 (altı min) manat əlavə pul alaraq Eldar Əzizova çatdırdığını söyləyir.Çatdırır, çatdırmır , o rektorun öz işidir. Lakin çatdırmasaydı Eldar Əzizov onunla yaxşı münasibətdə olmazdı. Deməli, icra başçısının ağzını Nadir Qəhrəmanovun pulla yumması faktı özünü doğrultdu.



SDU-da da “ölü canlar” və Nizami Cəfərov adı

Onu da bildirək ki, ötən saylarımızda SDU da olan “ölü canlar”la bağlı konkret siyahı təqdim etmişdik. İndi bu siyahını yeni əlavələrlə diqqətinizə çatdırırıq. Onu da bildirək ki, bütün bu faktlar Maliyyə Nazirliyi, Hesablama Palatasının yoxlamaları zamanı aşkarlanıb. Amma konkret korrupsiya faktları haqda heç bir ölçü götürülməyib. SDU ilə bağlı daha ciddi faktlar- saxta diploma alanların siyahısı, təmir-tikinti işlərinin aparılması zamanı pul silinmələri, təhsil haqqı ödənişlərindəki qanunsuzluqlar, ezamiyyə və dəftərxana xərclənmələrindəki maxinasiyalar və digər qanunsuzluqlar haqda dəqiqləşdirmələr aparırıq və növbəti saylarımızda mövzunu davam etdirəcəyik.
Deputat Nizami Cəfərovun adına yazılan pulları açıqlamaq istəmədik.SDU-da bir dəfə də olmamasına baxmayaraq, Deputat Nizami Cəfərova ümumilikdə 6540 (altı min beş yüz qırx ) manat əməkhaqqı yazılıb. Ona görə də deputatın kredit kartı ondan gizlədilir. Lakin etiraf etmək lazımdır ki, ara-sıra prorektor Yadigar Hüseynov deputata görüm-baxım edir.Bu da bizim Türkoloq deputat Nizami Cəfərovun Halal əməkhaqqısı azmış kimi, saxta yolla əldə etdiyi əməkhaqqı.
Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi
Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi
Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi
Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi

    Sumqayıt Dövlət Universitetində korrupsiya ...

    13-05-2013, 15:27

  • 
  • Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb

    Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb ...

    10-12-2013, 21:45

  • 
  • Nadir Qəhrəmanovun təhsil maxinasiyaları

    Nadir Qəhrəmanovun təhsil maxinasiyaları ...

    10-05-2013, 20:41

  • 
  • Şəhid olan hərbçilərin ailələrinə 11 min manat pul verilir

    Şəhid olan hərbçilərin ailələrinə 11 min manat ...

    11-02-2014, 12:12

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu