GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bura cəhənnəm qapısıdır”

“Bura cəhənnəm qapısıdır”

Tarix: 23-02-2017, 21:02 Bölmə :Ölkə Baxış: 420
“Bura cəhənnəm qapısıdır”

Astara gömrüyündə növbə: “Bir tikə çörəyim olsa, İranda nə işim var?”

Astara gömrüyünün önündə İrana getmək istəyən yüzlərlə Azərbaycan vətəndaşı toplaşıb. Aralarında qadınlar, yeniyetmə uşaqlar, yaşlı kişilər var. Gömrüyün qapısının açılmasını səbirsizliklə gözləyirlər...
İrana müalicəyə getmək istəyənlər narazılıq edirlər. Burda Azərbaycanın bütün bölgələrindən gələnlər var. Səhər saat 9-u gözləyirlər. Gömrük saat 9-da açılır, 18.00-da bağlanır. Hiss olunur ki, hamı gömrüyün həyətinə birinci keçmək istəyir.
Adının çəkilməsini istəməyən bir vətəndaş deyir ki, gömrük 24 saat işləməlidir: «Gömrük 24 saat işləsə, millət burda dayanmaz. Az sayda adam buraxırlar, onunla qurtarır. Bunlar bir saat da işləmirlər. Cəmi 5 dəqiqəlik qapını açırlar, sonra bağlayırlar. İranda buraxırlar».

“Bura cəhənnəm qapısıdır”

«ÇÖRƏKPULUNA MÖHTACIQ»

Astara şəhər sakini Fərbiyə Şabanova deyir ki, qapını gün ərzində iki dəfə açırlar: «10-15 dəqiqəlik qapını açırlar, sonra bağlayırlar. Çörəkpuluna möhtacıq».

«Niyə İrana gedirsiniz» sualına əsəbi cavab verir: «İki uşağım evdədir işsiz. Pensiyam 3 nəfərə çatmır. Məcburam, İrana gedirəm, 5-6 manat qazanım. İrana gedənlərin hamısı mənim kökümdədir. Kasıb adamlardır. Hamballıq edirik. Yük aparırıq İrana, orda buna görə 30 manat alırıq. Qayıdanda siqaret gətiririk, ondan da 10-15 manat qalır. Bura cəhənnəm qapısıdır. Nə qədər burda adamlar zədələnir, xəstələnirlər. Ölənlər olur. Özüm burda yaralanmışam. Bir hamilə qadının barmağı dəmir barmaqlıqlar arasında qalıb sındı. Bir cavan oğlan burda basabasa düşdü, 3 gündən sonra öldü. Bir parça çörəyim olsa, İranda nə işim var?».

“Bura cəhənnəm qapısıdır”

QAPI AÇILIR...

Qapı açılır. Basabas düşür... Sıxılmış adamların fəryadı eşidilir. Kim güclüdürsə içəriyə girir. Qapı bir neçə dəqiqə açıq qalır. Sərhədçilərlə gömrük işçiləri qapını bağlamaq istəyirlər. Qapının yanında duranlar isə buna imkan vermək istəmirlər. Nəhayət, qapını bağlaya bilirlər. Nəfəs almağa çətinlik çəkən bir qadını kənara çəkirlər. Ətrafdakılar ona yardım göstərir. Haldan düşmüş daha bir yaşlı adamı kənara çəkirlər, yaxınlıqdakı səkidə əyləşdirirlər. Onun halı özündə deyil. Gözləri hədəqədən çıxıb. Üzünə su çiləyirlər, dərman verirlər. Bir neçə dəqiqədən sonra özünə gəlir...

“Bura cəhənnəm qapısıdır”

«İRANDA MÜALİCƏ UCUZDUR»

Masallı rayonunun Həsənli kənd sakini Əzizəli Həşimov deyir ki, İrana müalicə məqsədi ilə getmək istəyir: «İrana gedirdim, xəstəxanaya. Xahiş edirəm Bakıdan çəkiliş gətirin. Bir çəkin görün nə oyundur. Camaatın gəlinləri, arvadları təpik altında qalır. Başqa gömrükdə belə şey yoxdur, bir dənə Astaradadır. Camaata zülm edirlər».
Ə.Həşimov deyir, İranda müalicə ucuz olduğuna görə ora gedir: «Bizdə 3-5 min manata müalicə edirlər. Gedirlər İrana bu 200 manata başa gəlir. 20-50 nəfər həkimə, qalanı alverə gedir...».
O deyir ki, gömrüyün qarşısında yaranmış acınacaqlı vəziyyətlə bağlı prezidentə şikayət edəcək.
Gömrüyün qapısı bağlansa da adamlar sakitləşmir. Qapının açılmasını tələb edirlər.

5 GÜN GÖZLƏYƏNLƏR VAR...

Astara rayon sakini Ziyad Quliyevin deməsinə görə, 5 gündür ki, sərhədə gəlir, İrana keçə bilmir: «Vəziyyət pisdir. Gedirik İrana bazarlıq etməyə, gedə bilmirik. Qoymurlar. Rəis çıxdı çölə, dedi ki, bizə nazirlik 600 nəfər limit qoyub. Biz heç 600 nəfərin də o taya keçdiyini görmürük. Qoymurlar. «Qaynar xətt»ə zəng
Dəqiqələr ötür, gömrüyün qarşısında isə vəziyyət dəyişmir. Əksinə, İrana getmək istəyənlərin sayı durmadan artır. Sakinlər deyir ki, gecə saat 3-4-də burda növbə tutanlar olur. Deyilənə görə, İrana gedənlərin sayı Novruz bayramına qədər artacaq.
Astara Gömrük İdarəsinin növbətçi hissəsində isə tənqidləri qəbul etmirlər. Onlar gedənlərə limit qoyulduğu haqda deyilənləri şayiə adlandırıb, sonrakı suallarımıza bir cümlə ilə belə cavab verirlər: «Adamlar çoxdur».
Prezident İlham Əliyev bu günlər ölkəyə turist axının sürətləndirilməsi ilə bağlı sərəncam verib. Orada həm sərhəd buraxılış məntəqələrində iş vaxtlarının və həm də xidmətin keyfiyyətinin artırılması məsələləri öz əksini tapıb. Fərmanın bu tələbləri yerinə yetəcəkmi?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük rəisi Aydın Əliyevi də saymır

    Gömrük rəisi Aydın Əliyevi də saymır ...

    25-03-2014, 22:22

  • 
  • “Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu

    “Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu ...

    15-03-2013, 10:54

  • 
  • İranda daha manata etibar etmirlər...

    İranda daha manata etibar etmirlər... ...

    25-10-2016, 00:14

  • 
  • İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: Astara Gömrüyü

    İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: ...

    4-12-2014, 10:49

  • 
  • Astara gömrüyündə korrupsiya

    Astara gömrüyündə korrupsiya ...

    23-12-2012, 10:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu