GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qazaxda icra məmuru Qarabağ əlilini döyüb

Qazaxda icra məmuru Qarabağ əlilini döyüb

Tarix: 24-02-2017, 11:40 Bölmə :Ölkə Baxış: 839
Qazaxda icra məmuru Qarabağ əlilini döyüb

Veteranlar prezidentə müraciət etdi

Bölgələrdən tez-tez şikayət məktubları alırıq. Bu məktublarda vətəndaşlar yerli məmurlar tərəfindən hüquqlarının pozulmasından, məmur özbaşınalığından, korrupsiya və rüşvətxorluğun baş alıb getməsindən bəhs edirlər. Nə yazıqlar ki, hüququ pozulanlar arasında müharibə veteranları və əlillər də var. “Gündən xəbər”in redaksiyasına daxil olan şikayətlərdən birində də elə bu barədə söz açılır. Qazax rayonundan olan bir qrup müharibə veteranları və əlilləri Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətin surəti redaksiyamıza da ünvanlanıb.

Şikayət məktubunun müəllifləri bildirilər ki, Qazax İcra Qrupunun rəisi Ramiz Şəmmədovun müharibə veteran, 2-ci qrup Qarabağ əlili İlham Civişovu yumruqlamasını əks etdirən videogörüntülər onları çox sarsıdıb: “Ağsaqqal veteran İlham Civişov onu vuran Ramiz Şəmmədova sual verib ki, “məni niyə vurursan”. O da cavabında “yaxşı edirəm” deyib. Həmdə bu hadisə günün günorata çağı Civişovun ailə üzvlərinin, həyat yoldaşı və yeniyetmə oğlunun gözü qarşısında baş verib. Civişov döyüşlərdə düşməni məhv edib torpaqlarımızın müdafiəsində duran zaman Ramiz kimiləri görəsən hardaydı? Yaşının az olmasını nəzərə alsaq, yəqin ki, Ramiz top-tüfəng səsi gələndə anasının yanına qaçıb, onun qucağında gizlənirmiş. Amma indi Ramiz böyüyüb, vəzifə sahibi olub, hələ çiynində paqonu da var. Ramizin qolu güclənib və qarşısındakının kimliyinə varmadan ona qapaz da vurur. Bu biabırçılıqdır! Budurmu cəmiyyətimizin vətən qoruyucusuna, əsl döyüşcüyə qoyduğu hörmət və bəslədiyi münasibət?”

Şikayət müəllifləri bildirilər ki, onlar mətbuat vasitəsiylə bütün Qarabağ veteranlarını və əlillərini bu haqsızlığa reaksiya verməyə çağırırlar: “Ramiz Şəmmədovun əməlinə etiraz əlaməti olaraq, 8 mart tarixində, saat 12.00-da Qazax şəhər məhkəməsinin qarşısında mitinq keçirəcəyik. Veteranları, vətəndaşları bu mitinqdə fəal iştirak etməyə dəvət edirik. Veteran, əlil silahdaşımız İlham Civişovu, ailəsi və ictimayyət qarşısında rüsvay edən Ramiz Şəmmədovun cəzalandırılması və tutduğu vəzifədən kənarlaşdırılmasıyla bağlı tədbirlər görməyi və müvafiq dövlət orqanlarına rəsmi müraciət etməyi tövsiyə edirik. Düşünürük kiŞ Ramiz Şəmmədov mütləq cəzalanmalıdır. Çünki bu hadisə unudulası və həzm olunası bir əməl deyil”.

Qazax veteranları bildirilər ki, onlar bu məsələylə bağlı Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir Xudiyevə və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyinin sədri: Mehdi Mehdiyevə müraciət ünvanlayıblar: “Mətbuat vasitəsiylə bir daha xahiş edirik ki, Ramiz Şəmmədovun məsuliyyətə cəlb olunması üçün səylərini əsirgəməsinlər”.

Şikayətçilərin sözlərinə görə, 17 fevral 2017-ci il tarixdə Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir Xudiyev onlara məktub yazaraq, məsələ ilə bağlı öz mövqeyini belə bildirib: “Bir ictimai birlik kimi, biz də RAmiz Şəmmədovun bu hərəkətini pisləyirik, sizinlə həmrəy olduğumuzu bildiririk”.

Qazax rayonundan olan veteranlar sual edir ki, müharibə şəraitində olan bir ölkədə döyüşcü-əlilə qarşı belə münasibətə və davranışa nə ad qoymaq olar? Onların sözlərinə görə, əgər buna məhkəmə icrası adı qoymağa çalışsaq, alınmayacaq: Məhkəmə icrası qapaz-yumruqla olmur. Nəinki veteran-əlilə qarşı ümumiyyətlə, vətəndaşa qarşı bu cür kobud davranış mədəniyyətsizlik və vəzifə səlahiyyətindən sui-istifadə etməkdir. Vurandan sonrada “yaxşı edirəm” sözü məmura yaraşmayan bir ifadədir. Cənab Prezident İlham Əliyev mütamadi olaraq məmurları vətəndaşlarla nəzakətlə davranmağa çağırır. Lakin cənab prezident, Ramiz kimiləri Sizin siyasətinizin və tövsiyələrinizin əksinə getməklə dövlət maraqlarını öz maraqlarına qurban verir. Düşünürük ki, Ramiz kimi şəxslər dövlətə ləkədir. Həmin videogörüntüdə Ramiz Şəmmədova 400 manat rüşvət verilməsi faktı da öz əksini tapmışdır. Ramiz Şəmmədov isə susmaqla pulu aldığını özü də bilmədən isbat etmişdir”.
Mürəaciət müəllifləri sonda dövlət başçısından bu məsələ ilə bağlı tədbir görülməsi barədə göstəriş verməsini də xahiş edirlər: “Hörmətli Ali Baş Komandan! Biz baş vermiş bu məsələylə bağlı Qazax rayom Məhkəməsinin sədri Məhərrəm Allahverdiyevdən də narazı və şikayətciyik. Bu hadisənin üstündən 3 ay keçsə də, Ramiz Şəmmədov cəzalanmayıb. Cəzasızlıq mühiti isə belə halların çoxalmasına səbəb olur. Qazax rayon Məhkəməsinin sədri Allahverdiyev Məhərrəm Ələkbər oğlunun bu məsələyə yanaşmasını isə biganəlik kimi başa düşürük. Çünki bu hadisə də məsuliyyətin 50 faizi də məhkəmə sədrinin üzərinə düşür. Məhərrəm Allahverdiyev arada bir maddi maraqlarını kənara qoyub tabeçiliyində olan işcilərinə nizam-intizam və insanlarla qanuna uyğun, mədəni davranış qaydalarını aşılasa, heç də pis olmazdı.

Cənab Prezident! Azərbaycan döyüşcülərinin Ali Baş Komandanı kimi bütün Qarabağ Veteranları, Əlilləri və Şəhid Ailələri adından Sizdən xahiş edirik səsimizə səs verin! Siz həmişə xalqın yanında olmusunuz. Xalq da həmişə Sizin yanınızdadır! Bird aha xahiş edirik ki, ədalətin bərpa olunmasında yardım edəsiniz və Ramiz Şəmmədovun vəzifədən kənarlaşdırılması və cinayət məsuliyyətinə cəlb olunmasıyla bağlı tapşırıq verəsiniz”.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir

    Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir ...

    5-07-2013, 15:13

  • 
  • Müharibə veteranları 700 manat alacaqlar

    Müharibə veteranları 700 manat alacaqlar ...

    24-04-2013, 11:23

  • 
  • Qazaxda  səhmdarların  etirazi

    Qazaxda səhmdarların etirazi ...

    29-12-2012, 10:48

  • 
  • Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı

    Azercell Müharibə Veteranları üçün kampaniyanın ...

    4-12-2015, 17:59

  • 
  • Qarabağ qaziləri prezidentə müraciət etdi

    Qarabağ qaziləri prezidentə müraciət etdi ...

    14-11-2016, 17:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu